Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb, xəsarət alanlar var27 İyul 2021, 17:05 (GMT +4) Bakı, 27 iyul, SalamNews. Azərbaycanda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Bu barədə SalamNews-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, Səbail rayonu, “Maşın bazarı” adlanan ərazidə axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Hadisə zamanı onu zərərsizləşdirmək istəyən 3 polis əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
|