Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: Azərbaycan iqtisadiyyatının restrukturizasiyası zəruridir

19 İyun 2021, 10:59 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Beynəlxalq Valyuta Fondu (IMF) Nizamnaməsinin IV maddəsi üzrə Missiya Azərbaycan barədə hesabatını yayıb.

SalamNews xəbər verir ki, hesabatın əsas məqamlarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib.

V.Qasımlının sözlərinə görə, hesabatda qeyd edilir ki, Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətlərinin təsirinə məruz qalıb: “Əlbəttə, sadalanan səbəblərdən başqa ötən il quraqlıq və Ermənistanın hərbi təxribatlarına cavab olaraq uğurlu Vətən müharibəsinin də iqtisadi təsirləri olub. IMF-nin missiyası hesab edir ki, Azərbaycan höküməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşlaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır. Hesabatda qeyd edilir ki, davam edən vaksinasiya və iqtisadiyyatın tədriclə açılması nəticəsində iqtisadi artım bu il 2,3 %, qeyri-neft sektorunda isə 3,5 % proqnozlaşdırılır.

Ötən il qeyri-neft sektorunun 2,6 % kiçilməsini nəzərə alanda, bu ilki 3,6 %-lik artım proqnozu onu göstərir ki, qeyri-neft sektoru nəinki tam bərpa oluna, hətta böhrandan əvvəlki həcmini ötə bilər. Neft-qaz sektorunun keçən ilki 7,2 % geriləməsini, bu il Cənub Qaz Dəhlizi hesabına “mavi yanacaq” istehsalının artması kompensasiya edəcək, hətta neft-qaz sektorunda real olaraq 0,2 %-də olsa artım proqnozlaşdırlır”.

V.Qasımlı bildirib ki, Azərbaycanın fiscal balansı və cari hesablar balansı COVID-19-dan əvvəlki əhəmiyyətli müsbət zonadan ötən il mənfi zonaya daxil olsa da, bu il “əkiz balans”larda bərpa proqnozlaşdırılır: “Qaz ixracının artması, neft qiymətlərinin artıq 70 ABŞ dolları ötməsi və qeyri-neft ixracının ikirəqəmli hədlərdə böyüməsi cari hesablar balansının müsbət saldosunun bu il ÜDM-in 2,4 %-i həddində olacağını proqnozlaşdırmağa əsas verir. COVID-19-la mübarizə və işğaldan azad olunan ərazilərin rekonstruksiya xərcləri artdığından, icmal büdcənin bu il proqnozlaşdırılan ÜDM-in 5,6 %-i səviyyəsində olan kəsiri növbəti ildən azalaraq və 3 %-ə enməsi proqnoz edilir. “Əkiz balans”ların vəziyyəti və idxal inflyasiyası da nəzərə alınanda inflyasiyanın Mərkəzi Bankın hədəflədiyi “dəhliz”də - 4 % civarında olması proqnozlaşdırılır. İnflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. Qeyri-monetar xarakter daşıyan xarici və daxili xərc amilləri, eləcə də pul kütləsinin artması fonunda faktiki inflyasiya artsa da hədəf dəhlizində qalmaqdadır. “Əkiz balans”ın yaxşılaşması və dövlətin borcunun məqbul həddi makroqitisadi sabitliyin əsas lövbəri – manatın məzənnəsinin sabitliyinə də müsbət təsir edir”.

V.Qasımlının sözlərinə görə, 2020-ci böhran ilində fiskal siyasət çevikliyi ilə seçildi və avtomatik stabilizatorlar şoklara cavab verdi, hətta fiskal qaydaların tətbiqi müvəqqəti dayandırıldı: "Lakin uzunmüddətli dönəmdə yeni fiskal qaydaların işlənilməsi, dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi, xərcləmələrin, subsidiyaların və dövlət sektorunda məşğulluğun səmərəliliyinin artırılması, vergi-gömrük inzibatçılığının yaxşılaşdırılması, ən əsası isə dövlət müəssisələrinin islahatları hesabına fiskal konsolidasiyaya getmək mümkündür. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq qüvvədə olan və ya təklif olunan vergi və gömrük güzəşt və azadolmalarının büdcə ilə yanaşı iqtisadi və sosial baxımdan səmərəliliyinin qiymətləndirilməsi nəzərdə tutulur. Sadalanan addımlar həm də fiskal dayanıqlıq üçün əhəmiyyətlidir”.

V.Qasımlı IMF-nin hesabatında monetar siyasət barədə məsələləri də şərh edib: “Böhran ilində requlyativ tətil, istehlakçı hüquqlarının qorunması, dijitallaşmaya keçidin sürətləndirilməsi, maliyyə inklüzivliyinin artırılması, onlayn xidmət kanallarının təşviqi, maliyyə intizamının qorunması, kredit ekspansiyasının təşviqi və maliyyə dayanıqlılığına dəstək tədbirləri həyata keçirilib. IMF-nin hesabatında xüsusən də uçot dərəcəsinin aşağı salınması və monetar yumşalma xüsusi qeyd olunsa da, kredit faizləri hələ də yüksək qiymətləndirilir. Bank sektorunda kapital adekvatlığı və likvidlik göstəricləri normativdən artıqdır, bankların göstəriciləri yaxşılaşır. Bu ilin ilk 5 ayında bank sistemi üzrə kredit portfeli 3,8 %, o cümlədən biznes kreditləri 2,4 % artsa da, monetar siyasətin qısamüddətli dönəmdə iqtisadi fəallığın və real sektorun canlanmasına daha çox töhfəsi, həmçinin monetar transmissiya gücünün artması arzuolunandır”.

V.Qasımlı yekunda IMF-nin hesabatında struktur islahatlarına toxunub: “Neft ehtiyatlarının tükənməsi, rəqəmsal transformasiya və "yaşıl" inkişaf paradiqması, habelə Qarabağın reinteqrasiyası Azərbaycan iqtisadiyyatının Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş yeni milli prioritetləri əsasında restrukturizasiyasını zəruri edir”.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

28 İyul 2021, 17:05 (GMT +4)
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

28 İyul 2021, 16:54 (GMT +4)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

28 İyul 2021, 16:45 (GMT +4)
KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

28 İyul 2021, 16:37 (GMT +4)
İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

28 İyul 2021, 16:33 (GMT +4)
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb

28 İyul 2021, 16:22 (GMT +4)
Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

28 İyul 2021, 16:14 (GMT +4)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub

28 İyul 2021, 16:03 (GMT +4)
Politico: Bayden Putinə qarşı sanksiya tətbiq etməkdən çəkinir

28 İyul 2021, 15:51 (GMT +4)
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

28 İyul 2021, 15:41 (GMT +4)
İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

28 İyul 2021, 15:38 (GMT +4)
Kəlbəcər və Laçın yol tikintisinə 10 milyon manat ayrılıb (SƏRƏNCAM)

28 İyul 2021, 15:28 (GMT +4)
Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

28 İyul 2021, 15:27 (GMT +4)
Tokio-2020: Tennis yarışlarında 1/4 final cütləri müəyyənləşib

28 İyul 2021, 15:17 (GMT +4)
Kurtulmuş: Azərbaycanın Qarabağdakı uğuru ədalətin zəfəridir

28 İyul 2021, 15:08 (GMT +4)
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib

28 İyul 2021, 14:57 (GMT +4)
Gürcüstanda koronavirusa yoluxanların sayı 410 mini keçib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66