Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan kəndlərində ilk dəfə GPON texnologiyası əsasında şəbəkə qurulur

17 May 2021, 18:02 (GMT +4)

Bakı, 17 may, SalamNews. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC tərəfindən əhatə dairəsinin genişləndirilməsi və göstərilən xidmətlərin keyfiyyətinin artırılması üzrə layihələr çərçivəsində kəndlərdə ilk dəfə olaraq GPON (Gigabyte Passive Optical Network) şəbəkəsi qurulur.

Bu barədə SalamNews-a Nazirlikdən məlumat verilib.

Belə ki, Xaçmaz rayonunun Qadaşoba kəndində və Zərdab rayonunun Şəftəhal, Aşağı Seyidlər və Mehdililər kəndində telekommunikasiya infrastrukturu müasirləşdirilir, optik xətlər çəkilir, GPON texnologiyası tətbiq edilir.

Artıq şəbəkənin tikintisi üçün Qadaşoba kəndində 10 km-dən çox, Zərdab rayonunun sözügedən kəndlərində isə 3 km-dən çox uzunluqda fiber-optik xəttin tikintisi başa çatdırılıb.

Layihə nəticəsində Qadaşobada 1000-dən artıq, Zərdabın adı çəkilən kəndlərində isə 500 ailəyə müasir telekommunikasiya xidmətlərindən istifadə etmək imkanı yaradılacaq. Eyni zamanda texniki imkanlar gələcəkdə bu kəndlərdə yeni yaşayış ərazilərinin salınması, genişləndirilməsi və yeni abunəçilərin say artımı nəzərə alınmaqla qurulur ki, bu da öz növbəsində abunəçilərə daha geniş çeşiddə xidmətlərdən istifadə imkanı yaradacaq, rəqəmsal bərabərlik təmin olunacaq.

Digər bölgələrdə də vətəndaşların keyfiyyətli genişzolaqlı xidmətlərlə təmin edilməsi üçün şəbəkənin ən müasir texnologiya olan GPON texnologiyası əsasında yenidən qurulması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyaları sektoru ölkə iqtisadiyyatının dinamik inkişaf edən aparıcı sahələrindən biridir. Bu sahənin inkişafına, rəqəmsal bərabərsizliyin aradan qaldırılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Bu məqsədlə rəqəmsallaşma, informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni infrastrukturun qurulması, müasir texnologiyaların tətbiqi istiqamətində regionlarda bir sıra mühüm işlər aparılır. Rayon, qəsəbə və kəndlərdə vətəndaşların informasiya-telekommunikasiya şəbəkəsindən dayanıqlı, təhlükəsiz və keyfiyyətli istifadə etmələri üçün ölkənin rəqəmsal transformasiya siyasətinə uyğun olaraq yeni nəsil avadanlıqlar quraşdırılır, layihələr həyata keçirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

NRYTN: "WhatsApp" və "Instagram"da yaranan problemlər lokal deyil

NRYTN: Regionlara sərnişindaşıma xüsusi təlimat əsasında təşkil ediləcək

NRYTN-nin təşəbbüsü ilə kibertəhlükəsizliyə dair onlayn tədbir keçirilir

NRYTN: Dələduzlar Azərbaycan nömrələrindən istifadə edib vətəndaşları aldadır

NRYTN vətəndaşlara müraciət edib

NRYTN-in Apellyasiya Şurasının növbəti iclası keçirilib

NRYTN: Kiberdələduzlar "Azərpoçt"un adına saxta saytlar yaradaraq insanları "tələyə salmağa çalışır

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

NRYTN: Düşmənin telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

NRYTN: Daha bir erməni saxtakarlığı aşkar edilib

NRYTN: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

NRYTN və “AmCham” arasında videotədbir keçirilib

NRYTN və "Cisco" arasında əməkdaşlığa dair video-konfrans keçirilib

NRYTN "Bakı-2019"la bağlı gücləndirilmiş iş rejiminə keçib

NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” olub

NRYTN-da Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

NRYTN nümayəndələri Moskvada “Rabitə” sərgisində iştirak edir

NRYTN və Caspian European Club biznes-forum keçirəcək

Almaniya nümayəndə heyəti ilə NRYTN-də görüş keçirilib

24 İyun 2021, 18:02 (GMT +4)
Xocavənddə yolda ermənilər tərəfindən basdırılmış minalar aşkarlanıb (VİDEO)

