Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

"Azercell"in dəstəklədiyi "Uşaq Qaynar Xətti"nə yarım ildə 3 minə yaxın zəng daxil olub

17 İyul 2021, 15:56 (GMT +4)

Bakı, 17 iyul, SalamNews. 11 ildən artıqdır “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan “Uşaq Qaynar Xətt” xidməti (AUQX) cari ilin iyun ayı üçün hesabatını təqdim edib. Uşaqlara təmənnasız olaraq psixoloji və sosial yardım göstərən qaynar xətt xidmətinə bu ay ərzində 375 zəng daxil olub. Bunların böyük hissəsi hüquqi məsələlərlə (99 zəng) bağlı olub. Müraciətlər təhsil və psixoloji (cəmi 159 zəng), səhiyyə (35 zəng), sosial (24 zəng) və digər (58) sahələrlə bağlı olub. Müraciət edənlərin əksəriyyəti (241 zəng) ilk dəfə xidmətə zəng etdiklərini bildiriblər.

Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə iyun ayı boyunca həm böyüklər (248 zəng), həm də uşaqların özləri (115 zəng) müraciət ediblər. Xidmətdən yardım istəyən uşaqların 77-si qız, 38-i isə oğlan olub. Həmçinin sosial şəbəkələr üzərindən 12 anonim müraciət daxil olub.

Sözügedən dövr ərzində Azərbaycan “Uşaq Qaynar Xətt” xidmətinə daxil olan zənglər arasında psixoloji təzyiq halları, əməyin istismarı, etinasızlıqla bağlı müraciətlər də yer alır.

İyun ayında qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar 5 ailə ilə görüş təşkil edilib. Həmçinin fərdi və qrup şəklində 11 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlara tibbi dəstəyin göstərilməsi, səhiyyə xidməti ilə təmin olunması ilə bağlı 3 müraciət daxil olub ki, AUQX əməkdaşları bu uşaqların səhiyyə hüquqlarının təminatı üçün zəruri addımlar atıblar.

Ümumilikdə bu ilin ilk altı ayı ərzində “Uşaq Qaynar Xətt” xidmətinə 2761 zəng daxil olub. Bunların əksəriyyəti təhsil sahəsi (874 zəng), hüquqi (580 zəng), psixoloji (418 zəng), sosial (260 zəng), səhiyyə (172 zəng) və digər (457 zəng) sahələrə aid olub. 2020 zəng böyüklər, 621 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub.

Altı ay ərzində qeydə alınan müraciətlərlə əlaqədar 39 ailə ilə görüş təşkil edilib, 105 sosial-psixoloji reabilitasiya işi aparılıb. Uşaqlarda əlillik dərəcəsinin müəyyən olunması, buna uyğun olaraq sosial müavinətin təyin edilməsi ilə bağlı 12 müraciət, xüsusi qayğıya ehtiyacı olan uşaqların

müayinə və müalicəsi, onların səhiyyə hüquqlarının təmin olması ilə bağlı isə 13 müraciət daxil olub. Bu məsələlərlə əlaqədar müraciət edənlərə müavinətlərin təyin olunmasında dəstək göstərilib.

Bu aylar ərzində AUQX sosial şəbəkələr üzərindən də fəaliyyətini gücləndirməyə davam edib. Mərkəz əməkdaşları sosial şəbəkələrdən daxil olan müraciətləri də operativ şəkildə cavablandırıblar.

AUQX xidmətinin əməkdaşları yalnız daxil olan müraciətləri cavablandırmaq, onların həlli üzrə fəaliyyət göstərməklə kifayətlənmirlər. Xidmətin işinin bir qismini də maarifləndirmə təşkil edir. Bu aylar ərzində xidmət əməkdaşları onlayn vebinar və canlı yayımlar təşkil ediblər, beynəlxalq təlimlərdə iştirak ediblər. Təkcə iyun ayında 3 gün boyunca “Kompleks travmanın müalicəsi üçün Bağlılıq, Tənzimləmə və Səriştəlilik Çərçivəsi” mövzusunda beynəlxalq təlim təşkil edilib. Bu təlim iyul ayı ərzində də davam edəcək. Ümumilikdə 6 ay ərzində “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri”, “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” mövzularında onlayn tədbirlər keçirilib.

Qeyd edək ki, “Azercell Telecom” MMC-nin, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə xidmətin yaradılmasında məqsəd ailədə hər hansı təzyiqə məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir. 2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqi də istifadəyə verilib.

