Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Vüsal Qasımlı: “I yarımildə qeyri-neft sektorunda artım 5,1%-ə çatıb”

23 İyul 2021, 15:38 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. "Bu ilin ilk yarısında Azərbaycanda iqtisadi artım bərpa olunaraq 2,1 %-ə çatıb".

SalamNews-un məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə görə, artım qeyri-neft-qaz sənayesində 16,6 %, bitkiçilikdə 8,9 %, heyvandarlıqda 2,4 %, informasiya və rabitə xidmətlərində 5,5 % və pərakəndə ticarət dövriyyəsində 1,7 % olub: “Bu il dünyada sənaye artımı 3,5 % proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,6 % artması təqdirəlayiqdir. Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft sənayesidir. Ümumiyyətlə, qeyri-neft sektorunda 5,1 %-lik artım qeydə alınıb. Bu dövrdə manatın məzənnəsi sabit qalmış, inflyasiya isə 4,3 %-ə çatmaqla Mərkəzi Bankın müəyyənləşdirdiyi koridorda olub. Baxmayaraq ki, dünya bazar qiymətlərinin yüksəlməsilə idxal inflyasiyası təzyiqi yaranıb, mәzәnnә, pul tәklifi vә faiz dәrәcәlәrindən istifadə etməklə qiymətlərin sabitliyi qorunur. Həm dövlət büdcəsinin, həm də cari əməliyyatlar hesabının profisitdə olması, həmçinin strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfə üstələməsi makroiqtisadi sabitliyin fundamental əsasları sayıla bilər. Qeyri-neft sektoru üzrə ixrac ilk beş ayda 25,8 % və Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinin gəlirləri qeyri-neft sektorundan ilk altı ayda 9,5 % artıb. Fiskal vә monetar siyasәtin səmərəli koordinasiyası makroiqtisadi sabitliyi təmin edir”.

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı Qarabağın reinteqrasiyası və regional kommunikasiyaların açılması perspektivi, habelə ölkənin müdafiə və rəqabət qabiliyyətinə qarşı yeni tələblərin müəyyənləşməsilə yeni miqyas və keyfiyyət dəyişikliyi ərəfəsindədir: “Artıq Qarabağda minalardan təmizlənmə yeni vüsət alıb, müasir şəhərsalma prosesi tam sürətlə gedir, “ağıllı yaşayış” məntəqələri, salınır, aqrobiznes, dağ-mədən, tikinti, nəqliyyat-logistika, xidmət sferaları bərpa olunur. İşğaldan azad olunan ərazilərdə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları regional ixtisaslaşmanı dərinləşdirməklə, idarəetmənin səmərəliliyinin artırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətlidir. Xüsusən, Şərqi-Zəngəzurun nəqliyyat-logistika qovşağı kimi “Zəngəzur dəhlizi” perspektivi ilə tamamlayıcı olmasınının böyük siyasi, iqtisadi və tarixi əhəmiyyəti var”.

Onun sözlərinə görə, Azərbaycanın maliyyə-bank sektorunda böhrandan sonra sabitləşmə davam edir, likvidlik və kapital adekvatlığı yüksək səviyyədədir: “İlin əvvəlindən kredit qoyuluşları 3,3 %, depozitlər 7,7 %, əhalinin əmanətləri 5,3 % və bankların xalis xarici aktivləri 10,3 % artıb. Bu il pul siyasәtinin əsas istiqamətləri manatın və qiymәtlərin sabitliyi, monetar siyasәtin effektivliyi, maliyyә sektorunun sabitliyinin tәmin edilmәsi və requlyativ güzәştlәrdәn istifadә etməklə iqtisadiyyatın post-pandemiya dövründə canlanmasına dəstək verməkdir”.

V.Qasımlı qeyd edib ki, ölkənin post-konflikt quruculuğu beynəlxalq miqyasda da yüksək qiymətləndirilib: "Bu il Azərbaycan “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə və “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlib. IMF-nin missiyası hesab edir ki, Azərbaycan hökuməti cəld hərəkətə keçərək, xarici şokların təsirini yumşaldıb. Bundan sonra iqtisadi siyasətin hədəfi özəl sektorun inkişafı, biznes mühitinin daha da yaxşılaşması, idarəetmə və şəffaflıq sahəsində islahatların davam etdirilməsi, həmçinin maliyyəyə çıxışın yaxşılaşması hesabına iqtisadi şaxələnmənin dərinləşməsi və iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi olmalıdır".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

28 Sentyabr 2021, 13:20 (GMT +4)
Xarkovda anım günü ilə bağlı dəyirmi masa keçirilib

28 Sentyabr 2021, 13:12 (GMT +4)
Türkiyə millisində Ştefan Kuntzun köməkçiləri məlum olub

28 Sentyabr 2021, 13:10 (GMT +4)
Taliban hökuməti İranla sərhəddə yerləşən strateji keçidi açıq elan edib (VİDEO)

28 Sentyabr 2021, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi “Qarabağ” - 44 adlı videoçarx hazırlayıb (VİDEO)

28 Sentyabr 2021, 12:58 (GMT +4)
Ərdoğan və Putin Soçidəki görüşdə müxtəlif mövzuları müzakirə edəcək

28 Sentyabr 2021, 12:46 (GMT +4)
Yüz mindən çox xarici zəvvar Ərbəin ziyarətindən ölkələrinə geri dönürlər

28 Sentyabr 2021, 12:40 (GMT +4)
Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarına müraciət edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66