Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb

03 İyun 2021, 18:03 (GMT +4)

Bakı, 3 iyun, SalamNews. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Mərkəzi Gömrük Hospitalın rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun, eləcə də "Uptodate in Medicine MMC" şirkətinin dəstəyi ilə öz işinə başlayan “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş "Pediatrik Xəstəliklərə Multidisiplinar Yanaşma" mövzusunda Beynəlxalq Elmi Konfrans yekunlaşıb.

Bu barədə SalamNews DGK-ya istinadən xəbər verir.

“Zoom” platforması üzərindən 3 gün ərzində onlayn şəkildə həyata keçirilmiş konfransın rəsmi açılış hissəsində ilk növbədə dövlət qurumlarının rəsmi nümayəndələrinin çıxışları dinlənilib. Daha sonra konfrans panellərin daxilindəki təqdimatlarla davam edib.

Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli 2073 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın müvafiq bəndlərinin icrasına töhfə vermək məqsədilə təşkil edilmiş konfransda pediatrik xəstəliklərə multidisiplinar yanaşmanın yerli həkimlər arasında təbliği, eləcə də yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sesiyaları təşkil olunub.

300-dən çox mütəxəssisin iştirakı ilə davam etmiş Elmi Konfrans zamanı Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən kardioloji, neonatoloji, endokrinoloji, hepatoloji, ümumi pediatriya və qastroenteroloji panellərdə ümumilikdə 26 məruzə dinlənilib. Dinləyicilər tərəfindən verilən sualların ətraflı şəkildə izah olunduğu sual-cavab sesiyaları müzakirələr şəklində davam etdirilib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 21 DTT balı qazanmış konfransın sonunda proqramın 80 faizini tamamlamış mütəxəssislərə sertifikatların təqdim olunacağı ilə bağlı məlumat verilib.

Tədbirin hədəf auditoriyasına uyğun olaraq bütün mütəxəssislər üçün əlçatan olması məqsədilə konfrans, eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2021, 21:14 (GMT +4)
Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i 5 qolla məğlub edib, Zirədə bərabərlik qeydə alınıb

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

18 Sentyabr 2021, 14:15 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 197 mini keçib

18 Sentyabr 2021, 14:06 (GMT +4)
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18 Sentyabr 2021, 13:54 (GMT +4)
Yəmən paytaxtında hökumət başçısının terrorunda əli olanlar mərkəzi meydanda edam ediliblər

18 Sentyabr 2021, 13:51 (GMT +4)
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir

18 Sentyabr 2021, 13:38 (GMT +4)
"Qəbələ" - "AZ Alkmar" matçının hakimləri açıqlanıb

18 Sentyabr 2021, 13:37 (GMT +4)
Tokayev Talibanla qeyri-rəsmi dialoqa başlamağı təklif edib

18 Sentyabr 2021, 13:30 (GMT +4)
Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb

18 Sentyabr 2021, 13:20 (GMT +4)
Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

18 Sentyabr 2021, 13:09 (GMT +4)
MMA döyüşçüsü Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66