Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Mətbuat Şurası Şamil Şahməmmədovun vəfatı ilə bağlı nekroloq yayıb 

27 İyul 2021, 13:58 (GMT +4)

Bakı, 27 iyul, SalamNews. Azərbaycan Mətbuat Şurası jurnalist Şamil Şahməmmədovun vəfatı ilə bağlı nekroloq yayıb.

SalamNews xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Ömrünü-gününü söz sənətinə həsr etmiş qocaman həmkarımız - ustad Şamil Şahməmmədov 87 yaşında dünyasını dəyişib. Azərbaycan Mətbuat Şurası mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncədə anadan olub. Jurnalist fəaliyyətinə Bakı Dövlət Universitetinin filalogiya fakultəsinin jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən başlayıb. Əvvəl Azərbaycan radiosu ilə əməkdaşlıq edib. Hələ ali təhsili başa vurmamış yeni yaradılmış “Bakı” qəzetinə işə götürülüb.

Milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi ilə işıq üzü görmüş “Bakı” Ş.Şahməmmədovun formalaşmasında və zəngin təcrübə toplamasında məktəb rolunu oynayıb. 32 il ərzində burada müxbir, şöbə müdiri, məsul katib və baş redaktor kimi çalışıb.

Ş.Şahməmmədov həmçinin "Xalq qəzeti"nin baş redaktor müavini və nəhayət 2002-ci ilə - pensiyaya çıxana qədər Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru olub. AZƏRTAC-ın dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmətlər göstərib.

Ötən əsrin 60-70-ci illərinin ən möhtəşəm tikililərinin inşası barədə ilk reportajları məhz Şamil Şahməmmədov yazıb. Onun müxtəlif peşə sahiblərinin fəaliyyətindən bəhs edən çoxsaylı oçerkləri cəmiyyətdə böyük maraqla qarşılanıb. İdman jurnalisti kimi də futbol icmalları ilə populyarlıq qazanmış Ş.Şahməmmədovun ədəbi-bədii tərcümələri oxucularda dərin rəğbət hissi doğurub.

Ustad jurnalistin əməyi dövlət səviyyəsində yüksək qiymətləndirilib. Prezident təqaüdçüsü Ş.Şahməmmədov Əməkdar mədəniyyət işçisi fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib.

Ş.Şahməmmədov peşəkarlığı, dərin publisistik duyumu ilə yanaşı, həm də cəsarət və prinsipiallığı ilə də yaddaşlarda qalacaq ziyalı obrazıdır. Həmkarlarına, xüsusən gənclərə diqqət və qayğısı, dəstəyi onu daim uca tutacaq.

Nəcib xüsusiyyətlərə malik, fəaliyyəti ilə məktəbləşmiş, zirvəyə çevrilmiş söz sənəti fədaisinin yoxluğu media ictimaiyyətimiz, ümumilikdə cəmiyyətimiz üçün son dərəcə böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini, kədərlərini bölüşürük.

Allah rəhmət eləsin!".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

17 Oktyabr 2021, 17:50 (GMT +4)
Azərbaycan Prezidenti Füzuli şəhərinin təməl daşını qoyub

17 Oktyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda son sutkada 1 896 nəfər COVID-19-a yoluxub, 19 nəfər vəfat edib

17 Oktyabr 2021, 17:30 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə səfərdə olublar

17 Oktyabr 2021, 14:00 (GMT +4)
Ombudsman Ermənistanın Gəncəyə raket zərbəsi endirməsinin ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

17 Oktyabr 2021, 12:20 (GMT +4)
Hikmət Hacıyev: Ötən ilin bu günündə ermənilərin Füzulidəki əsas qalası darmadağın edildi

17 Oktyabr 2021, 09:25 (GMT +4)
MN: Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması Ermənistanın növbəti yalanıdır

17 Oktyabr 2021, 09:00 (GMT +4)
Gəncə şəhərində terror hadisəsinin ildönümü ilə bağlı yürüş təşkil edilib

17 Oktyabr 2021, 00:09 (GMT +4)
Ermənistanın Gəncə və Mingəçevirdə törətdiyi növbəti terrordan bir il keçir

17 Oktyabr 2021, 00:06 (GMT +4)
Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il ötür

16 Oktyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Oktyabr 2021, 16:50 (GMT +4)
Bakıda Ukrayna Mərkəzi açılıb

16 Oktyabr 2021, 16:44 (GMT +4)
Saakaşvili tibbi müayinədən keçməyə və dərman qəbul etməyə razılıq verib

16 Oktyabr 2021, 16:37 (GMT +4)
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

16 Oktyabr 2021, 16:26 (GMT +4)
Yaponiyanın yeni Baş naziri ABŞ-a səfər etmək istədiyini açıqlayıb

16 Oktyabr 2021, 16:18 (GMT +4)
Nazirlik: Prezidentin yeni sərəncamı 1 milyon 800 min vətəndaşı əhatə edəcək

16 Oktyabr 2021, 16:07 (GMT +4)
NK: Əməkhaqlarının, pensiya və təqaüdlərin artırılması üçün təkliflərin hazırlanmasına başlanılıb

16 Oktyabr 2021, 15:56 (GMT +4)
İranın Mərkəzi Bankının sabiq sədri 10 il müddətində azadlıqdan məhrum edilib

16 Oktyabr 2021, 15:50 (GMT +4)
Təbii qaz üzrə tariflərin dəyişdirilməsinin səbəbləri və təsirləri açıqlanıb

16 Oktyabr 2021, 15:37 (GMT +4)
Türkiyədə Rəcəb Tayyib Ərdoğanla Angela Merkel arasında danışıqlar keçirilir 

16 Oktyabr 2021, 15:35 (GMT +4)
Azərbaycanda əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır

16 Oktyabr 2021, 15:25 (GMT +4)
Prezident əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb

16 Oktyabr 2021, 15:15 (GMT +4)
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb

16 Oktyabr 2021, 15:04 (GMT +4)
Fələstinli hərəkatlar İsrailli əsirlərin görüntülərini yayımlayaraq Təl-Əvivə xəbərdarlıq ediblər

16 Oktyabr 2021, 14:52 (GMT +4)
Azərbaycanda elektrik enerjisinin və təbii qazın qiyməti dəyişdirilib

16 Oktyabr 2021, 14:49 (GMT +4)
"Milan" belçikalı futbolçu ilə yeni müqavilə imzalayıb

16 Oktyabr 2021, 14:45 (GMT +4)
Gürcüstanda COVID-19-a gündəlik yoluxmalarda artım qeydə alınıb

16 Oktyabr 2021, 14:39 (GMT +4)
Prezident mədəniyyət xadimlərini təltif edib

16 Oktyabr 2021, 14:31 (GMT +4)
Fransa çempionatı: PSJ çətin qələbə qazanıb

16 Oktyabr 2021, 14:28 (GMT +4)
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verib

16 Oktyabr 2021, 14:20 (GMT +4)
Millimizin hücumçusu Mahir Emrelinin transfer qiyməti artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66