Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

QMİ sədri: Ermənistan soyqırım siyasətini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan ittihamlar irəli sürür

19 May 2021, 14:51 (GMT +4)

Bakı, 19 may, SalamNews. Qafqaz Müsəlmanları İdarəsində Fransadan gəlmiş jurnalistlərlə görüş olub.

QMİ-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Jan-Mişel Lüsyen Bran, Karim Ahmed İfrak və Sarra Durmanın daxil olduğu nümayəndə heyəti ilə görüş zamanı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə fransalı jurnalistlərə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyəsi və dini konfessiyaların real əməkdaşlıq müstəvisi barədə danışıb.Şeyxülislam A. Paşazadə 44 günlük qalibiyyətli Vətən müharibəsi dövründə Zəfərin əldə edilməsində bu birlik və həmrəyliyin xüsusi önəm kəsb etdiyinə diqqəti çəkib.

Vətən müharibəsi dövründə erməni tərəfinin hadisələrin mahiyyətinin yanlış təqdim olunması istiqamətində qarayaxma, ittihamlarla dolu təbliğatı, ələlxüsus, dini müstəvidə münaqişə kimi təqdim olunması məsələsinə dair fransalı yazarların sualına cavab olaraq QMİ sədri bildiribki, bu, təmamilə yanlış yanaşmadır və Azərbaycanın haqlı mübarizəsinə, dünya birliyi tərəfindən tanınan öz ərazilərini azad etmək yönündə ədalətli mübarizəsi dövründə xristian təəssübkeşliyinə nail olmaq, dini hisslərdən sui-istifadə etməyə hesablanmış saxtakarlıqdır. Şeyxülislam A. Paşazadə bildiribki, 1988-ci ildən — münaqişə başlanan zamandan etibarən dəfələrlə, müxtəlif vasitəçi tərəflərin — Ümumdünya Kilsələr Şurası, Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsinin vasitəçilik missiyası ilə baş tutmuş yüksək səviyyəli görüşlərdə Erməni Apostol Kilsəsinin bütün rəhbərləri, o cümlədən, hazırki Katolikos-Patriarx II Qaregin münaqişənin dini səciyyə daşımadığını etiraf etmiş, Birgə Bəyannamələrdə imzaları ilə təsdiq ediblər.

QMİ sədri Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, vandalizm aktları, dini məbədlərə qarşı təhqiramiz münasibəti barədə fransalı media mənsublarını geniş məlumatlandırıb. O bildirib ki, Ermənistan törətdiyi mədəni abidələrə qarşı soyqırım siyasətini ört-basdır etmək məqsədilə Azərbaycana yalan ittihamlar irəli sürür, guya erməni dini abidələrinə xələl gətirildiyi iddiası ilə qarayaxma kampaniyası aparır. Halbuki, erməni tərəfi işğal dövründə qədim alban, ənənəvi pravoslav kilsələrini erməniləşdirmək, qriqoryanlaşdırmaqla məşgul olub, onların mənşəyini saxtalaşdırıb, müsəlman məscid və ziyarətgahlarını dağıdıb, yandırıb, tövləyə çevirərək təhqir edib. Şeyxülislam A. Paşazadə milli-dini, multikultural dəyərlərə böyük ehtiramla yanaşan Azərbaycan dövlətinin dağıdılmış mənəvi irsinə sahib çıxdığını, işğalçıların məhv etdiyi bütün dinlərə məxsus mənəviyyat abidələrini — məscid, kilsə, sinaqoqları bərpa edib dirçəldəcəyini qonaqların diqqətinə çatdırıb.
İndiyədək 20-yə yaxın məqalə ilə Azərbaycan reallıqları barədə çıxış etdiyini bildirən fransalı jurnalist Jan-Mişel Lüsyen Bran işğaldan azad olunmuş Qarabağa səfər edəcəklərini diqqətə çatdırdı və bilavasitə müşahidələrini Fransa mediasında işıqlandırmaq niyyətində olduqlarını bildirib.O, Bakıda olduqları müddət ərzində müxtəlif din mənsublarının ölkəmizdə rahat, azad öz ibadətlərini həyata keçirdiklərini, insanların simasında xoşbəxtlik, fərəh müşahidə etdiklərini xüsusi qeyd edib. Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə ayrıca müsahibələr etmək niyyətini ifadə edən fransalı jurnalist Karim Ahmed İfrak öz ölkəsində də belə bir dinlərarası mühit arzusunda olduğunu deyib.
Fransalı jurnalislər pandemiya şəraiti səngidikdən sonra Azərbaycanın multikultiral dəyərlərinin təbliği və təşviqi məramı ilə Fransada beynəlxalq forumların təşkilinin məqsədəuyğun olduğunu dilə gətirərək, QMİ sədrindən bu istiqamətdə təşəbbüs göstərməsini xahiş ediblər. Onlar bildiriblər ki, dinlərarası dialoqa dair belə bir foruma Fransa cəmiyyətində ehtiyac duyulur. Şeyxülislam A. Paşazadə 2017-ci ildən QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyət göstərdiyini və onadək ölkədə, o cümlədən, Avropa dövlətlərində — Almaniya, İspaniya, Avstriyada mötəbər beynəlxalq konfranslar təşkil etdiklərini diqqətə çatdıraraq, yaxın gələcəkdə Fransada bu xətlə tədbir keçirilməsinin mümkünlüyünü nəzərdən keçirə biləcəklərini bildirib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Sentyabr 2021, 20:00 (GMT +4)
Güləşçimiz dünya çempionu olub

