Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda peyvəndləmə aparılır

05 May 2021, 16:59 (GMT +4)

Bakı, 5 may, SalamNews. İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır.

SalamNews bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) əməkdaşları işğaldan azad edilmiş Xocavənd rayonunun ərazisində meşə və meşəətrafı sahələrə, vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə, sahibsiz itlərin çox olduğu ərazilərə ümumilikdə 400 doza aldadıcı yem atıblar.

Peyvəndləmə tədbirlərində iştirak edən AXA-nın sədr müavini Bayandur Rzayev bildirib ki, ərazilərə atılmış, içərisində vaksin olan qidanı qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı bir il müddətinə immunitet yaradacaq. Bu cür tədbirlər xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılmasının qarşısını almaqda mühüm rol oynayır və quduzluq xəstəliyinə qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. Bayandur Rzayev quduzluğa qarşı peyvəndləmə tədbirlərinin müəyyən olunmuş qrafik əsasında işğaldan azad edilmiş digər rayonların ərazisində də aparılacağını qeyd edib. AXA-nın əməkdaşları peyvəndləmənin nəticələrini müəyyən etmək üçün tədbirdən üç gün sonra ərazilərdə monitorinqlər keçirirlər.

Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

18 İyun 2021, 14:23 (GMT +4)
Könül Nurullayeva AŞPA Komitəsinin videokonfransında iştirak edib

18 İyun 2021, 14:19 (GMT +4)
Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs veriblər

18 İyun 2021, 14:11 (GMT +4)
Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb

18 İyun 2021, 14:00 (GMT +4)
Mahir Emreli "Legiya"da debüt oyununda het-trik edib - (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66