Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Laçın və Kəlbəcər ərazilərinə 17 yük maşını mina basdırılmasına görə erməni polkovnik beynəlxalq axtarışa verilib

18 İyun 2021, 14:50 (GMT +4)

Bakı, 18 iyun, SalamNews. “Məlum olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı “Noyan Tapan” agentliyinə və Ermənistan televiziyasına 2021-ci il iyunun 06-da müsahibə verərkən Kəlbəcər və Laçın rayonlarında təxminən 500-600 ha ərazini zəncirvari minaladıqlarını, bunun üçün 17 yük avtomobili həm tank, həm də piyada ələyhinə mina basdırdıqlarını etiraf etməsinə dair videogörüntülər yayılıb".

SalamNews-un xəbərinə görə, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, bununla bağlı Baş Prokurorluqda araşdırma aparılmaqla “Tiqran Mets” hərbi təlim-tədris məktəbinin direktoru, Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan polkovniki Koryun Qumaşyanın şəxsiyyəti istintaqla araşdırılan digərləri ilə qabaqçadan əlbir olub cinayət əlaqəsinə girərək təxribat xarakterli fəaliyyəti yerinə yetirmək, Azərbaycan vətəndaşlarına qarşı qırğınlar törətmək, insanları qəsdən həyatdan məhrum etmək məqsədilə Azərbaycan Respublikasının Laçın və Kəlbəcər rayonları ərazilərində 17 yük avtomobili tank və piyada ələyhinə minaların basdırmalarına şübhələr müəyyən edilib.

Koryun Qumaşyanın minaların basdırılması ilə əlaqədar göstərdiyi məlumatların Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən təkzib edilməməsi və ya hər hansı rəsmi münasibət bildirilməməsi qeyd edilən faktların mövcud olmasına dəlalət edir.

Həmçinin, son zamanlar işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonları ərazilərində soydaşlarımızın tank və piyada ələyhinə minalara düşərək həlak olmaları və müxtəlif dərəcəli bədən xəsarətləri almaları bir daha göstərilən faktların həqiqətə uyğun olmasını təsdiq edir.

Yuxarıda göstərilənlərlə əlaqədar Gəncə hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, qeyd edilən əməllərə görə Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa elan edilib.

Sözügedən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü Baş Prokurorluq tərəfindən mümkün olan bütün tədbirlərin görülməsi davam etdirilir.

 

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 10:50 (GMT +4)
Şəhriyar Məmmədyarov növbəti dəfə Levon Aronyanla qarşılaşacaq

29 İyul 2021, 10:43 (GMT +4)
İraqda helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həyatını itirib (VİDEO)

29 İyul 2021, 10:40 (GMT +4)
Azərbaycanda toylara görə 2 nəfər həbs edilib, 100 nəfər cərimələnib

29 İyul 2021, 10:30 (GMT +4)
Metronun “İçərişəhər” stansiyasının havalandırma sistemi yenidən qurulub

29 İyul 2021, 10:27 (GMT +4)
Blinken ÜST rəhbəri ilə COVID-19-un mənşəyinin öyrənilməsi mövzusunu müzakirə edib

29 İyul 2021, 10:18 (GMT +4)
ABŞ-ın Bağdaddakı səfirliyinə raketlər atılıb (FOTO)

29 İyul 2021, 10:10 (GMT +4)
"Bakı Metropoliteni" 10 yeni güclü ventilyator istifadəyə verib

29 İyul 2021, 10:00 (GMT +4)
Ötən gün 1977 nəfər toylara buraxılmayıb

29 İyul 2021, 10:00 (GMT +4)
Trampın kürəkəni siyasətdən ayrılır

29 İyul 2021, 09:49 (GMT +4)
Əfqanıstanın Nəngərhar əyalətində Talibanın hücumu nəticəsində səkkiz hərbçi həyatını itirib

29 İyul 2021, 09:40 (GMT +4)
DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

29 İyul 2021, 09:30 (GMT +4)
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

29 İyul 2021, 09:20 (GMT +4)
Meksikalı jurnalistin Qarabağ təəssüratları yerli mətbuatda geniş işıqlandırılıb

29 İyul 2021, 09:18 (GMT +4)
Peruda bir neçə zəlzələ baş verib

29 İyul 2021, 09:10 (GMT +4)
II və III ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb

29 İyul 2021, 09:02 (GMT +4)
İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

29 İyul 2021, 09:00 (GMT +4)
MN: Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

29 İyul 2021, 03:10 (GMT +4)
Azərbaycan karateçiləri Tokioya yollanıb

29 İyul 2021, 02:01 (GMT +4)
Qurban Qurbanov: Komanda olaraq çox istəkliyik

29 İyul 2021, 00:55 (GMT +4)
Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir - Samir Abasov

29 İyul 2021, 00:22 (GMT +4)
"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var - Pedro Martins

29 İyul 2021, 00:10 (GMT +4)
Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66