Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

ADPU-nun Quba filialı 30 yaşında (VİDEO)

16 İyun 2021, 17:56 (GMT +4)

Quba, 16 iyun, SalamNews, C. Xanlar. Hər bir tələbə təhsil həyatında özü üçün ən yaxşısını arzu edir və ona nail olmaq üçün özünə hədəflər seçir.

Birmənalı şəkildə demək olar ki, əgər siz ölkəmizdə ən uğurlu universitetlərdən birində təhsilinizi davam etdirmək istəyirəm deyirsinizsə ADPU-NUN QUBA FİLİALINı seçə bilərsiniz. Ölkə ərazisinin 8.3%-ni, əhalinin isə 5.6%-ni təşkil edən respublikamızın Şimal bölgəsində mədəni həyatın inişafında müstəsna əhəmiyyətli yeganə ali təhsil ocağı olan ADPU-nun Quba filialında ölkənin 35 rayonundan olan 900 tələbə bakalavriatura pilləsində təhsil alır. 2021-2022-ci tədris ilində Filialda tələbə qəbulu planı 210 yerdən 295 yerə qaldırılmışdır. Quba filialında 9 ixtisas  üzrə Bakalavriatura təhsili alan 900 nəfər tələbəyə 150 nəfər professor-müəllim heyəti təhsil verir. Filialda həyata keçirilən idarəetmə metoduna və təhsilverənlə, təhsilalan arasında yaradılan ünsiyyət münasibətləri və  buradakı psixoloji iqlim sizi yeni-yeni uğurlara sövq etdirəcək. Filialın 2,5 hektar ərazisində 2 tədris binası, 70 nəfərlik ikimərtəbəli yataqxana, 500 kvadrat metr müasir standartlara cavab verən yeməkxana binası və geniş idman meydançasının olması da Quba filialının geniş maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksinə malik olduğunu göstərir. Həmçinin filialda 190 nəfərlik Böyük akt zalı, 80 nəfərlik Kiçik akt zalı, Heydər Əliyev Məktəb-lektoriyası, Böyük Kompyuter Mərkəzi, ağıllı lövhələrlə təchiz olunmuş 10 auditoriya fəaliyyət göstərir. Filialın bütün konpyuterləri sürətli fiber-optik internet şəbəkəsinə qoşulub.  

Önəmli tarixi keçmişə malik, ölkəmizin Şimal bölgəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Univerisitetin Quba filialı 30 illik fəaliyyəti dövründə uğurlu pedaqoji kadr hazırlığı həyata keçirərək 2000-dən çox məzun buraxmışdır. Filialın məzunları sırasında 32 nəfər Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş, torpaqlarımızın azad olunması uğrunda iştirak etmişdir. Həmçinin filialın onlarca məzunu müxtəlif nazirlik və komitələrin tərkibində mühüm vəzifələr tutaraq ölkəmizin inkişafı naminə uğurlu fəaliyyət göstərirlər. Həmçinin bölgədəki multikultural və tolerantlıq dəyərlərinin daha geniş şəkildə yayılmasını, etnik və dini rəngarəngliyi nəzərə alaraq filialda “Multikulturalizm” mərkəzinin yaradılması və Şimal bölgəsinin maddi-mədəniyyət nümunələrinin beynəlxalq səviyyədə təbliğ edilməsi də planlaşdırılıb. Bütün bu qeyd edilənlərə əsaslanaraq deyə bilərik ki, Azərbaycan Dövlət Pedaqoji Univerisitet ailəsinin bir hissəsi olan 30 yaşlı Quba filialı gələcəkdə müstəqil universitet statusunu qazanmaq üçün böyük hədəflərinə doğru inamla addımlayır.  

Hazırda ölkə rəhbərliyi tərəfindən həyata keçirilən davamlı inkişaf siyasəti, uğurlu islahatların gedişində təhsilə göstərilən dövlət qayğısı artdıqca, heç şübhəsiz  Azərbaycan Dövlət Pedaqoji Univerisiteti təhsil və elm sahəsində əldə edəcəyi uğurların miqyasını və coğrafiyasını  daha da genişləndirəcək. 