24 İyun 2021, 17:56 (GMT +4)
Hərbçilər “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib

24 İyun 2021, 17:51 (GMT +4)
Keniyada helikopter qəzasında 10 hərbçi ölüb 

24 İyun 2021, 17:43 (GMT +4)
Ermənistan Nazirlər Kabineti türk mallarının idxalına qoyulan qadağanı altı ay uzadıb

24 İyun 2021, 17:35 (GMT +4)
TƏBİB Azərbaycanda koronavirusun “Hindistan ştammı”nın qeydə alınıb-alınmadığına aydınlıq gətirib

24 İyun 2021, 17:24 (GMT +4)
Suriya ilə bağlı Astana görüşünün yeni tarixi açıqlanıb

24 İyun 2021, 17:20 (GMT +4)
Blinken Merkeli "Şimal Axını-2"nin yaratdığı riskləri azaltmağa çağırıb 

24 İyun 2021, 17:11 (GMT +4)
Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib 

24 İyun 2021, 17:01 (GMT +4)
Prezident bir qrup hərbçini “Vətən uğrunda” medalı ilə təltif edib

24 İyun 2021, 16:50 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 İyun 2021, 16:47 (GMT +4)
Əfqanıstan Ordusu Talibana endirilən hava zərbələrinin görüntülərini yayımlayıb (VİDEO)

24 İyun 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

24 İyun 2021, 16:31 (GMT +4)
Dünyanın beş ölkəsində "Delta Plus" koronavirus suşu aşkar edilib

24 İyun 2021, 16:25 (GMT +4)
Azərbaycan Prezidenti hərbçilərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

24 İyun 2021, 16:13 (GMT +4)
Bakıda daha 10 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb

24 İyun 2021, 16:02 (GMT +4)
Braziliyada COVID-19-a gündəlik yoluxmada rekord göstərici qeydə alınıb 

24 İyun 2021, 15:52 (GMT +4)
İranda son sutkada koronavirusdan 144 nəfərin ölümü qeydə alınıb

24 İyun 2021, 15:51 (GMT +4)
Bakıda iki avtobus toqquşub, 7 nəfər xəsarət alıb

24 İyun 2021, 15:40 (GMT +4)
Gömrük Akademiyasının ilk magistr tələbələri məzun olub

24 İyun 2021, 15:30 (GMT +4)
Azərbaycanda şirkət direktoru həbs edilib

24 İyun 2021, 15:20 (GMT +4)
Ankarada Kabil hava limanı ilə bağlı Türkiyə və ABŞ heyətləri arasında danışıqlar başlayıb

24 İyun 2021, 15:14 (GMT +4)
Prezident sabiq nazir Fərhad Əliyevin oğlunu da təltif edib

24 İyun 2021, 15:03 (GMT +4)
İlham Əliyev “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

24 İyun 2021, 15:00 (GMT +4)
"Neftçi" daha bir futbolçusu ilə yolları ayırıb

24 İyun 2021, 14:52 (GMT +4)
Əfqanıstanda Talibanın 130 silahlısı təslim olub

24 İyun 2021, 14:46 (GMT +4)
Çex Respublikasında leysan yağışları səbəbindən 45 min ailə işıqsız qalıb

24 İyun 2021, 14:38 (GMT +4)
Faydalı qazıntı yataqlarının istifadəsinə dair növbəti hərrac keçirilib

24 İyun 2021, 14:26 (GMT +4)
Hulusi Akar: Yunanıstan razılaşmaya hörmət etmir

24 İyun 2021, 14:23 (GMT +4)
Türkiyə Kabil hava limanının təhlükəsizliyi üçün əlavə hərbi qüvvə göndərməyəcəyini bildirib

24 İyun 2021, 14:23 (GMT +4)
Prezident hərbçiləri “Laçının azad olunmasına görə” medalı ilə təltif edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66