Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi

12 May 2021, 15:28 (GMT +4)

Bakı, 12 may, SalamNews. "44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaltdı. 44 günlük müharibə bizim şanlı tariximizdir".

 SalamNews-un xəbərinə görə, bunu Prezident İlham Əliyev mayın 12-də Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalının açılışında çıxış edərkən deyib.

"44 günün hər bir günü qəhrəmanlıq dastanı idi, hər bir gündə biz şəhidlər verirdik, qan tökürdük və irəliyə gedirdik. Hər gün biz irəliyə gedirdik. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq irəli gedirdik, şəhidlər verərək, qan tökərək, xalqımız birləşərək və biz birləşib bu Qələbəni şərtləndirdik. 300-dən çox şəhər və kənd döyüş meydanında işğalçılardan azad edildi və Şuşanın – alınmaz qalanın alınması ayrıca bir qəhrəmanlıq dastanıdır. Şuşada olan hər bir insan və artıq Şuşaya gələn Azərbaycan vətəndaşları görürlər ki, Şuşanı götürmək, işğaldan azad etmək böyük qəhrəmanlıq, şücaət, fədakarlıq tələb edirdi. Bizim qəhrəman hərbçilərimiz bu sıldırım qayalara dırmaşaraq əlbəyaxa döyüşdə Şuşanı işğalçılardan azad etdi. Baxmayaraq ki, işğalçılar bizə qarşı tanklardan, toplardan atəş açırdılar. Biz Şuşa uğrunda gedən döyüşlərdə şəhidlər verdik. Ancaq bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik", - Prezident bildirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 İyun 2021, 09:11 (GMT +4)
Yaponiyanın cənub-qərbində vulkan püskürməsi baş verib

23 İyun 2021, 09:10 (GMT +4)
Bərdədə evdə yanğın baş verib

23 İyun 2021, 09:00 (GMT +4)
Qazax sakinində narkotik aşkarlanıb

23 İyun 2021, 08:51 (GMT +4)
Əfqanıstanın Məzar-Şərif şəhərində yüzlərlə insan Talibana qarşı səfərbər olublar

22 İyun 2021, 18:23 (GMT +4)
Burada gördüklərim məni heyrətləndirib - "Qarabağ"ın yeni transferi

22 İyun 2021, 18:02 (GMT +4)
Nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldıracaq”

22 İyun 2021, 17:52 (GMT +4)
Rayonlararası yeni su bölgüsü qrafikləri hazırlanıb və icrasına başlanılıb

22 İyun 2021, 17:45 (GMT +4)
İtaliyada yeniyetmə COVİD-19 peyvəndinə qarşı çıxan valideynlərini məhkəməyə verəcək

22 İyun 2021, 17:40 (GMT +4)
Taliban Əfqanıstan-Tacikistan sərhədində böyük sərhəd keçidini nəzarətə götürdüyünü iddia edib

22 İyun 2021, 17:31 (GMT +4)
Bakıda yaşayış komplekslərinin 85 %-i kanalizasiya şəbəkəsi ilə təmin olunacaq

22 İyun 2021, 17:21 (GMT +4)
Kür çayının dibi dərinləşdiriləcək

22 İyun 2021, 17:11 (GMT +4)
ABŞ-da atışma nəticəsində üç nəfər ölüb

22 İyun 2021, 17:08 (GMT +4)
Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

22 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycanda indiyədək vurulan COVID-19 əleyhinə peyvəndin sayı 3 milyonu keçib

22 İyun 2021, 16:54 (GMT +4)
Merkel qaçqınlarla bağlı Türkiyə ilə əldə edilən razılaşmanı qorumağın zəruri olduğunu bildirib

22 İyun 2021, 16:46 (GMT +4)
Pakistan baş naziri ölkəsinin əvvəllər Talibanı dəstəkləməsini səhv addım adlandırıb

22 İyun 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 111 nəfər COVID-19-dan sağalıb, ölən olmayıb

22 İyun 2021, 16:32 (GMT +4)
AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib

22 İyun 2021, 16:27 (GMT +4)
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimlərində döyüş tapşırıqları icra olunur

22 İyun 2021, 16:20 (GMT +4)
Aprel-may aylarında Avropadan Azərbaycana könüllü qayıdanların sayı açıqlanıb

22 İyun 2021, 16:09 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin ilk dəfə maliyyə hesabatı açıqlanıb

22 İyun 2021, 15:51 (GMT +4)
Ceyhun Bayramov: "Azərbaycan YUNESKO və BMT QAK-dan cavab gözləyir"

22 İyun 2021, 15:44 (GMT +4)
İnterpol tərəfindən axtarışda olan PKK terrorçusu İraqda ələ keçirilib

22 İyun 2021, 15:33 (GMT +4)
Yəməndə Səudiyyə Ərəbistanına qarşı “Uşaqların böyük aksiyası” keçirilir (VİDEO)

22 İyun 2021, 15:24 (GMT +4)
“Qarabağ uşaqların gözü ilə” müsabiqəsinin qalibləri müəyyənləşib

22 İyun 2021, 15:17 (GMT +4)
Köçəryanın partiyası parlament seçkilərinin nəticələrinə etiraz edəcək

22 İyun 2021, 15:08 (GMT +4)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlama yayıb

22 İyun 2021, 15:01 (GMT +4)
Daha bir futbolçu "Qəbələ"dən ayrılıb

22 İyun 2021, 14:59 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 360 min nəfəri keçib

22 İyun 2021, 14:45 (GMT +4)
Şuşada bərk məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib - SƏRƏNCAM

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66