Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Müdafiə Nazirliyinin nümayəndə heyəti Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət edib (FOTO)

19 İyun 2021, 15:30 (GMT +4)

Bakı, 19 iyun, SalamNews. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə Müdafiə Nazirliyinin nümayəndə heyəti igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.

Bu barədə SalamNews-a nazirlikdən məlumat verilib.

Anma mərasimində Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini deyən polkovnik Aydın Əyyubov Mübariz İbrahimovun da qanında-canında qəhrəmanlıq və mübarizlik hissinin yüksək olduğunu və bunun da Vətən müharibəsində 44 gün ərzində bir daha sübut olunduğunu xüsusi vurğulayıb. Zabit Milli Qəhrəmanın şərəfli həyat yolundan, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıb.

Qeyd olunub ki, qəhrəmanımız qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib. Digər çıxış edənlər də şücaəti ilə ömrünün gənclik çağında tarixə və gənc nəslin qəlbinə adını yazan qəhrəmanın ölməzlik qazandığı, ölçüyəgəlməz Vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığını vurğulayıblar. Xüsusi qeyd olunub ki, igidimizin göstərdiyi rəşadət dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

Mərasimdə Vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş bütün şəhidlərin xatirələri sükutla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 10:43 (GMT +4)
İraqda helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həyatını itirib (VİDEO)

29 İyul 2021, 10:40 (GMT +4)
Azərbaycanda toylara görə 2 nəfər həbs edilib, 100 nəfər cərimələnib

29 İyul 2021, 10:30 (GMT +4)
Metronun “İçərişəhər” stansiyasının havalandırma sistemi yenidən qurulub

29 İyul 2021, 10:27 (GMT +4)
Blinken ÜST rəhbəri ilə COVID-19-un mənşəyinin öyrənilməsi mövzusunu müzakirə edib

29 İyul 2021, 10:18 (GMT +4)
ABŞ-ın Bağdaddakı səfirliyinə raketlər atılıb (FOTO)

29 İyul 2021, 10:10 (GMT +4)
"Bakı Metropoliteni" 10 yeni güclü ventilyator istifadəyə verib

29 İyul 2021, 10:00 (GMT +4)
Ötən gün 1977 nəfər toylara buraxılmayıb

29 İyul 2021, 10:00 (GMT +4)
Trampın kürəkəni siyasətdən ayrılır

29 İyul 2021, 09:49 (GMT +4)
Əfqanıstanın Nəngərhar əyalətində Talibanın hücumu nəticəsində səkkiz hərbçi həyatını itirib

29 İyul 2021, 09:40 (GMT +4)
DTX-nin həbs etdiyi xidmət rəisinin məhkəməsinin vaxtı məlum olub

29 İyul 2021, 09:30 (GMT +4)
Bakıda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb

29 İyul 2021, 09:20 (GMT +4)
Meksikalı jurnalistin Qarabağ təəssüratları yerli mətbuatda geniş işıqlandırılıb

29 İyul 2021, 09:18 (GMT +4)
Peruda bir neçə zəlzələ baş verib

29 İyul 2021, 09:10 (GMT +4)
II və III ixtisas qrupları üzrə 3 nəfər yüksək bal toplayıb

29 İyul 2021, 09:02 (GMT +4)
İran Parlamentinin sədri Suriya prezidenti Bəşər Əsədlə görüşüb

29 İyul 2021, 09:00 (GMT +4)
MN: Ermənistan atəşkəsi pozaraq Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi yenidən atəşə tutub

29 İyul 2021, 03:10 (GMT +4)
Azərbaycan karateçiləri Tokioya yollanıb

29 İyul 2021, 02:01 (GMT +4)
Qurban Qurbanov: Komanda olaraq çox istəkliyik

29 İyul 2021, 00:55 (GMT +4)
Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir - Samir Abasov

29 İyul 2021, 00:22 (GMT +4)
"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var - Pedro Martins

29 İyul 2021, 00:10 (GMT +4)
Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66