Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

DİM: İmtahan nəticələri bayramdan sonra elan olunacaq

03 May 2021, 17:00 (GMT +4)

Bakı, 3 may, SalamNews. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayı ərzində dövlət qulluğuna qəbul, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahan, həmçinin beynəlxalq GRE və TOEFL imtahanları keçirilib.

Mərkəzdən SalamNews-a bildirilib ki, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı aprelin 11-də keçirilib. Bu imtahanda 1327 nəfər iştirak edib. İmtahan iştirakçıları arasında 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.

Aprelin 13-də Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirilib. İmtahanda 53 namizəd iştirak edib. 28 namizəd uğur qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Aprelin 17-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilib. İmtahanda iştirak edən 18 namizədin 14-ü uğur qabanıb və sertifikat əldə edib.

Aprel ayı ərzində DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı da təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib.

Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu.

Məlumat üçün qeyd edək ki, aprelin 15 və 16-da keçirilən buraxılış imtahanlarının materiallarının emalı yekunlaşmaq üzrədir və bu həftənin sonu nəticələrin elan edilməsi nəzərdə tutulur.

22-23 aprel tarixlərində keçirilən imtahanların materialları “skan” olunub. Bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.

Sonuncu imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.

Hər imtahan nəticəsi elan olunduqdan sonra apelyasiya komissiyasına onlayn müraciət etmək üçün tarixlər də göstəriləcək. Apelyasiya prosesi isə bütün istiqamətlər üzrə imtahan nəticələri elan olunduqdan sonra təşkil olunacaq.

Xatırladaq ki, imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müxtəlif mərhələlərdən keçir və uzun müddət tələb edir. İlk növbədə şagirdlərin yazı işləri “skan” edilir və şifrələnir. Daha sonra qiymətləndirmə meyarları təkmilləşdirilir və markerlərin kalibrləmə prosesində iştirakı üçün etalon işlər seçilir. Bundan sonra markerlər tərəfindən yazı işlərinin yoxlanılması və qiymətləndirilməsinə başlanılır. Növbəti mərhələdə isə balların hesablanması və nəticələrin DİM-in saytında yerləşdirilməsi həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib

ABŞ Ukraynaya daha 150 milyon dollar yardım ayıracaq

Prezident İlham Əliyev Vladimir Putini təbrik edib

DİM qəbul imtahanlarının tarixlərini elan edib

İlin sonuna kimi qazi və şəhid ailələrinə 3000 mənzil təqdim olunacaq

Yardımlıda Vətən Müharibəsi iştirakçısı vəzifəyə təyin edilib

Bakıda müəllimlər üçün 1739 vakansiya təqdim olunub

Gömrük Akademiyasına "Keyfiyyəti İdarəetmə Sistemi" standartı üzrə beynəlxalq sertifikat təqdim olunub

Cəlilabad, Lənkəran, Masallı və Yardımlı rayonlarında yeni subartezian quyuları qazılacaq

Oman Sultanlığı Yəmən münaqişəsinin həlli istiqamətində yenidən vasitəçilik addımlarına başlayıb

Niderland Sosialist Partiyasına Xocalı soyqırımı ilə bağlı qətnamə layihəsi təqdim edilib

Bloomberg: Windows-un yeni versiyası 24 iyunda təqdim ediləcək

DİM Sənəd Qəbulu Komissiyalarının ünvanlarını açıqlayıb

Nəticədən razı qaldım, amma yenə lazımsız səhvlər etdik - Canni De Byazi 

Yardımlıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Lavrov Rusiyanın AB-nin dostcasına olmayan addımlarına cavab verməyə hazır olduğunu açıqlayıb

DİM 40 minə yaxın 9-cu sinif şagirdi üçün buraxılış imtahanı keçirəcək

Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınması üçün qətiyyətli addımlar atılması barədə tapşırıq verib

Almaniya Qəzza sakinlərinə humanitar yardım üçün 15 milyon avro ayıracaq

21 İyun 2021, 17:40 (GMT +4)
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib

21 İyun 2021, 17:30 (GMT +4)
Lavrov: Ermənistanda hökumətin qurulmasını gözləyək

21 İyun 2021, 17:20 (GMT +4)
İranda prezident seçkilərinin qalibi İbrahim Rəisi Səudiyyə Ərəbistanını Yəmən müharibəsini dayandırmağa çağırıb

21 İyun 2021, 17:14 (GMT +4)
Şəki sakinindən müxtəlif tipli odlu silahlar götürülüb

21 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Ölkə ərazisində anomal isti gözlənilir, temperatur 44 dərəcəyədək yüksələcək

21 İyun 2021, 16:53 (GMT +4)
Məscidlərdə pandemiya qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərə başlanılıb

21 İyun 2021, 16:41 (GMT +4)
Braziliyada son sutkada 44 mindən çox koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 16:35 (GMT +4)
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

21 İyun 2021, 16:25 (GMT +4)
Əfqanıstan Ordusu Talibanın zəbt etdiyi rayon mərkəzlərindən ikisini geri alıb

21 İyun 2021, 16:19 (GMT +4)
Putin koronavirus təhlükəsinin hələ də aradan qaldırılmadığını açıqlayıb

21 İyun 2021, 16:10 (GMT +4)
Yevlax sakinindən 155 kq-dan çox narkotik aşkarlanıb

21 İyun 2021, 16:00 (GMT +4)
“Grand Chess Tour”: Teymur Rəcəbov rapid turnirində 8-ci olub

21 İyun 2021, 15:56 (GMT +4)
Şirkət rəhbəri saxta əmək müqavilələri bağladığına görə həbs edilib

21 İyun 2021, 15:44 (GMT +4)
Kreml: Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük

21 İyun 2021, 15:32 (GMT +4)
Türkiyə Futbol Federasiyası Azərbaycana təşəkkür edib

21 İyun 2021, 15:30 (GMT +4)
Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutulub

21 İyun 2021, 15:22 (GMT +4)
Araz Abdullayev Kipr klubu ilə müqavilə bağlayıb

21 İyun 2021, 15:20 (GMT +4)
İlham Əliyev: Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir

21 İyun 2021, 15:19 (GMT +4)
İran prezident seçkilərinin qalibi İbrahim Rəisi Co Baydenlə görüşməyəcəyini bildirib

21 İyun 2021, 15:14 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətini yenidən uzadıb

21 İyun 2021, 15:08 (GMT +4)
Canni De Byazi “Neftçi”nin yoxlama matçını izləyəcək

21 İyun 2021, 15:06 (GMT +4)
Lənkəranda rabitə xətlərini oğurlayan keçmiş məhkum saxlanılıb

21 İyun 2021, 14:50 (GMT +4)
Qətər şirkətləri Azərbaycanda bərpa olunan enerji hərraclarına qatıla bilər

21 İyun 2021, 14:43 (GMT +4)
Başımızı uca tutmalıyıq - Türkiyə millisinin futbolçusu

21 İyun 2021, 14:40 (GMT +4)
Rusiya XİN rəhbəri və ATƏT Baş katibi Qarabağı müzakirə edəcək

21 İyun 2021, 14:30 (GMT +4)
İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqləyib

21 İyun 2021, 14:16 (GMT +4)
Rusiyada son sutkada 17.378 koronavirusa yoluxma qeydə alınıb

21 İyun 2021, 14:10 (GMT +4)
Burak Yılmaz: Ölkəmizi layiqincə təmsil etmədik

21 İyun 2021, 14:06 (GMT +4)
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskva şəhərinə yola düşüb

21 İyun 2021, 13:54 (GMT +4)
Prezident Goranboyda yol tikintisinə 13,5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66