Mobil versiya RU AZ
_




DÜNYA » RAMAZAN

Bu gün Ramazanın son cüməsi Beynəlxalq Qüds günüdür

07 May 2021, 04:36 (GMT +4)

Bakı, 7 may, SalamNews, B.Samid. Bu gün bir çox müsəlman ölkələrində İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarının və müsəlmanların birinci qibləsi əl-Əqsa məscidinin azadlığı naminə Beynəlxalq Qüds günü qeyd edilir. Qırx ildən çoxdur ki, ramazan ayının sonuncu cüməsi müsəlman dünyasında Beynəlxalq Qüds günü kimi qeyd edilməkdədir.

SalamNews xəbər verir ki, Qüds gününün keçirilməsi təşəbbüsü təkcə 1948-ci ildən bəri Fələstin xalqının məruz qaldığı zülmlərə son qoymaq məqsədilə deyil, həm də islam dünyası üçün böyük əhəmiyyət daşıyan müsəlmanların birinci qibləsi ilə bağlıdır. Qurani-Kərimin İsra surəsinin birinci ayəsində hazırda işğal altında olan Qüds şəhərindəki əl-Əqsa məscidinin islam dünyası üçün əhəmiyyətindən danışılır. Ayədə buyurulur:

“Bəzi ayələrimizi göstərmək üçün bəndəsi Peyğəmbəri bir gecə (Məkkədəki) Məscidül-həramdan, ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir!”

Qüds müsəlmanların birinci qibləsi olmaqla yanaşı, islam dünyasının üç müqəddəs məkanı və hərəmindən biridir. Bu müqəddəs məkanlar Kəbə evinin yerləşdiyi Məscidul-haram, Məhəmməd peyğəmbərin məzarının yerləşdiyi Mədinə məscidi və Allahın mübarək qıldığı əl-Əqsa məscididir.

Məlumdur ki, müsəlman ümməti bu müqəddəs məkanın işğalda olmasına biganə qala bilməz. Buna görə Qüds günü ramazanın son cüməsində çox mühüm bir əlamətdar gün kimi qeyd edilir.

Bu təşəbbüsün irəli sürülməsi ilə dünyada zülmə məruz qalmış ölkələrin və xalqların yeni hərəkatı yaranıb. Bu günün hər il qeyd edilməsi İslam dünyasında və ümumilikdə dünya xalqlarında zülmə və işğala qarşı mübarizə ruhunun formalaşmasına təkan verib.

Müşahidələr göstərir ki, hazırda Fələstinin işğalı məsələsi dünya müsəlmanlarını birləşdirən əsas amildir. Bu səbəbdəndir ki, müsəlman xalqlarının səadətini istəməyən qlobal imperializm müsəlmanların ön cəbhəsi hesab edilən Fələstin məsələsində təfriqə yaratmağa çalışır.

Belə əlamətdar günlərdə keçirilən tədbir və aksiyalar müsəlmanların həqiqi ağrı-acılarını nümayiş etdirir.

Son illərdə ABŞ tərəfindən Qüdsün İsrailin paytaxtı elan edilməsi, Colanı İsrailin ərazisi kimi tanıması, işğal edilən İordan çayının qərbində sonradan salınan 121 şəhər və qəsəbənin, habelə İordan vadisinin İsrailə ilhaq edilməsi planının gündəmə gətirilməsi Qüds gününün keçirilməsinin əhəmiyyətini daha da artırıb.

Hazırda Fələstin ərazilərinin böyük hissəsini təşkil edən İordan çayının qərb sahili və burada məskunlaşan 5 milyon fələstinli İsrailin işğalı altındadır. Daha 2.5 milyon fələstinin yaşadığı Qəzza HƏMAS hərəkatının nəzarətində olsa da, hava quru və sudan İsrailin mühasirəsindədir. Bu mühasirə artıq 13 ildir ki, davam edir. Ümumilikdə 1948-ci ildən bu yana həyata keçirilmiş işğal siyasəti nəticəsində 7 milyona yaxın fələstinli qonşu və digər dünya ölkələrində qaçqın şəraitində yaşamaqdadır.

Geridə qalan il Fələstin məsələsi üçün nəhs il kimi yadda qaldı. ABŞ-ın təzyiqi ilə daha dörd ərəb rejimi İsraillə əlaqələri normallaşdırmaq, rəsmiləşdirmək və səfirliklərini burada açmaq istiqamətində addım atdılar. Müsəlman ölkələrindən Kosovo İsraildəki səfirliyini işğal edilmiş Qüdsdə açdı. Bütün bu addımlar həm Fələstin və həm də digər müsəlman xalqları tərəfindən qəzəblə qarşılandı. Cari ramazan ayının əvvəli Fələstin əraziləri yenidən oyanışın şahidi oldu. Belə ki ramazan ayının əvvəlində Qüdsdə əl-Əqsa məscidinə girişlə bağlı İsrail polisinin tətbiq etdiyi məhdudiyyətlər irimiqyası etirazlarla qarşılandı və üç gün qarşıdurmadan sonra İsrail məhdudiyyət qərarlarını götürməli oldu.

Bu il Fələstin xalqı göstərdiyi müqavimətlə səsini dünyada yuxarı istansiyaların birinə çatdıra bildi. Belə ki, Beynəlxalq Cinayətlər Məhkəməsi bundan sonra fələstinlilərin İsrailə qarşı şikayətlərini təmin edəcəyini bildirdi. Bu qərara ilk etiraz elə ABŞ tərəfindən gəldi və beynəlxalq məhkəmənin hakimlərinə sanksiyaları tətbiq etdi. Bununla da ABŞ hökuməti insan haqları məsələsində ikili standartlı rəftarını bir daha nümayiş etdirdi. İsrail isə, bu məhkəməyə üzv olmadığını bildirərək, məhkəmənin ona qarşı şikayət qaldırmasına haqqı çatmadığını bəyan etdi.

