Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

18 May 2021, 17:51 (GMT +4)

Bakı, 18 may, SalamNews. Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr komitəsindən SalamNews-a bildiriblər ki, iclasda Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son illər dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə-hüquq sistemi də bu islahatlardan kənarda qalmayıb. İlk növbədə, qanunvericilik islahatları aparılıb, əlaqədar qurumlar tərəfindən çox əhəmiyyətli qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim edilib və parlamentdə müzakirəyə çıxarılaraq qəbul olunub. Növbəti mərhələdə Məhkəmə-Hüquq Şurası tərəfindən nizam-intizamın gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm işlər görülüb. Çox vacib olan üçüncü istiqamət isə kadr islahatlarını əhatə edib.

Əli Hüseynli bildirib ki, bugünkü komitə iclasında parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olan, Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı təqdimat müzakirə ediləcək.

Sonra iclasda Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov islahatlar dövründə qurumun həyata keçirdiyi işlər barədə danışıb. Məhkəmə fəaliyyətinin və ədalət mühakiməsinin səmərəliliyinə təsir göstərən amillərdən söz açıb. Aparılan kadr islahatları, yerlərdə inşa olunan məhkəmə kompleksləri və digər işlər barədə ətraflı məlumat verib.

Bildirib ki, pandemiya ilə əlaqədar ötən il məhkəmə sistemi məhdud fəaliyyət göstərib. Bununla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurası elektron məhkəmə-informasiya sistemi vasitəsilə işlərə baxılması üçün əlavə proqram təminatı hazırlayıb və həmin proqram sayəsində öncə yalnız mülki xarakterli işlərə baxılması mümkün olub. Ötən ilin iyununda Milli Məclisdə müvafiq qanun qəbul edildikdən sonra pandemiya şəraitində cinayət işlərinə də elektron qaydada baxılması təmin edilib.

İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə gedən məhkəmə-hüquq islahatları ilə bağlı rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin statistik məlumatlarını nəzərə çatdırıb.

Komitə üzvləri Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Elşən Musayev, Erkin Qədirli, Tahir Kərimli, Kamal Cəfərov və Nizami Səfərov gündəlikdəki məsələlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini diqqətə çatdırıblar, hakimliyə namizədlərə müsbət münasibətlərini ifadə ediblər.

Cavid Hüseynov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra Milli Məclis sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli müzakirələri yekunlaşdırıb.

Komitədə baxılan məsələlər – Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 İyun 2021, 18:24 (GMT +4)
"Grand Chess Tour": Teymur Rəcəbov Levon Aronyanla heç-heçə edib 

18 İyun 2021, 18:02 (GMT +4)
AMB uçot dərəcəsini sabit saxlayıb

18 İyun 2021, 17:50 (GMT +4)
"Qəbələ" klubu növbəti transferini reallaşdırıb

18 İyun 2021, 17:48 (GMT +4)
Peskov: Türkiyə ilə uçuşların bərpası məsələsinə qərargah baxır

18 İyun 2021, 17:45 (GMT +4)
İsrail qüvvələri İordan çayının Qərbində daha səkkiz fələstinlini həbs edib

18 İyun 2021, 17:35 (GMT +4)
Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarını təltif edib

18 İyun 2021, 17:20 (GMT +4)
Bakıda avtobusla minik avtomobili toqquşub, yaralanan var

18 İyun 2021, 17:10 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 357 min nəfəri keçib

18 İyun 2021, 17:01 (GMT +4)
"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirilib

18 İyun 2021, 16:57 (GMT +4)
Azərbaycan Türkiyənin aparıcı şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

18 İyun 2021, 16:47 (GMT +4)
Əhmədinejad İran prezident seçkilərində səsverməyə qatılmayacağını bildirib

18 İyun 2021, 16:40 (GMT +4)
UEFA milli komandalara xəbərdarlıq edib

18 İyun 2021, 16:37 (GMT +4)
Azərbaycanda son sutkada 148 nəfər COVID-19-dan sağalıb, 60 nəfər yoluxub

18 İyun 2021, 16:27 (GMT +4)
Lavrov Rusiya və ABŞ səfirlərinin geri dönməsini vacib addım adlandırıb 

18 İyun 2021, 16:14 (GMT +4)
XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir

18 İyun 2021, 16:10 (GMT +4)
Boksçumuz Avropa çempionatında erməniyə qalib gəlib 

18 İyun 2021, 16:03 (GMT +4)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçılara müraciət edib

18 İyun 2021, 15:54 (GMT +4)
Əfqanıstanın Hərat əyalətində 150 hərbçi Talibanın mühasirəsindən çıxarılıb

18 İyun 2021, 15:49 (GMT +4)
"Qarabağ" - "Aşdod" matçının vaxtı bəlli olub

18 İyun 2021, 15:45 (GMT +4)
Türkiyədə İŞİD-ə maddi dəstək göstərməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

18 İyun 2021, 15:34 (GMT +4)
Azərbaycan “Anadolu Qartalı - 2021” təlimində 4 təyyarə ilə iştirak edəcək

18 İyun 2021, 15:24 (GMT +4)
Azərbaycan düyü idxalını 7 %-dək azaldıb

18 İyun 2021, 15:13 (GMT +4)
Sobyanin koronavirusla bağlı mövcud məhdudiyyətləri 29 iyuna qədər uzadıb

18 İyun 2021, 15:02 (GMT +4)
Prezident İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

18 İyun 2021, 14:50 (GMT +4)
Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:48 (GMT +4)
Peskov: Rusiya Dağlıq Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır

18 İyun 2021, 14:38 (GMT +4)
Nazirlik: Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir

18 İyun 2021, 14:33 (GMT +4)
İranlı namizəd seçkilərdə verilən hər səsi bir ballistik raketə bənzədib

18 İyun 2021, 14:27 (GMT +4)
Lavrov Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə yayılan xəbərləri şayiə adlandırıb

18 İyun 2021, 14:23 (GMT +4)
Könül Nurullayeva AŞPA Komitəsinin videokonfransında iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66