Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Hərbi Prokurorluqda Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularla görüş keçirilib

22 İyun 2021, 17:08 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçuları, o cümlədən qazilər ilə görüş keçirilib.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən SalamNews-a bildiirlib ki, əvvəlcə tədbir iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, bütün qazilərə şəfa diləyiblər.

Tədbiri açıq elan edən Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə təbrik edərək onlara xoş arzularını bildirib. Hərbi prokuror qeyd edib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin yüksək erudisiyası, müdrik düşüncəsi, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə, o cümlədən yer kürəsini bürüyən koronavirus (COVID-19) pandemiyasına və 44 günlük döyüş əməliyyatlarına rəğmən, dövlətimiz hərtərəfli qüdrətlənir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin edilir.

X.Vəliyev həmçinin bildirib ki, ölkəmizin hərtərəfli inkişaf edərək daha da qüdrətlənməsində və qazanılan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin genişləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin sürətli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də rəvac verdiyini deyən ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirdi ki, son illər Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat, hərbi texnika və digər avadanlıqlarla bir qədər də zənginləşdirilmiş, həmçinin hərbçilərin sosial vəziyyəti davamlı yaxşılaşdırılmış, mənəvi-psixoloji hazırlıq səviyyəsi və döyüş əhval-ruhiyyəsi artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə düşmənin 27 sentyabrdan başlayaraq törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək zəfərlərimizi və 44 günlük haqq savaşındakı tarixi qələbəmizi təmin etmişdir. Vətən müharibəsindən, qazanılan möhtəşəm qələbədən bəhs edən Xanlar Vəliyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən, prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini layiqincə icra etmələrindən danışaraq əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğuladı. Millətinə xidməti həyat amalına çevirmiş cənab İlham Əliyevin xalq qarşısında verdiyi vədləri əməlləri ilə hər zaman doğrultduğunu xüsusi vurğulayan Hərbi prokuror Xanlar Vəliyev bildirdi ki, müasir Azərbaycanın tarixinə ən uğurlu il kimi düşən 2020-ci ildə müdrik rəhbər hərbi və siyasi-diplomatik yolla ölkəmizin tarixi ərazilərini işğaldan azad etməklə, növbəti vədini də yerinə yetirdiVətən müharibəsindəki misilsiz qələbəmiz ölkə başçısının yürütdüyü siyasətin alternativsiz olduğunun növbəti təzahürüdür.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev həmçinin qeyd etdi ki, müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin prioritet istiqamətlərindən olmuş, bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Qürurverici və sevindiricidir ki, ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilmiş, onlar müxtəlif növ dövlət təminatı ilə təmin edilmişlər. Bu diqqət və qayğının təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Son illərdə ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin daha da gücləndirilməsi, o cümlədən bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər uğurla davam etdirilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də, şəhid ailələri üçün verilən prezident təqaüdünün artırılması məqsədi ilə qısa zaman ərzində ölkə rəhbərinin ard-arda bir neçə fərman və sərəncam imzalaması bu zümrədən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək göstəricisi olmuşdur. Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində verilən yüksək dəyərin və göstərilən böyük qayğının təzahürüdür. Ədliyyə general-leytenantı Xanlar Vəliyev vurğuladı ki, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi üçün mübarizəyə qalxmaqla mərdlik göstərmiş, əlil olmuş şəxslərə və canlarını qurban verməklə şəhidlik zirvəsinə ucalmış vətən övladlarının ailələrinə mənəvi və maddi dəstək göstərilməsi üçün tədbirlər müntəzəm olaraq davam etdirilir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da iştirak edir və bundan sonra da iştirak edəcəklər.

Sonra Hərbi prokuror Xanlar Vəliyev Vətən müharibəsində iştirak etməklə xidməti vəzifələrini layiqincə icra edən şəxslərə öz dərin təşəkkürünü bildirərək qeyd etdi ki, cənab Prezidentin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçılarının müxtəlif orden və medallarla təltif olunması onların xidmətinə dövlət səviyyəsində verilən yüksək dəyərin təcəssümüdür.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inspektorlar qrupunun inspektoru, ehtiyyatda olan polkovnik Abdulla Qurbani Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi qələbədən, eləcə də 44 günlük döyüşlərdə Hərbi Prokurorluğun özünəməxsus rolundan, Silahlı Qüvvələrlə, o cümlədən Müdafiə Nazirliyi ilə birgə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs etdi. Ardınca Vətən müharibəsində iştirak edən şəxslərə, o cümlədən qazilərə göstərilən diqqət və qayğıya görə Hərbi Prokurorluğun kollektivinə öz dərin minnətdarlığını bildirdi.

