Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Kəlbəcərdən sonra Laçın yaylaqlarına da arıçılıq təsərrüfatı köçürülüb

23 İyul 2021, 18:02 (GMT +4)

Bakı, 23 iyul, SalamNews. Arıçılıq təsərrüfatlarının işğaldan azad edilmiş Laçın rayonunun yaylaqlarına köçürülməsi başa çatıb. Azad edilmiş ərazilərdəki yaylaqlara ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi köçürülüb.

Pilot layihə çərçivəsində bu il ümumi sayı 531 arı ailəsi olmaqla 15 arıçılıq təsərrüfatının Laçın yaylaqlarına köçürülməsi təmin edilib.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupundan SalamNews-a bildiriblər ki, artıq Laçın rayonundan olan fermerlərə məxsus 15 arıçılıq təsərrüfatının əvvəlcədən müəyyən edilmiş dislokasiya nöqtələrinə aparılması həyata keçirilib.

Pilot layihə həyata keçirilməzdən əvvəl təsərrüfatların yaylaqlara köçürülməsi riskləri qiymətləndirilib, arı pətəklərinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün müvafiq yerli icra orqanları ilə birlikdə ərazilərə baxış keçirilib. Ehtiyat bitki örtüyü və vətəndaşlarla bağlı risklər müəyyən olunduqdan sonra müvafiq dislokasiya xəritələri hazırlanıb. Həmin xəritələr əsasında təsərrüfatların yerləşəcəyi ərazilərin dislokasiya koordinatları fermerlərə təqdim olunub. Öz təsərrüfatlarını Laçın yaylaqlarına köçürməyə razılıq vermiş fermer təsərrüfatlarının əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, dislokasiya bölgəsində davranış qaydaları izah edilib. Təsərrüfatların yaylaqlara köçürülməsi Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrinin iştirakı ilə həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət və Heyvandarlığın təşkili və monitorinqi şöbələri yaylaq mövsümü dövründə Laçın ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı mütəmadi monitorinq aparır.

Pilot layihənin məqsədi ilkin mərhələdə işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Laçın rayonunda yaylaqlardan istifadə imkanlarını dəyərləndirmək, riskləri müəyyənləşdirmək, buna uyğun olaraq növbəti illərdə daha çox sayda təsərrüfatın bu yaylaqlara köçünü təmin etməkdir.

İşğaldan azad edilmiş Laçın rayonunda arıçılığın inkişafı üçün böyük potensial mövcuddur. Bölgənin bitki örtüyü ehtiyatlarının arıçılığın inkişafı baxımından dəyərləndirilməsi davam edir.

Bu il pilot layihə çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4068 arı ailəsinin köçürülməsi təmin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2021, 18:01 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Zirə qəsəbəsində istixana sahiblərinin problemini dinləyib

21 Sentyabr 2021, 17:54 (GMT +4)
BMT-nin baş katibi dünya ölkələrinə səslənib

21 Sentyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

21 Sentyabr 2021, 17:33 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəməndən hücuma keçən üç PUA-nın qarşısını aldığını bildirib

21 Sentyabr 2021, 17:28 (GMT +4)
Ukraynada COVID-19-dan ölənlərin sayı 55 mini keçib

21 Sentyabr 2021, 17:20 (GMT +4)
SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verib

21 Sentyabr 2021, 17:10 (GMT +4)
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

21 Sentyabr 2021, 16:57 (GMT +4)
Əfqanıstanın Kabildə qalan sabiq prezidenti Talibanı hökumətlə bağlı islahata çağırıb

21 Sentyabr 2021, 16:44 (GMT +4)
DSX və DTX Xəzər dənizində əməliyyat keçirib

21 Sentyabr 2021, 16:40 (GMT +4)
"BioNTech"in rəhbəri Uğur Şahin "Erlix" mükafatına layiq görülüb

21 Sentyabr 2021, 16:33 (GMT +4)
Bakıda daha bir yerüstü piyada keçidi inşa olunacaq

21 Sentyabr 2021, 16:22 (GMT +4)
Rusiyadan bəzi məhsulların idxalına məhdudiyyət tətbiq edilib

21 Sentyabr 2021, 16:10 (GMT +4)
FHN Dövlət Yanğın Nəzarəti Xidməti məktəblərdə maarifləndirmə tədbirləri keçirir

21 Sentyabr 2021, 15:58 (GMT +4)
Trampın fikrincə miqrant böhranı səbəbindən ABŞ tezliklə üçüncü dünya ölkəsinə çevriləcək

21 Sentyabr 2021, 15:52 (GMT +4)
Kərbəla yolunda Ərbəin zəvvarlarına hücum planlaşdıran kamikadze ələ keçirilib (FOTO)

21 Sentyabr 2021, 15:45 (GMT +4)
MN: Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır

21 Sentyabr 2021, 15:33 (GMT +4)
"Aztelekom" və "Baktelecom" internet tariflərini endirib

21 Sentyabr 2021, 15:27 (GMT +4)
KİV: Sudanda uğursuz hərbi çevriliş cəhdi olub

21 Sentyabr 2021, 15:22 (GMT +4)
Bakıda daha bir marşrut xətti "BakıKart"a keçib

21 Sentyabr 2021, 15:10 (GMT +4)
DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət edib

21 Sentyabr 2021, 14:58 (GMT +4)
Zaxarova AUKUS ittifaqının yaradılmasına münasibət bildirib

21 Sentyabr 2021, 14:54 (GMT +4)
Pakistan Taliban hökumətini tanımağa tələsmədiyini bildirib

21 Sentyabr 2021, 14:47 (GMT +4)
BTQ-nin tam gücü ilə işləməsi üçün tədbirlər görülür

21 Sentyabr 2021, 14:34 (GMT +4)
Bakıda yeni metro stansiyasının inşasına başlanılıb

21 Sentyabr 2021, 14:28 (GMT +4)
Rusiyada son sutkada COVID-19 səbəbiylə 800-dən çox insan ölüb

21 Sentyabr 2021, 14:22 (GMT +4)
Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

21 Sentyabr 2021, 14:10 (GMT +4)
"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı artırılıb

21 Sentyabr 2021, 13:59 (GMT +4)
İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

21 Sentyabr 2021, 13:49 (GMT +4)
Türkiyə Livanda yeni hökumətin formalaşması və təsdiq edilməsinə münasibət bildirib

21 Sentyabr 2021, 13:40 (GMT +4)
Azərbaycanda mopedlərlə 12 yol qəzası baş verib, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66