Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

DTX: Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunub (VİDEO)

07 May 2021, 16:01 (GMT +4)

Bakı, 7 may, SalamNews. Qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslər həbs olunublar.

SalamNews Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılmışdır.

Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DTX: Suriyada qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən azərbaycanlı həbs edilib 

DTX: Suriyada “İŞİD”in tərkibində vuruşan azərbaycanlı həbs edilib (VİDEO)

DTX: Ölkə ərazisində terror təhlükəsinin olması ilə bağlı məlumatlar əsassızdır

DTX əməkdaşları Ümummilli Liderin əziz xatirəsini yad ediblər

DTX Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil edib

DTX Alimpaşa Məmmədovun həbsilə bağlı məlumat yayıb

DTX Şəmkir Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir

Ombudsman DTX-nin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkib

Bu gün DTX işçilərinin peşə bayramıdır

DTX hərbçilərinin ştat sayının həddində dəyişiklik edilib

DTX: Ümumdövlət mənafelərinə ziyan vuran əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymaq yolverilməzdir

DTX sabiq nazir Səlim Müslümovu həbs edib

DTX “Baku Steel Company” MMC-nin rəhbərinin həbsi ilə bağlı məlumat yayıb

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

DTX Azərbaycan və Ermənistan təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin görüşü barədə məlumat yayıb

Şuşada DTX-nın yeni inzibati binasının açılışı olub

DTX-nin rəisi Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib

DTX yaralı qazilərə yardım vəsaitlərini ələ keçirəni saxlayıb (VİDEO)

Qarabağda döyüşmüş livanlı muzdlu-terrorçu DTX tərəfindən məsuliyyətə cəlb edilib

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

18 İyun 2021, 14:23 (GMT +4)
Könül Nurullayeva AŞPA Komitəsinin videokonfransında iştirak edib

18 İyun 2021, 14:19 (GMT +4)
Azərbaycanda yaşayan İran vətəndaşları prezident seçkilərində səs veriblər

18 İyun 2021, 14:11 (GMT +4)
Bakı və Ağcabədi sakinlərindən silah-sursat götürülüb

18 İyun 2021, 14:00 (GMT +4)
Mahir Emreli "Legiya"da debüt oyununda het-trik edib - (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66