Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib

07 May 2021, 12:10 (GMT +4)

Bakı, 7 may, SalamNews. Prezident İlham Əliyev "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncamda deyilir:

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıram:

Sərəncama əsasən, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 İyun 2021, 17:15 (GMT +4)
Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

15 İyun 2021, 17:01 (GMT +4)
Milli Qurtuluş günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib 

15 İyun 2021, 16:53 (GMT +4)
Zelenski: Ukrayna NATO-ya üzv olmaq üçün "xahiş etmək" niyyətində deyil

15 İyun 2021, 16:47 (GMT +4)
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb

15 İyun 2021, 16:36 (GMT +4)
Azərbaycanda son sutkada 177 nəfər COVID-19-dan sağalıb, 68 nəfər yoluxub

15 İyun 2021, 16:29 (GMT +4)
İranın Bakıdakı Səfirliyi Qurtuluş günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib

15 İyun 2021, 16:25 (GMT +4)
Gürcüstanda 18 nəfərdə COVID-19-un Hindistan növünə yoluxma qeydə alınıb

15 İyun 2021, 16:17 (GMT +4)
Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü keçirilir

15 İyun 2021, 16:06 (GMT +4)
Xaçmazda Milli Qurtuluş Günü qeyd olunub

15 İyun 2021, 15:56 (GMT +4)
Misirdə İxvan əl-Müslimun hərəkatının 12 üzvü barədə edam hökmü təsdiqlənib

15 İyun 2021, 15:50 (GMT +4)
Almaniyada son sutkada 652 koronavirusa yoluxma aşkar edilib

15 İyun 2021, 15:35 (GMT +4)
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşılayıb  (VİDEO)

15 İyun 2021, 15:20 (GMT +4)
Paşinyan tərəfdarlarını İrəvanda ümummilli mitinqə dəvət edib

15 İyun 2021, 15:05 (GMT +4)
Bakıda daha bir yol təmir olunur

15 İyun 2021, 14:54 (GMT +4)
Misir prezidenti Əbdül-Fəttah Sisi Qətərin əmirinə məktub yazıb

15 İyun 2021, 14:45 (GMT +4)
Blinken Rusiyanı "ABŞ ilə münasibətləri korlamaqda" ittiham edib

15 İyun 2021, 14:30 (GMT +4)
Astarada avtomobil piyadanı vuraraq öldürüb

15 İyun 2021, 14:15 (GMT +4)
Putin Rusiyaya kimin mane olduğunu açıqlayıb

15 İyun 2021, 14:08 (GMT +4)
Kürdəmirdə reyd keçirilib, sürücülər cərimələnib

15 İyun 2021, 13:56 (GMT +4)
İran yayın sonunda dünyanın böyük vaksin istehsalçılarından biri olacağını bildirib

15 İyun 2021, 13:42 (GMT +4)
Argentina Çili ilə heç-heçə edib - (VİDEO)

15 İyun 2021, 13:40 (GMT +4)
Azərbaycanda mayda avtomobil istehsalı 45% artıb

15 İyun 2021, 13:27 (GMT +4)
"Neftçi"nin Çempionlar Liqasındakı rəqibi məlum olur

15 İyun 2021, 13:26 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzulidə qarşılayıb

15 İyun 2021, 13:19 (GMT +4)
“Səbail” Əfran İsmayılovla müqavilənin müddətini uzadıb 

15 İyun 2021, 13:17 (GMT +4)
Türkiyə MN Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

15 İyun 2021, 13:10 (GMT +4)
Sumqayıtda evə silahlı basqın edilib

15 İyun 2021, 13:00 (GMT +4)
İspaniya - İsveç matçının ən yaxşısı məlum olub

15 İyun 2021, 12:58 (GMT +4)
Rusiyada sutka ərzində 14.185 koronavirusa yoluxma aşkar edilib

15 İyun 2021, 12:51 (GMT +4)
Taliban son iki ayda Əfqanıstanda 30 rayon mərkəzini nəzarətə götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66