Sonda Vətən müharibəsində iştirak edən şəxslərə hədiyyələr təqdim edildi, Vətən müharibəsi iştirakçıları isə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Ardınca çay süfrəsində səmimi söhbətlər aparıldı və Vətən müharibəsinin unudulmaz təəssüratları xatırlandı.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 İyul 2021, 02:01 (GMT +4)
Qurban Qurbanov: Komanda olaraq çox istəkliyik

29 İyul 2021, 00:55 (GMT +4)
Tapança-tüfənglə tankın qarşısına çıxmaq çox çətindir - Samir Abasov

29 İyul 2021, 00:22 (GMT +4)
"Neftçi"nin çox gözəl futbolçuları və baş məşqçisi var - Pedro Martins

29 İyul 2021, 00:10 (GMT +4)
Tokio-2020: Futbol turnirində 1/4 final cütlükləri məlum olub

28 İyul 2021, 23:32 (GMT +4)
Tokio-2020: Yaponiya medal sıralamasında ilk pillədə qərarlaşıb

28 İyul 2021, 23:15 (GMT +4)
"Neftçi" klubu "Olimpiakos"a uduzub

28 İyul 2021, 22:40 (GMT +4)
Tokio-2020: 19 idmançımız mübarizəni dayandırıb

28 İyul 2021, 22:29 (GMT +4)
Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azad edilib (FOTO)

28 İyul 2021, 21:00 (GMT +4)
"Sabah" Gürcüstan klubuna penaltilərlə məğlub olub

28 İyul 2021, 19:35 (GMT +4)
Tokio-2020: Boksçumuz 4/1 finala yüksəlib

28 İyul 2021, 18:02 (GMT +4)
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

28 İyul 2021, 17:58 (GMT +4)
Almaniyada daşqınlar nəticəsində ölənlərin sayı 180-i keçib

28 İyul 2021, 17:53 (GMT +4)
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə veriləcək şəxslər müəyyənləşib

28 İyul 2021, 17:45 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı 700-ü ötüb

28 İyul 2021, 17:32 (GMT +4)
Ukraynada yüngül mühərrikli təyyarə evin üzərinə düşüb, ölənlər var

28 İyul 2021, 17:27 (GMT +4)
İslam dünyasında Qədir-Xum bayramı qeyd edilir

28 İyul 2021, 17:25 (GMT +4)
“Yeni Klinika”nın üç əməkdaşı məhkəmə zalında həbs edildib

28 İyul 2021, 17:15 (GMT +4)
Şeyxülislam ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktorunu qəbul edib

28 İyul 2021, 17:05 (GMT +4)
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir

28 İyul 2021, 16:54 (GMT +4)
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib

28 İyul 2021, 16:45 (GMT +4)
KİV: "Şimali Axın-2" üzərindəki işlərin 99 faizi tamamlanıb

28 İyul 2021, 16:37 (GMT +4)
İraqda aralarında İŞİD komandirləri olmaqla 14 təhlükəli terrorçu ələ keçirilib

28 İyul 2021, 16:33 (GMT +4)
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlanıb

28 İyul 2021, 16:22 (GMT +4)
Tramp koronavirus məhdudiyyətlərinin sərtləşməsinə qarşıdır

28 İyul 2021, 16:14 (GMT +4)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub

28 İyul 2021, 16:03 (GMT +4)
Politico: Bayden Putinə qarşı sanksiya tətbiq etməkdən çəkinir

28 İyul 2021, 15:51 (GMT +4)
Zakir Həsənov: Sərhəddəki insidentə görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

28 İyul 2021, 15:41 (GMT +4)
İran Parlamenti xarici sosial şəbəkələrə məhdudiyyət barədə qanun layihəsini qəbul edib

28 İyul 2021, 15:38 (GMT +4)
Kəlbəcər və Laçın yol tikintisinə 10 milyon manat ayrılıb (SƏRƏNCAM)

28 İyul 2021, 15:28 (GMT +4)
Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66