Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Azərbaycanın diaspor jurnalistləri beynəlxalq təşkilatlara müraciət edib

07 İyun 2021, 13:02 (GMT +4)

Bakı, 7 iyun, SalamNews. Xaricdə yaşayan bir qrup azərbaycanlı jurnalist Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq ictimaiyyətə və beynəlxalq təşkilatlara müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən SalamNews-a verilən məlumata görə, müraciətdə deyilir:

"Media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar.

Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb. Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub. Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir.

Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər.

Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq, BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət altında

saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin, jurnalist təşkilatlarının baş verənlərə duyarlı olmasını tələb edirik”.

Məmməd Gülməmmədov Türkiyə Haber Global

Sevil Nuriyeva Türkiyə Türkmedia Grup

Natiq Nailəoğlu Türkiyə Real TV

Nigar Mahmudova Türkiyə Haber Global

İlhamə Qasımlı Türkiyə müstəqil jurnalist

Məhsəti Şərif Türkiyə müstəqil jurnalist

Könül Şamilqızı Türkiyə müstəqil jurnalist

Nigar Ögeday Türkiyə müstəqil jurnalist

Vüqar Abbasov Niderland connect təşkilatının rəhbəri, jurnalist

Xatirə Sərdarqızı Niderland Real TV

Tünzalə Rafiqqızı Almaniya müstəqil jurnalist

Fərahim Qasımov Almaniya xeber.de

Vahid İmanov İspaniya müstəqil jurnalist

Səadət Kadırova Rusiya politoloq, jurnalist

Şəhriyar İmanbəyli Rusiya “Vostok”media-holdinqin vitse-prezidenti

Xəyal Tağıyev Rusiya müstəqil jurnalist

Nilufər Şıxlı Rusiya Ria Novosti

Ramiz Məşədihəsənli Qazaxıstan Türkel Media

Əsli Xəlilqızı Türkiyə müstəqil jurnalist

Azər Cahangirov Rusiya beynəlxalq jurnalist

Nailə Əfəndiyeva Rusiya polska.ru saytının redaktoru

İdrak Abbasov Norveç İctimai Teleradio Şirkəti

Azər Məmmədov Gürcüstan müstəqil jurnalist

Hicran Əliyeva Polşa müstəqil jurnalist

Vahid Qazi İsveç müstəqil jurnalist

Müseyib Ələkbərov Rusiya news.ru saytının redaktoru

Oqtay Hacımusalı Türkiyə müstəqil jurnalist

İlkin Hüseynov Gürcüstan aktual.ge

Nahid Qurbanov Gürcüstan interpress.ge

Ülkər Fərmanqızı Türkiyə voicepress.com.tr





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

03 Avqust 2021, 02:19 (GMT +4)
Tokio-2020: Bu gün 4 idmançımız çıxış edəcək

03 Avqust 2021, 01:55 (GMT +4)
Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

03 Avqust 2021, 01:20 (GMT +4)
Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

03 Avqust 2021, 00:48 (GMT +4)
"Chessable Masters": Şəhriyar Məmmədyarov Levon Aronyanla heç-heçə edib

03 Avqust 2021, 00:30 (GMT +4)
Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

02 Avqust 2021, 23:15 (GMT +4)
HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 18:02 (GMT +4)
Ceyhun Bayramov BMT-nin Azərbaycandakı nümayəndəsilə görüşüb

02 Avqust 2021, 17:53 (GMT +4)
İspaniya meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə təyyarə göndərəcək

02 Avqust 2021, 17:51 (GMT +4)
Deputat Eldəniz Səlimov YAP-dan çıxarılıb

02 Avqust 2021, 17:46 (GMT +4)
İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

02 Avqust 2021, 17:42 (GMT +4)
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub

02 Avqust 2021, 17:34 (GMT +4)
DİN deputat Eldəniz Səlimovla bağlı münasibətini açıqlayıb

02 Avqust 2021, 17:26 (GMT +4)
Ermənistanda yeni müdafiə naziri təyin olunub

02 Avqust 2021, 17:18 (GMT +4)
Baş nazir azad edilən ərazilərdə aşkarlanan kütləvi və fərdi məzar yerləri ilə bağlı göstəriş verib

02 Avqust 2021, 17:08 (GMT +4)
ABŞ İraqın Bəsrə şəhərindəki konsulluğunu bağlayıb

02 Avqust 2021, 17:05 (GMT +4)
Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 16:50 (GMT +4)
FHN: Yardımlıda meşədə yanğın başlayıb

02 Avqust 2021, 16:43 (GMT +4)
Çində sel qurbanlarının sayı 300-ü keçib

02 Avqust 2021, 16:39 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

02 Avqust 2021, 16:29 (GMT +4)
Konfrans Liqası: “Qarabağ”ın da potensial rəqibi bəlli olub

02 Avqust 2021, 16:25 (GMT +4)
İranın Britaniyadakı səfiri Londonda XİN-ə çağırılıb

02 Avqust 2021, 16:23 (GMT +4)
Almaniyada yaşı 100-dən yuxarı olan konslager gözətçisinin məhkəməsi keçiriləcək 

02 Avqust 2021, 16:18 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

02 Avqust 2021, 16:11 (GMT +4)
Tokio-2020: Türkiyə üçüncü bürünc medalını qazanıb

02 Avqust 2021, 16:10 (GMT +4)
DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:06 (GMT +4)
"Qarabağ" AEL-lə oyuna hazırlaşır - (FOTOLAR)

02 Avqust 2021, 16:00 (GMT +4)
Tokio-2020: Güləşçimiz Elis Monolova medal şansını saxlayıb

02 Avqust 2021, 15:57 (GMT +4)
"AzerGold"un 2035-ci ilədək dağ-mədən sənayesindən ölkə ÜDM-nə 22 mlrd. manat töhfə verəcəyi proqnozlaşdırılır

02 Avqust 2021, 15:47 (GMT +4)
Cüdo yığmamızın məşqçilər heyəti istefaya göndərilib

02 Avqust 2021, 15:45 (GMT +4)
Türkiyədə 7 meşə yanğınının söndürülməsi üzərində işlər davam edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66