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyul 2021, 14:00 (GMT +4)
"Qalatasaray" rumıniyalı futbolçu transfer edib

25 İyul 2021, 12:51 (GMT +4)
"Mançester Yunayted" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

25 İyul 2021, 10:22 (GMT +4)
Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır

25 İyul 2021, 10:00 (GMT +4)
Tokio-2020: Cavid Çələbiyev inamlı qələbə qazanıb

25 İyul 2021, 09:42 (GMT +4)
Tokio-2020: Cüdoçumuz Orxan Səfərov 1/16 finalı adlaya bilməyib

25 İyul 2021, 09:09 (GMT +4)
Məhəmməd Abdullayev: İnanıram ki, Olimpiadadan medalsız qayıtmayacağıq

25 İyul 2021, 08:54 (GMT +4)
Tokio-2020: Çin liderliyi ələ alıb

25 İyul 2021, 01:30 (GMT +4)
Polşa çempionatı: Mahir Əmrəlinin oynadığı "Legiya" qələbə qazanıb

25 İyul 2021, 00:12 (GMT +4)
Əlcəzairli idmançı israilli cüdoçu ilə qarşılaşmamaq üçün Tokio-2020-dən imtina edib

24 İyul 2021, 18:01 (GMT +4)
Tokio-2020: Gimnastımız final mərhələsindən kənarda qalıb

24 İyul 2021, 17:40 (GMT +4)
Su polosu üzrə qadınlardan ibarət ABŞ yığması yeni olimpiya rekorduna imza atıb

24 İyul 2021, 17:15 (GMT +4)
Daha iki idmançımız Yay Olimpiya Oyunları ilə vidalaşıb

24 İyul 2021, 17:02 (GMT +4)
Şənlik mərasimlərində karantin şərtlərinə əməl olunması vəziyyəti araşdırılıb

24 İyul 2021, 17:00 (GMT +4)
Olimpiadada fırtınaya görə bəzi yarışlar təxirə salınıb

24 İyul 2021, 16:50 (GMT +4)
Türkiyədə COVID-19-a yoluxmaların artması fonuda ciddi tədbirlərin tətbiqinə çağırış edilib 

24 İyul 2021, 16:50 (GMT +4)
Tacikistan 100 min əfqanıstanlı qaçqına sığınacaq verə biləcəyini bəyan edib

24 İyul 2021, 16:35 (GMT +4)
Tokio -2020: Boksçularımız Lorenso Sotomayorla Tayfur Əliyev mübarizəni dayandırıb

24 İyul 2021, 16:34 (GMT +4)
Bulvarda özünü dənizə atan gənc qızın meyiti çıxarılıb

24 İyul 2021, 16:31 (GMT +4)
Filippinlərdə 13,2 min insan təxliyyə edilib

24 İyul 2021, 16:20 (GMT +4)
Azercell Milli Olimpiya Komandasına uğurlar arzulayır

24 İyul 2021, 16:10 (GMT +4)
AQTA 6 müəssisədə nöqsanlar aşkarlayıb

24 İyul 2021, 15:57 (GMT +4)
Hindistanda daşqınlar zamanı ölənlərin sayı 110-a yüksəlib

24 İyul 2021, 15:53 (GMT +4)
Ağcabədidə restoran sahibi barəsində cinayət işi başlanılıb

24 İyul 2021, 15:43 (GMT +4)
İranın cənub-şərqində silahlıların hücumu nəticəsində dörd hərbçi həyatını itirib

24 İyul 2021, 15:32 (GMT +4)
Ötən gün toylarda xüsusi karantin qaydalarını pozan 83 nəfər cərimələnib

24 İyul 2021, 15:20 (GMT +4)
Çin ABŞ-ın 7 fikizi şəxs və təşkilatına qarşı sanksiya tətbiq edib

24 İyul 2021, 15:05 (GMT +4)
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

24 İyul 2021, 14:55 (GMT +4)
İraqın şimalında ABŞ bazasına PUA ilə hücum edilib

24 İyul 2021, 14:45 (GMT +4)
Rusiyada son sutkada 23.947 koronavirusa yoluxma aşkar edilib

24 İyul 2021, 14:36 (GMT +4)
Serbiya xarici işlər naziri Azərbaycana səfərə gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66