24 Sentyabr 2021, 19:30 (GMT +4)
"Qarabağ"ın rəqibinin 2 futbolçusu koronavirusa yoluxub

24 Sentyabr 2021, 19:08 (GMT +4)
Minlərlə Ərbəin zəvvarı yolların açılması üçün sərhədə toplaşıb (VİDEO)

24 Sentyabr 2021, 18:49 (GMT +4)
Azercell Mobil Müştəri Xidmətləri Şuşada! (VİDEO)

24 Sentyabr 2021, 18:02 (GMT +4)
AzTU-da kadr dəyişikliyi aparılıb

24 Sentyabr 2021, 18:00 (GMT +4)
Azərbaycanda xüsusi karantin rejimi çərçivəsində oktyabrın 1-dən yumşalmalar olacaq

24 Sentyabr 2021, 17:50 (GMT +4)
İrəvan Ankara ilə münasibətləri tənzimləməyə hazır olduğunu təsdiqləyib

24 Sentyabr 2021, 17:38 (GMT +4)
Aİ-nin əməkdaşı AQTİ laboratoriyalarının iş prinsipi ilə tanış olub

24 Sentyabr 2021, 17:26 (GMT +4)
Ceyhun Bayramov BMT rəsmisini Ermənistanın xarici terrorçulardan istifadə etməsi barədə məlumatlandırıb

24 Sentyabr 2021, 17:15 (GMT +4)
Norveç mərhələli şəkildə ölkəyə səyahət məhdudiyyətlərini ləğv edəcək

24 Sentyabr 2021, 17:04 (GMT +4)
İstirahət günlərinin hava proqnozu açıqlanıb

24 Sentyabr 2021, 16:58 (GMT +4)
Ərdoğan: ABŞ-la münasibətlər tamamilə fərqli səviyyədə olmalıdır

24 Sentyabr 2021, 16:55 (GMT +4)
Lionel Messi PSJ-də məşqlərə başlayır

24 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

24 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 2 590 nəfər COVID-19-dan sağalıb, 1 128 nəfər yoluxub

24 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriya hökuməti ABŞ ordusunun ölkədən dərhal çıxmasını tələb edib

24 Sentyabr 2021, 16:27 (GMT +4)
Borrel: AB Türkiyə ilə sıx əməkdaşlığa hazırdır

24 Sentyabr 2021, 16:15 (GMT +4)
Mehriban Əliyeva Binədə yeni inşa edilən 88 saylı məktəbdəki şəraitlə tanış olub

24 Sentyabr 2021, 16:05 (GMT +4)
Dövlət Gömrük Komitəsi və Diaspor Komitəsi Anlaşma Memorandumu imzalayıb

24 Sentyabr 2021, 15:58 (GMT +4)
Peskov ABŞ-ın Rusiyaya qarşı mümkün sanksiyalarından danışıb

24 Sentyabr 2021, 15:54 (GMT +4)
Müdafiə Nazirliyi vətəndaşın narazılığına münasibət bildirib

24 Sentyabr 2021, 15:45 (GMT +4)
Daha bir azərbaycanlı futbolçu Polşa klubu ilə anlaşıb

24 Sentyabr 2021, 15:42 (GMT +4)
Bakcell və “ASAN Məktub” yeni tədris ilində uşaqları sevindirib

24 Sentyabr 2021, 15:33 (GMT +4)
İmişlidə istehlaka yararsız 120 kq ət aşkar olunub

24 Sentyabr 2021, 15:21 (GMT +4)
Çavuşoğlu: AB sabitlik üçün Ankara ilə əməkdaşlıq etməlidir

24 Sentyabr 2021, 15:11 (GMT +4)
Hindistanda kriminal avtoritetin mühakiməsində məhkəməyə hücum edilib, ölənlər var (VİDEO)

24 Sentyabr 2021, 15:04 (GMT +4)
"BakıKart"ın balansını onlayn artırmaq mümkün olub (VİDEO)

24 Sentyabr 2021, 15:00 (GMT +4)
"Keşlə" - "Qarabağ", "Səbail" - "Zirə" matçlarının təyinatları açıqlanıb

24 Sentyabr 2021, 14:52 (GMT +4)
Mədəniyyət Nazirliyi abidələrin ucaldılması və demontajı qaydası ilə bağlı açıqlama yayıb

24 Sentyabr 2021, 14:40 (GMT +4)
Ağcabədi sakinlərindən 6 kq narkotik götürülüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66