Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"Azəriqaz"ın rəhbərliyi şəhid ailələrini ziyarət edib

20 İyul 2021, 14:10 (GMT +4)

Bakı, 20 iyul, SalamNews. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi xüsusi günlərdə şəhid ailələrinin ziyarət olunmasına önəm verir.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinijn deyilir ki, "Azəriqaz"ın baş direktoru Ruslan Əliyev özü mütəmadi olaraq şəhid ailələrini ziyarət etməklə yanaşı, onların nümayəndələrini qəbul edir, qayğıları ilə maraqlanır. Qurban bayramında da belə ailələr yaddan çıxmayıb. Belə ki, İstehsalat Birliyinin rəhbər şəxsləri – baş direktorun müavinləri Cahid Hüseynov, Rəşad Cavadov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov bir neçə belə ailədə olmaqla onları Qurban bayramı münasibətilə təbrik ediblər. Onlara Birliyin adından bayram sovqatları təqdim olunub.

"Azəriqaz"ın nümayəndələri öncə şəhid Zaur Mədətovun ailəsini ziyarət ediblər. İstehsalat Birliyinin əməkdaşı, şəhidin atası Kamal Mədətov oğlunun Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib və onun adının işlədiyi müəssisədə daim uca tutulduğuna görə təşəkkür edib. Şəhid Rauf İbadovun ailəsi də ziyarət olunub. O, Füzuli, Cəbrayıl və Laçın dəhlizi döyüşlərinə könüllü olaraq qatılıb. Raufun bacısı Banu İbadova qurumda işlə təmin edilib.

Daha sonra "Azəriqaz"ın qocaman əməkdaşı, Hacıbəy Ulubəyovun ailəsinə baş çəkilib. Onun oğlu Nurəhməd Ulubəyov könüllü olaraq Vətən müharibəsinə yollanıb və Füzuli-Cəbrayıl-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabr ayının 8-də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. İstehsalat Birliyinin rəsmiləri Vətən müharibəsinin şəhidi Osman Manafovun ailəsini də ziyarət ediblər. Qeyd edək ki, şəhidin atası Natiq Manafov uzun illərdir ki, Birliyin Təmir-Tikinti İdarəsində çalışır.

Şəhid ailələri onlara göstərilən diqqətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 18:10 (GMT +4)
Azərbaycan Premyer Liqasında yenilik: Hakimlər oyundan sonra müsahibə verəcək

28 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

28 Sentyabr 2021, 17:58 (GMT +4)
NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

28 Sentyabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

28 Sentyabr 2021, 17:45 (GMT +4)
Gürcüstanda son sutkada 40 nəfər COVID-19-dan ölüb

28 Sentyabr 2021, 17:42 (GMT +4)
“Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib

28 Sentyabr 2021, 17:33 (GMT +4)
"Liverpul"un keçmiş futbolçusu vəfat edib

28 Sentyabr 2021, 17:31 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən zəvvarların sayı açıqlanıb

28 Sentyabr 2021, 17:25 (GMT +4)
Gürcüstan Baş naziri: Saakaşvili torpağımıza ayaq basan kimi həbs olunacaq

28 Sentyabr 2021, 17:23 (GMT +4)
Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

28 Sentyabr 2021, 17:15 (GMT +4)
MN: Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:48 (GMT +4)
Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzub

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66