Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb

04 İyun 2021, 17:20 (GMT +4)

Bakı, 4 iyun, SalamNews. "Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, 4 iyun 2021-ci il tarixində səhər saatlarında Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki nəfər üzvü, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, 4 nəfər isə yaralanıb.

Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik.

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır".

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Kəlbəcərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı bəyanatında bildirilib.

"Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.

Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcəkdir", - bəyanatda vurğulanıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

Şəhid ailəsi üzvləri, qazi və yaxınlarından ibarət 7 minə yaxın şəxsin məşğulluğuna dəstək göstərilib

Bodrumda meşə yanğınları istilik elektrik stansiyasına yaxınlaşır

Balakəndə COVID-19 pasportu olmayan 100-ə yaxın qonaq toya buraxılmayıb

XİN: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

Dünyada COVID-19-a yoluxanların sayı 200 milyona yaxınlaşır

Azərbaycan neftinin qiyməti 76 dollara yaxınlaşır

Rusiya XİN NATO-nun Gürcüstandakı təlimlərinə münasibət bildirib

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti şərh edib

Fars Körfəzi yaxınlığında hücuma məruz qalan gəmi İsrail şirkətinə aiddir - KİV

Fars Körfəzi yaxınlığında Britaniya gəmisi hücuma məruz qalıb - KİV

Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verib

İranda Yaxın Şərqin ən uzun tunelinin açılışı olub (FOTO)

KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

Şəhidin bank kartından 4000 manata yaxın pul oğurlayan şəxs tutulub

Azərbaycanın XİN başçısı Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

XİN: Sərhəddəki təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir

Ukraynada son sutkada 700-ə yaxın COVID-19-a yoluxma aşkar edilib

Olimpiadalar tarixinin sörfinq üzrə ilk çempionu bəlli olub

Rusiya XİN Yaponiyaya etirazını bildirib

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

02 Avqust 2021, 17:26 (GMT +4)
Ermənistanda yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021, 17:18 (GMT +4)
Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib

02 Avqust 2021, 17:08 (GMT +4)
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb

02 Avqust 2021, 17:05 (GMT +4)
Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 16:50 (GMT +4)
FHN: Yardımlıda meşədə yanğın başlayıb

02 Avqust 2021, 16:43 (GMT +4)
Çində sel qurbanlarının sayı 300-ü keçib

02 Avqust 2021, 16:39 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Avqust 2021, 16:29 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”ın da potensial rəqibi bəlli olub

02 Avqust 2021, 16:25 (GMT +4)
İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

02 Avqust 2021, 16:23 (GMT +4)
Almaniyada yaşı 100-dən yuxarı olan konslager gözətçisinin məhkəməsi keçiriləcək 

02 Avqust 2021, 16:18 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

02 Avqust 2021, 16:11 (GMT +4)
Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazanıb

02 Avqust 2021, 16:10 (GMT +4)
DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:06 (GMT +4)
"Qarabağ" AEL-lə oyuna hazırlaşır - (FOTOLAR)

02 Avqust 2021, 16:00 (GMT +4)
Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxlayıb

02 Avqust 2021, 15:57 (GMT +4)
"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

02 Avqust 2021, 15:47 (GMT +4)
Cüdo yığmamızın məşqçilər heyəti istefaya göndərilib

02 Avqust 2021, 15:45 (GMT +4)
Türkiyədə 7 meşə yanğınının söndürülməsi üzərində işlər davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66