Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Kapital Bank” Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir

12 İyul 2021, 12:10 (GMT +4)

Bakı, 12 iyul, SalamNews. Xəbər verdiyimiz kimi, “Kapital Bank” ASC-nin İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal layihə həyata keçirir. “Mükəmməl Menecment” adı altında olan mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı, Bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.

İyulun 9-da Türkiyənin İstanbul şəhərində proqramın bağlanış mərasimi — “Məzun Günü” keçirilib. Tədbiri giriş sözü ilə açan “Kapital Bank”ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Melih Bulu iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun Günü” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.

“Məzun Günü” ilə bağlı məlumat universitetin saytında da dərc olunub – https://haberler.boun.edu.tr/tr/haber/yonetimde-mukemmeliyet-programi-mezunlarini-verdi.

“Artıq ikinci dəfədir ki, keçirilən bu layihədə Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 20 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris aldılar. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiya şəraitinə görə dərslərin bir hissəsi onlayn formatda keçirildi. Bu formatın həm universitet, həm də bizim üçün yeni olmasına baxmayaraq tədrisin gedişatı və nəticələr bizi tam qane etdi. İştirakçılar imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırladılar. Əminəm ki, əldə olunan biliklər gündəlik iş həyatımıza öz müsbət töhfəsini verəcək”, - deyə, “Kapital Bank”ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

Bu layihə ilk dəfə 2019-cu ildə həyata keçirilib. İlk proqramda “Kapital Bank”ın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı iştirak edib və müvafiq diplomlarla təltif ediliblər.

Ölkənin I bankı olan “Kapital Bank” “PAŞA Holdinq” MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Sentyabr 2021, 17:01 (GMT +4)
Avstraliyada karantinlə bağlı etiraz aksiyalarında 260-dan çox insan həbs edilib

18 Sentyabr 2021, 16:52 (GMT +4)
Gəncədə 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib

18 Sentyabr 2021, 16:40 (GMT +4)
Pentaqon Rusiyanın ABŞ üçün Çindən daha böyük təhlükəyə çevrilə biləcəyi qənaətindədir

18 Sentyabr 2021, 16:36 (GMT +4)
“Bursaspor”un baş məşqçisi Namik Ələskərovla xüsusi görüş keçirib

18 Sentyabr 2021, 16:35 (GMT +4)
Suriyada enerji xəttinin partladılması nəticəsində əksər əyalətlər işıqsız qalıb

18 Sentyabr 2021, 16:28 (GMT +4)
Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

18 Sentyabr 2021, 16:16 (GMT +4)
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

18 Sentyabr 2021, 16:06 (GMT +4)
İƏT OA faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edib 

18 Sentyabr 2021, 15:54 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

18 Sentyabr 2021, 15:42 (GMT +4)
Azərbaycanda son sutkada 2042 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

18 Sentyabr 2021, 15:35 (GMT +4)
Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 7 terrorçunu məhv edib

18 Sentyabr 2021, 15:26 (GMT +4)
Suriya ordusu 10 ildən sonra Təfas qəsəbəsini nəzarətə götürüb

18 Sentyabr 2021, 15:21 (GMT +4)
MN: Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir (VİDEO)

18 Sentyabr 2021, 15:10 (GMT +4)
“Azneft”in bir qrup işçisi təltif edilib

18 Sentyabr 2021, 14:58 (GMT +4)
Çində yol qəzasında 6 nəfər ölüb, 13 nəfər yaralanıb

18 Sentyabr 2021, 14:52 (GMT +4)
Əfsanəvi futbolçu Pelenin səhhəti yenidən pisləşib

18 Sentyabr 2021, 14:51 (GMT +4)
Anar Kərimov: Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq

18 Sentyabr 2021, 14:41 (GMT +4)
Pakistanın baş naziri Talibanla danışıqlar apardığını bildirib

18 Sentyabr 2021, 14:30 (GMT +4)
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib

18 Sentyabr 2021, 14:27 (GMT +4)
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib (FOTO)

18 Sentyabr 2021, 14:15 (GMT +4)
Rusiyada COVID-19-dan ölənlərin sayı 197 mini keçib

18 Sentyabr 2021, 14:06 (GMT +4)
Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb

18 Sentyabr 2021, 13:54 (GMT +4)
Yəmən paytaxtında hökumət başçısının terrorunda əli olanlar mərkəzi meydanda edam ediliblər

18 Sentyabr 2021, 13:51 (GMT +4)
Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir

18 Sentyabr 2021, 13:38 (GMT +4)
"Qəbələ" - "AZ Alkmar" matçının hakimləri açıqlanıb

18 Sentyabr 2021, 13:37 (GMT +4)
Tokayev Talibanla qeyri-rəsmi dialoqa başlamağı təklif edib

18 Sentyabr 2021, 13:30 (GMT +4)
Narkotik vasitələrdən istifadə edən taksi sürücüsü saxlanılıb

18 Sentyabr 2021, 13:20 (GMT +4)
Mədəniyyət xadimləri Qala divarları, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edib

18 Sentyabr 2021, 13:09 (GMT +4)
MMA döyüşçüsü Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəlib

18 Sentyabr 2021, 13:08 (GMT +4)
Gürcüstanda 1 997 yeni COVID-19-a yoluxma qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66