Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

BNA: Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq

16 İyun 2021, 11:05 (GMT +4)

Bakı, 16 iyun, SalamNews. AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar hazırlanan nəqliyyat planına əsasən Türkiyə-Uels görüşünə bilet alan azarkeşlərin daşınması da ekspress marşrutlar vasitəsilə yerinə yetiriləcək.

Bu barədə SalamNews-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Plana uyğun olaraq X-1 marşrut xətti “Qara Qarayev” metro stansiyası yaxınlığında yerləşən “Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə “28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyeva küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. İyunun 16-da oyunun saat 20:00-da başladığı üçün həmin gün daşımalara saat 17:00-da başlanılacaq. Oyun bitdikdən sonra isə ekspress xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Oyun bitdikdən sonra isə stadionun ictimai nəqliyyat terminalından təyin olunan məntəqələr üzrə daşımalar icra olunacaq. Azarkeşlər stadionu tərk edərkən şərq və şimal qapıları istiqamətində hərəkət edərək ictimai nəqliyyat terminalına gedə bilərlər. Burada onların daşınması üçün kifayət qədər nəqliyyat vasitəsi hazır vəziyyətdə saxlanılacaq.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspress xətt avtobusları ilə icra olunacaq. Uels komandasının xaricdən gələn biletli azarkeşləri P21 xətti üzrə avtobuslarla Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı və əks istiqamətdə daşınacaq.

Qardaş Türkiyə komandasının ölkəmizə gələn azarkeşləri isə P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətdə daşınacaq.

Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.

Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

28 İyul 2021, 17:05 (GMT +4)
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

28 İyul 2021, 16:54 (GMT +4)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

28 İyul 2021, 16:45 (GMT +4)
KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

28 İyul 2021, 16:37 (GMT +4)
İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

28 İyul 2021, 16:33 (GMT +4)
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb

28 İyul 2021, 16:22 (GMT +4)
Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

28 İyul 2021, 16:14 (GMT +4)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub

28 İyul 2021, 16:03 (GMT +4)
Politico: Bayden Putinə qarşı sanksiya tətbiq etməkdən çəkinir

28 İyul 2021, 15:51 (GMT +4)
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

28 İyul 2021, 15:41 (GMT +4)
İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

28 İyul 2021, 15:38 (GMT +4)
Kəlbəcər və Laçın yol tikintisinə 10 milyon manat ayrılıb (SƏRƏNCAM)

28 İyul 2021, 15:28 (GMT +4)
Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

28 İyul 2021, 15:27 (GMT +4)
Tokio-2020: Tennis yarışlarında 1/4 final cütləri müəyyənləşib

28 İyul 2021, 15:17 (GMT +4)
Kurtulmuş: Azərbaycanın Qarabağdakı uğuru ədalətin zəfəridir

28 İyul 2021, 15:08 (GMT +4)
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

28 İyul 2021, 14:57 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 410 mini keçib

28 İyul 2021, 14:50 (GMT +4)
Tokio-2020: Almaniya millisi qrupda qalıb

28 İyul 2021, 14:48 (GMT +4)
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur

28 İyul 2021, 14:37 (GMT +4)
Putin: Müsəlman ölkələr böhranlarla mübarizədə Rusiyanın dəstəyinə güvənə bilərlər

28 İyul 2021, 14:29 (GMT +4)
Mədət Quliyev Efiopiyanın müdafiə nazirinin müavini ilə görüşüb

28 İyul 2021, 14:17 (GMT +4)
Ayətullah Xamenei İranda növbəti hökuməti Qərbə etibar etməməyə çağırıb

28 İyul 2021, 14:15 (GMT +4)
"Neftçi" bu gün "Olimpiakos"la qarşılaşır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66