Qaynar xəttə həm 116111 qısa nömrəsi, həm də “Azercell” nömrələrinə (050 680 22 80; 051 580 22 80; 051 880 11 80; 051 880 22 80) zənglə, habelə e-poçt xidməti (ushaqqaynarxetti@gmail.com), Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat (www.childhelpline.az) və “ushaqqaynarxetti” mobil əlavəsi vasitəsilə müraciət etmək mümkündür.

 




Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Sentyabr 2021, 18:02 (GMT +4)
Fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub 

23 Sentyabr 2021, 17:55 (GMT +4)
Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunacaq

23 Sentyabr 2021, 17:50 (GMT +4)
Rusiyada radardan itən təyyarə tapılıb

23 Sentyabr 2021, 17:45 (GMT +4)
Təhsil Nazirliyi: 30 məktəbə yeni direktor təyin edilib

23 Sentyabr 2021, 17:35 (GMT +4)
Çinli alimlər COVID-19-un mənşəyi ilə bağlı yeni versiya irəli sürüb

23 Sentyabr 2021, 17:22 (GMT +4)
Azərbaycanın XİN başçısı daha 3 ölkədən olan həmkarları ilə görüşüb

23 Sentyabr 2021, 17:15 (GMT +4)
AFFA "Qəbələ"ni 4 min manat məbləğində cərimələyib

23 Sentyabr 2021, 17:10 (GMT +4)
Nazir: “Ermənistanın təcavüzkar siyasətinə rəğmən Azərbaycan münasibətləri normallaşdırmağa hazırdır”

23 Sentyabr 2021, 16:58 (GMT +4)
Rusiyada miqrasiya ilə bağlı yeni qanun hazırlanır

23 Sentyabr 2021, 16:54 (GMT +4)
Husilər Yəmənin əl-Bəyda əyalətini tamamilə nəzarətə götürdüklərini bildiriblər (VİDEO)

23 Sentyabr 2021, 16:52 (GMT +4)
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

23 Sentyabr 2021, 16:42 (GMT +4)
Polşalı azarkeş Mahir Emreliye sevgisini Azərbaycan dilində göstərib - (FOTO)

23 Sentyabr 2021, 16:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 178 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

23 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda müharibə əlillərinə ev tikintisi üçün 1 milyon manat ayrılıb

23 Sentyabr 2021, 16:20 (GMT +4)
ABŞ və Mərkəzi Asiya Xarici İşlər nazirliklərinin rəhbərləri görüş keçirib

23 Sentyabr 2021, 16:12 (GMT +4)
Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorlarının üçtərəfli görüşü keçirilib

23 Sentyabr 2021, 16:01 (GMT +4)
Azərbaycan-Türkiyə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

23 Sentyabr 2021, 16:00 (GMT +4)
“Qarabağ”ın rəqibi “Liverpul”un futbolçusunu istəyir

23 Sentyabr 2021, 15:51 (GMT +4)
Qəddafinin oğlundan sonra general Haftar da Liviyada prezidentliyə namizədliyini verir

23 Sentyabr 2021, 15:43 (GMT +4)
Bülbülün Şuşadakı ev muzeyinə direktor təyin edilib

23 Sentyabr 2021, 15:32 (GMT +4)
Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri elan edilib

23 Sentyabr 2021, 15:27 (GMT +4)
AB AUKUS-a cavab olaraq yeni müdafiə ittifaqı qura bilər

23 Sentyabr 2021, 15:18 (GMT +4)
"Moderna" rəhbəri koronavirus pandemiyasının sona çatacağı vaxtla bağlı proqnoz verib

23 Sentyabr 2021, 15:17 (GMT +4)
Siyəzən rayonunun 2 kəndində içməli su layihəsinin icrası yekunlaşdırılıb

23 Sentyabr 2021, 15:04 (GMT +4)
Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

23 Sentyabr 2021, 14:52 (GMT +4)
Rusiyada son sutkada 21 438 nəfər koronavirusa yoluxub

23 Sentyabr 2021, 14:50 (GMT +4)
Taliban türkmənşəli həzarələri Əfqanıstanın üç bölgəsindən məcburən köçürür - KİV

23 Sentyabr 2021, 14:47 (GMT +4)
Suraxanıda avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayrılıb

23 Sentyabr 2021, 14:38 (GMT +4)
Fransa çempionatında kütləvi dava baş verib - (FOTOLAR)

23 Sentyabr 2021, 14:37 (GMT +4)
FHN: Balakən və Zaqatalada çaylar daşıb, ərazilərə helikopter cəlb edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66