Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident: Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir

22 İyul 2021, 17:55 (GMT +4)

Bakı, 22 iyul, SalamNews. "Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir. Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün - beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır - beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər".

SalamNews xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turistin gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir.

“İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, - ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, - dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”, - deyə Azərbaycan Prezidenti əlavə edib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 İyul 2021, 18:02 (GMT +4)
Təhsil kreditlərinin hansı tələbələrə veriləcəyi açıqlanıb

27 İyul 2021, 18:01 (GMT +4)
Yunan-Roma və sərbəst güləş üzrə millilərimiz Tokioya yollanıb - (FOTOLAR)

27 İyul 2021, 17:54 (GMT +4)
Tokio-2020: 17 idmançımız mübarizəni dayandırıb

27 İyul 2021, 17:53 (GMT +4)
Stoltenberq: NATO Əfqanıstanı dəstəkləməyə davam edəcək

27 İyul 2021, 17:49 (GMT +4)
Sahil Babayev: Serbiya Zəngəzur dəhlizinə maraq göstərir

27 İyul 2021, 17:42 (GMT +4)
Rusiya Əfqanıstanla sərhədə min nəfərdən ibarət hərbi qüvvə göndərir

27 İyul 2021, 17:29 (GMT +4)
Tokio-2020: Çin ABŞ və Meksikanı qabaqlayıb

27 İyul 2021, 17:25 (GMT +4)
Ukraynada son sutkada 700-ə yaxın COVID-19-a yoluxma aşkar edilib

27 İyul 2021, 17:15 (GMT +4)
COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq hazırlanıb

27 İyul 2021, 17:05 (GMT +4)
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var

27 İyul 2021, 16:55 (GMT +4)
Şəhid Rövşən Ağamalıyevin anım günü qeyd olunub

27 İyul 2021, 16:51 (GMT +4)
NATO baş katibi ilə Əfqanıstan prezidenti arasında telefon danışığı olub

27 İyul 2021, 16:47 (GMT +4)
Badmintonçumuz Tokio-2020-yə qələbə ilə başlayıb

27 İyul 2021, 16:45 (GMT +4)
Kreml: ABŞ-ın İraqdakı hərbi missiyasını bitirmə qərarı diqqətə layiqdir

27 İyul 2021, 16:39 (GMT +4)
Prokuror DTX-ın saxladığı sabiq nazir müavininə 10 il həbs cəzası istəyib

27 İyul 2021, 16:26 (GMT +4)
Ağdaşda COVID-19 pasportu olmayan qonaqlar saraya buraxılmayıb

27 İyul 2021, 16:15 (GMT +4)
MN Kəlbəcər rayonunun Günəşli kəndindən görüntülər yayıb (VİDEO)

27 İyul 2021, 16:07 (GMT +4)
Tokio-2020-də qəribə hadisə baş verib

27 İyul 2021, 16:05 (GMT +4)
Gürcüstanda son sutkada 3600-dan çox koronavirusa yoluxma aşkar edilib 

27 İyul 2021, 15:56 (GMT +4)
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli Bakı bəyannaməsi imzalanıb

27 İyul 2021, 15:46 (GMT +4)
Suriyanın Dəra şəhərindəki qruplaşma silahlarını orduya təhvil verir

27 İyul 2021, 15:37 (GMT +4)
Tərtərdə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

27 İyul 2021, 15:30 (GMT +4)
"Qəbələ"nin UEFA Gənclər Liqasında potensial rəqibləri məlum olub

27 İyul 2021, 15:28 (GMT +4)
KİV: Almaniyanın qərbində güclü partlayış baş verib

27 İyul 2021, 15:25 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 İyul 2021, 15:15 (GMT +4)
Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb

27 İyul 2021, 15:05 (GMT +4)
Vətən müharibəsi iştirakçılarından rüşvət alan vəzifəli şəxslər saxlanılıb

27 İyul 2021, 14:57 (GMT +4)
Çinin Henan əyalətində daşqınlar zamanı ölənlərin sayı artıb

27 İyul 2021, 14:55 (GMT +4)
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb

27 İyul 2021, 14:52 (GMT +4)
"Soçi" klubu Bakıda məşqə çıxmayacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66