Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Neftçalada Ulu Öndərin xatirəsi anılıb

10 May 2021, 14:37 (GMT +4)

Bakı, 10 may, SalamNews. Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti daim yüksək fəxr hissi ilə qeyd olunur, əziz xatirəsi hədsiz məhəbbətlə və böyük ehtiramla anılır.

SalamNews xəbər verir ki, Ulu Öndərin doğum günü münasibətilə Neftçala şəhərində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayonun hüquq- mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, Təhsil şöbəsinin, şəhid ailələrinin və digər məsul şəxslərin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasına əməl olunmaqla məhdud sayda şəxslərin iştirakı ilə Heydər Əliyev mərkəzində tədbir təşkil olunub. Tədbirdən öncə Ulu Öndərin Neftçala şəhərində ucaldılan əzəmətli heykəli qarşısına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub. Tədbir iştirakçıları Heydər Əliyev mərkəzində Ulu Öndərin zəngin və maraqlı ekspozisiyaları ilə tanış olublar. 

Tədbirdə dövlət himni səsləndikdən və Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunduqdan sonra başlanılıb. 

Tədbirə doğma Vətəninə və xalqına daim sədaqətlə xidmət edən Ümummilli Liderin mənalı ömür yolundan və titanik fəaliyyətindən bəhs olunan videorolikə baxılıb, dahi rəhbərin qurub yaratdığı müasir Azərbaycan dövlətinin Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb.

 Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını, ata vəsiyyətinə əməl edərək torpaqlarımızı işğaldan azad etdiyini qeyd edib. Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiramdır.

RİH başçısı vurğuladı ki,  "Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradıb və regiondakı bütün dövlətlər Azərbaycana ehtiramla yanaşır".

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun Ümummilli Liderin ideyalarının və ölkəmizin nailiyyətlərinin dünyada geniş təbliğində, əhalinin rifahına xidmət edən sosial layihələrin gerçəkləşməsində nəcib və xeyirxah fəaliyyəti qeyd olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyun 2021, 01:34 (GMT +4)
AÇ-2020: Belçika və Niderland 1/8 finala yüksəlib, Ukrayna qələbə qazanıb

18 İyun 2021, 00:55 (GMT +4)
“Səbail” müdafiəçisi ilə müqaviləni yeniləyib

18 İyun 2021, 00:26 (GMT +4)
"Milan" "Çelsi"nin futbolçusunu transfer edib

18 İyun 2021, 00:17 (GMT +4)
"Qarabağ" klubu Avstriyaya yollanır

17 İyun 2021, 18:01 (GMT +4)
Ağcabədi sakinindən silah-sursat götürülüb

17 İyun 2021, 17:49 (GMT +4)
Husilər PUA-larla Səudiyyə Ərəbistanın hava limanını hədəfə aldıqlarını bildiriblər

17 İyun 2021, 17:40 (GMT +4)
Danimarkada 12-15 yaş arası uşaqların peyvəndlənməsinə icazə veriləcək

17 İyun 2021, 17:30 (GMT +4)
"İceland" dondurmalarının istehsalçısı cərimələnib

17 İyun 2021, 17:15 (GMT +4)
Azərbaycanda son sutkada 153 nəfər COVID-19-dan sağalıb, ölüm qeydə alınmayıb

17 İyun 2021, 17:10 (GMT +4)
Ərdoğan: Türkiyə Avropanın cənub-şərqində sülh və sabitliyin tərəfdarıdır

17 İyun 2021, 17:03 (GMT +4)
Xəbərdarlıq: Sabahdan güclü külək əsəcək

17 İyun 2021, 16:54 (GMT +4)
Son ayda ikinci dəfə olaraq İrandan İraqa gedən elektrik xətlərinə hücum edilib

17 İyun 2021, 16:44 (GMT +4)
Braziliyada koronavirusun 19 növü aşkar edilib

17 İyun 2021, 16:33 (GMT +4)
Azərbaycan və Pakistan HHQ-i arasında əməkdaşlıq məsələləri müzakirə edilib (FOTO)

17 İyun 2021, 16:22 (GMT +4)
Baydenin oğlu irqçilikdə şübhəli bilinir

17 İyun 2021, 16:15 (GMT +4)
Azərbaycanda birinci sinfə gedən şagirdlərin sayı 165 mini ötüb

17 İyun 2021, 16:04 (GMT +4)
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17 İyun 2021, 15:53 (GMT +4)
Əfqanıstanın şimalında terror aktı törədilib, ölənlər var

17 İyun 2021, 15:49 (GMT +4)
Həsən Ruhani İran xalqını sabah keçiriləcək prezident seçkilərinə aktiv şəkildə qatılmağa çağırıb

17 İyun 2021, 15:41 (GMT +4)
Azərbaycanda şəhidlərin və şəhid ailəsi üzvlərinin reyestri yaradılacaq

17 İyun 2021, 15:32 (GMT +4)
“Sumqayıt” yeni mövsümün hazırlığına başlayıb

17 İyun 2021, 15:28 (GMT +4)
Rusiyada son sutkada 14 mindən çox koronavirusa yoluxma qeydə alınıb 

17 İyun 2021, 15:16 (GMT +4)
2020-2021-ci tədris ilində 5 345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul olub

17 İyun 2021, 15:05 (GMT +4)
Azərbaycanda Təhsil Tələbə Krediti Fondu yaradılıb

17 İyun 2021, 15:00 (GMT +4)
Mahir sıradan hücumçu deyil - "Legiya"nın baş məşqçi

17 İyun 2021, 14:53 (GMT +4)
Ərdoğan: Rusiyanın Zəngəzur dəhlizinin yaradılmasını gecikdirmək niyyətində olduğunu düşünmürəm

17 İyun 2021, 14:46 (GMT +4)
Türkiyə prezidenti ölkə qüvvələrinin Əfqanıstanda qalması məsələsinə münasibət bildirib

17 İyun 2021, 14:42 (GMT +4)
Göyçayda çətənə yetişdirənlər saxlanılıb 

17 İyun 2021, 14:30 (GMT +4)
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib

17 İyun 2021, 14:20 (GMT +4)
Bayden Putinlə görüşdən sonra jurnalistləri tənqid edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66