Bu il müxtəlif müsəlman dövlətlərində koranavirus pandemiyasına görə, Qüds günü aksiyaları istənilən kimi keçirilməsə də karantin şərtlərini riayət etməklə fərqli proqram və tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsrail və Fələstin tərəfləri sabah Qüdsdə kütləvi aksiyalar vəd ediblər, toqquşmalar gözlənilir

Qüdsdə İsrailin millətçi cinahlarının “Bayraq yürüşü” yenidən müharibəyə səbəb ola bilər

"Zirə" Ağabala Ramazanovun müqaviləsini uzadıb

İlham Əliyev: “Qüds şəhəri ilə bağlı mövqeyimiz çox aydındır”

Ərdoğan: Qüdsdə və Qəzzada uşaqlar deyil, insanlıq ölür 

Çavuşoğlu: İsrail Ramazan bayramını zəhər etdi

Qüdsün qərbində sinaqoqda dini ayin zamanı platforma çöküb, üç ölü var (VİDEO)

Türkiyə prezidenti: Qarabağda Azərbaycanı dəstəklədiyimiz kimi Qüdsə və Fələstinə də dəstək veririk

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Şuşadan Azərbaycan xalqını təbrik edib

Ərdoğan: Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur və İsrail durdurulmalıdır

Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Mükafatların verildiyi gün – Sabah Ramazan bayramıdır

Ərdoğan İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edib

Ərdoğan və Putin Qüdsdə baş verən hadisələri müzakirə edir

MHP sədri: İsrail mübarək Ramazan ayında qanlı üzünü bir daha göstərdi

İran səfiri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Ramazanın 29-cu gününün duası, iftar və imsak vaxtı

Ərdoğan İsrailin Qüdsdəki hücumlarını terror aktı adlandırıb

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

İran, Türkiyə və İordaniya XİN rəhbərləri Qüdslə bağlı beynəlxalq tərəflərlə danışıqlar aparıblar

18 İyun 2021, 01:34 (GMT +4)
AÇ-2020: Belçika və Niderland 1/8 finala yüksəlib, Ukrayna qələbə qazanıb

18 İyun 2021, 00:55 (GMT +4)
“Səbail” müdafiəçisi ilə müqaviləni yeniləyib

18 İyun 2021, 00:26 (GMT +4)
"Milan" "Çelsi"nin futbolçusunu transfer edib

18 İyun 2021, 00:17 (GMT +4)
"Qarabağ" klubu Avstriyaya yollanır

17 İyun 2021, 18:01 (GMT +4)
Ağcabədi sakinindən silah-sursat götürülüb

17 İyun 2021, 17:49 (GMT +4)
Husilər PUA-larla Səudiyyə Ərəbistanın hava limanını hədəfə aldıqlarını bildiriblər

17 İyun 2021, 17:40 (GMT +4)
Danimarkada 12-15 yaş arası uşaqların peyvəndlənməsinə icazə veriləcək

17 İyun 2021, 17:30 (GMT +4)
"İceland" dondurmalarının istehsalçısı cərimələnib

17 İyun 2021, 17:15 (GMT +4)
Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, ölüm qeydə alınmayıb

17 İyun 2021, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Avropanın cənub-şərqində sülh və sabitliyin tərəfdarıdır

17 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Sabahdan güclü külək əsəcək

17 İyun 2021, 16:54 (GMT +4)
Son ayda ikinci dəfə olaraq İrandan İraqa gedən elektrik xətlərinə hücum edilib

17 İyun 2021, 16:44 (GMT +4)
Braziliyada koronavirusun 19 növü aşkar edilib

17 İyun 2021, 16:33 (GMT +4)
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

17 İyun 2021, 16:22 (GMT +4)
Baydenin oğlu irqçilikdə şübhəli bilinir

17 İyun 2021, 16:15 (GMT +4)
Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb

17 İyun 2021, 16:04 (GMT +4)
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17 İyun 2021, 15:53 (GMT +4)
Əfqanıstanın şimalında terror aktı törədilib, ölənlər var

17 İyun 2021, 15:49 (GMT +4)
Həsən Ruhani İran xalqını sabah keçiriləcək prezident seçkilərinə aktiv şəkildə qatılmağa çağırıb

17 İyun 2021, 15:41 (GMT +4)
Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq

17 İyun 2021, 15:32 (GMT +4)
“Sumqayıt” yeni mövsümün hazırlığına başlayıb

17 İyun 2021, 15:28 (GMT +4)
Rusiyada son sutkada 14 mindən çox koronavirusa yoluxma qeydə alınıb 

17 İyun 2021, 15:16 (GMT +4)
2020-2021-ci tədris ilində 5 345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub

17 İyun 2021, 15:05 (GMT +4)
Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradılıb

17 İyun 2021, 15:00 (GMT +4)
Mahir sıradan hücumçu deyil - "Legiya"nın baş məşqçi

17 İyun 2021, 14:53 (GMT +4)
Ərdoğan: Rusiyanın Zəngəzur dəhlizinin yaradılmasını gecikdirmək niyyətində olduğunu düşünmürəm

17 İyun 2021, 14:46 (GMT +4)
Türkiyə prezidenti ölkə qüvvələrinin Əfqanıstanda qalması məsələsinə münasibət bildirib

17 İyun 2021, 14:42 (GMT +4)
Göyçayda çətənə yetişdirənlər saxlanılıb 

17 İyun 2021, 14:30 (GMT +4)
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

17 İyun 2021, 14:20 (GMT +4)
Bayden Putinlə görüşdən sonra jurnalistləri tənqid edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66