Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur

28 İyul 2021, 14:48 (GMT +4)

Bakı, 28 iyul, SalamNews. Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması sonuncu mərhələ üzrə davam etdirilir.

Agentlikdən SalamNews-a bildirilib ki, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 km olan avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək. Çünki bundan öncə yolların uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismarda olması səbəbindən sözügedən yaşayış məntəqələrində yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara çıxışında xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq bu problem köklü şəkildə aradan qaldırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihəyə uyğun olaraq yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə lazımi qrunt tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib.

Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir.

Sadalanan işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olamaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə səfərbər olunub.

Təbii ki, bir-neçə yaşayış məntəqəsinə gedən yolların bərpası, inşası, müasir tələblər səviyyəsində yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

28 Sentyabr 2021, 13:20 (GMT +4)
Xarkovda anım günü ilə bağlı dəyirmi masa keçirilib

28 Sentyabr 2021, 13:12 (GMT +4)
Türkiyə millisində Ştefan Kuntzun köməkçiləri məlum olub

28 Sentyabr 2021, 13:10 (GMT +4)
Taliban hökuməti İranla sərhəddə yerləşən strateji keçidi açıq elan edib (VİDEO)

28 Sentyabr 2021, 13:00 (GMT +4)
Müdafiə Nazirliyi “Qarabağ” - 44 adlı videoçarx hazırlayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66