Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

QMİ dindarları vaksin olunmağa çağırıb

27 İyul 2021, 11:35 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası vaksinasiya ilə bağlı tövsiyə yayıb.

SalamNews mətni təqdim edir:

"Bismillahir-rəhmanir-rəhim!

Möhtərəm mömin qardaş və bacılarımız! Son zamanlar dindarlarımız tərəfindən edilən müraciətləri nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası aşağıdakıları bildirməyi vacib sayır:

İslam dini insanın öz sağlamlığı qayğısına qalmasını imanın bir parçası kimi qəbul edir. Müsəlman aləmində təbabətin “tibbi-nəbəvi” (Peyğəmbər tibbi) adlanan xüsusi bir bölməsi mövcuddur ki, orada Peyğəmbərimizin tibbi baxışları, Sünnədə tibbin məqamı və əhəmiyyəti geniş şəkildə işıqlandırılır. Həzrət Muhəmməd (s) səhiyyə sahəsi ilə yaxından maraqlanmış, onun bu mövzu ilə əlaqəli hədisləri insanlar üçün yol göstəricisi olmuşdur. Eyni zamanda Allahın qüdrət və əzəmətini, əbədi və əzəli hikmətini insanlara çatdıran Qurani-Kərimdə bir sıra tibbə dair məlumatlar əks olunur.

Bir sıra alimlərin və müasir islamşünasların rəyinə görə, Qurani-Kərimin sağlamlıq barəsində əsas prinsipi müalicə ilə yanaşı, insanı mühafizə etmək, onun sağlamlığını qorumaq – hifzü-sihhədir. Hifzü-sihhəyə bir sıra gigiyenik təlimatlar, o cümlədən, normal qidalanma, zərərli ərzaqlardan və yoluxucu xəstəliklərdən qorunma məsləhətləri də daxildir. İnsanın sağlamlığına qarşı bu qədər həssas və ciddi olan bir dini sistem kimi, İslam tibbi məsələlərin həm əxlaqi, həm də hüquqi baxımdan düzgün uzlaşdırılmasını daima diqqətdə saxlayıb.

QMİ Qazılar Şurası bildirir ki, Uca Allahın buyurduqlarına, müqəddəs hədislərə istinadən özünün, yaxınlarının və ətrafındakıların həyat və sağlamlığını təhlükəyə atmamaq hər bir insanın borcudur. Zamanında vəba epidemiyası haqqında Peyğəmbərimiz Hz.Məhəmməd belə buyurmuşdur: “Vəbanın olduğu yerə getməyin, əgər vəbanın olduğu yerdəsinizsə, oradan çıxmayın”. İmanlı insan təkcə öz canının deyil, başqalarının da canının qorunmasından məsul və mükəlləfdir. Dinimiz müxtəlif xəstəliklərə qarşı önləyici tədbirlərin alınmasına, xüsusilə yoluxucu xəstəliklərə qarşı son dərəcə diqqətli olmağa çağırır. Hər bir insan belə bir təhlükədən özünü gözləməlidir, çünki müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın” (Bəqərə, 195). Bu ilahi hökmü və müasir şəriət alimlərinin müvafiq fətvalarını nəzərə alaraq, dindarlarımıza tövsiyə edirik ki, pandemiya ilə mübarizədə ən təsirli vasitə sayılan peyvəndlərin vurulmasında aktiv mövqe tutsunlar, özlərini və yaxınlarını vaksin vasitəsi ilə bu ağır bəladan mühafizə etsinlər. Nəzərinizə çatdırırıq ki, dünyanın aparıcı dini mərkəzləri vaksinin istifadəsini məqbul hesab edir və zəmanənin bəlasına çevrilmiş xəstəliklə mübarizədə təsirli vasitə kimi tövsiyə edirlər. Qafqaz Müsəlmanları İdarəsi dövlətimizin pandemiyaya qarşı qəbul etdiyi qərar və göstərişləri dəstəkləyir, cəmiyyətimizi bu vacib məsələyə ciddi və diqqətli yanaşmağa dəvət edir. Allah hamımızın yardımçısı olsun, dövlətimizi və xalqımızı bəlalardan hifz etsin!".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 18:10 (GMT +4)
Azərbaycan Premyer Liqasında yenilik: Hakimlər oyundan sonra müsahibə verəcək

28 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

28 Sentyabr 2021, 17:58 (GMT +4)
NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

28 Sentyabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

28 Sentyabr 2021, 17:45 (GMT +4)
Gürcüstanda son sutkada 40 nəfər COVID-19-dan ölüb

28 Sentyabr 2021, 17:42 (GMT +4)
“Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib

28 Sentyabr 2021, 17:33 (GMT +4)
"Liverpul"un keçmiş futbolçusu vəfat edib

28 Sentyabr 2021, 17:31 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən zəvvarların sayı açıqlanıb

28 Sentyabr 2021, 17:25 (GMT +4)
Gürcüstan Baş naziri: Saakaşvili torpağımıza ayaq basan kimi həbs olunacaq

28 Sentyabr 2021, 17:23 (GMT +4)
Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

28 Sentyabr 2021, 17:15 (GMT +4)
MN: Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:48 (GMT +4)
Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzub

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66