Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub

11 İyun 2021, 17:00 (GMT +4)

Bakı, 11 iyun, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə həyata keçirilən dəstək tədbirləri çərçivəsində daha 50 qazimizin də son nəsil protezlərlə təminatı prosesinə başlanılıb. Onlardan 8-i bu gün yüksək texnologiyalı protezlərlə təmin olundu.

Beləliklə, artıq 33 qazi yüksək texnologiyalı protezlə təmin edilib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez- Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində protezlərlə təmin olunan 8 qazi ilə görüş olub, onların rəy və təəssüratları öyrənilib. Qazilərimiz –Samid Xudadlı, Ramiz Qasımov, Sərxan Quliyev, Elşən Həmidov, Asim Məmmədbəyov, Bəşir Məmişov, Hüseyn Sadıqov, Ceyhun Camalov müasir protezlərin rahat hərəkətə imkan verdiyini bildirib, göstərilən dəstəkdən razılıq ifadə ediblər.

Hazırda dövlət hesabına təqdim edilən protezlər dünyada bu sahədə ən qabaqcıl olan “Genium” sisteminin - yüksək aktivlik və funksionallıq dərəcəsi olan protezlərin istehsalı sisteminin standartları əsasında hazırlanır. Protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, köməkçi vasitələr olmadan sərbəst addımlamağa, qeyri-bərabər səth və panduslara uyğun və sabit, inamlı hərəkətə, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə imkan yaradır. Proqram təminatı ilə nizamlanan bu protezləri istifadə edən şəxs istədiyi rejimi seçərək onlarla rahat hərəkət imkanı qazanır.
Aşağı ətrafları amputasiya olunmuş qazilərlə yanaşı, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam etdirilir. Bu işlər yüksək texnologiyalı protezləşmə sahəsində ən qabaqcıl dünya təcrübəsinə malik olan İslandiyanın ÖSSUR şirkəti ilə əməkdaşlıq şəraitində aparılır. Şirkətin mütəxəssisləri tərəfindən təlimlər keçirilərək müvafiq sahədə ən müasir dünya təcrübəsi öyrənilib, həmçinin yuxarı ətrafları amputasiya olunmuş 32 nəfər qazimizdən müvafiq ölçülər götürülüb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 İyul 2021, 18:02 (GMT +4)
Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlanıb

27 İyul 2021, 18:01 (GMT +4)
Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Tokioya yollanıb - (FOTOLAR)

27 İyul 2021, 17:54 (GMT +4)
Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıb

27 İyul 2021, 17:53 (GMT +4)
Stoltenberq: NATO Əfqanıstanı dəstəkləməyə davam edəcək

27 İyul 2021, 17:49 (GMT +4)
Sahil Babayev: Serbiya Zəngəzur dəhlizinə maraq göstərir

27 İyul 2021, 17:42 (GMT +4)
Rusiya Əfqanıstanla sərhədə min nəfərdən ibarət hərbi qüvvə göndərir

27 İyul 2021, 17:29 (GMT +4)
Tokio-2020: Çin ABŞ və Meksikanı qabaqlayıb

27 İyul 2021, 17:25 (GMT +4)
Ukraynada son sutkada 700-ə yaxın COVID-19-a yoluxma aşkar edilib

27 İyul 2021, 17:15 (GMT +4)
COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb

27 İyul 2021, 17:05 (GMT +4)
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var

27 İyul 2021, 16:55 (GMT +4)
Şəhid Rövşən Ağamalıyevin anım günü qeyd olunub

27 İyul 2021, 16:51 (GMT +4)
NATO baş katibi ilə Əfqanıstan prezidenti arasında telefon danışığı olub

27 İyul 2021, 16:47 (GMT +4)
Badmintonçumuz Tokio-2020-yə qələbə ilə başlayıb

27 İyul 2021, 16:45 (GMT +4)
Kreml: ABŞ-ın İraqdakı hərbi missiyasını bitirmə qərarı diqqətə layiqdir

27 İyul 2021, 16:39 (GMT +4)
Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib

27 İyul 2021, 16:26 (GMT +4)
Ağdaşda COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıb

27 İyul 2021, 16:15 (GMT +4)
MN Kəlbəcər rayonunun Günəşli kəndindən görüntülər yayıb (VİDEO)

27 İyul 2021, 16:07 (GMT +4)
Tokio-2020-də qəribə hadisə baş verib

27 İyul 2021, 16:05 (GMT +4)
Gürcüstanda son sutkada 3600-dan çox koronavirusa yoluxma aşkar edilib 

27 İyul 2021, 15:56 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb

27 İyul 2021, 15:46 (GMT +4)
Suriyanın Dəra şəhərindəki qruplaşma silahlarını orduya təhvil verir

27 İyul 2021, 15:37 (GMT +4)
Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

27 İyul 2021, 15:30 (GMT +4)
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri məlum olub

27 İyul 2021, 15:28 (GMT +4)
KİV: Almaniyanın qərbində güclü partlayış baş verib

27 İyul 2021, 15:25 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 İyul 2021, 15:15 (GMT +4)
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb

27 İyul 2021, 15:05 (GMT +4)
Vətən müharibəsi iştirakçılarından rüşvət alan vəzifəli şəxslər saxlanılıb

27 İyul 2021, 14:57 (GMT +4)
Çinin Henan əyalətində daşqınlar zamanı ölənlərin sayı artıb

27 İyul 2021, 14:55 (GMT +4)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

27 İyul 2021, 14:52 (GMT +4)
"Soçi" klubu Bakıda məşqə çıxmayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66