Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Meksikalı jurnalistin Qarabağ təəssüratları yerli mətbuatda geniş işıqlandırılıb

29 İyul 2021, 09:20 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Meksikanın nüfuzlu KİV-lərindən olan “ContraReplica” və “Valija Diplomática” qəzetlərində tanınmış meksikalı jurnalist Federiko Lamontun işğaldan azad olunmuş ərazilərimizə etdiyi səfərin təəssüratları barədə “Şuşa – Azərbaycanın azadlıq simvolu” və “Qarabağ odlar diyarı Azərbaycanındır” başlıqlı məqalələri dərc olunub.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən SalamNews-a verilən məlumata görə, Cəbrayıl, Fizuli, Gəncə, Ağdam və Şuşa şəhərlərində səfərdə olmuş jurnalist yazılarında ilk olaraq, Şuşanın hərbi-strateji əhəmiyyətindən, habelə ölkəmiz üçün daşıdığı tarixi, mədəni və rəmzi önəmdən danışır və Şuşa şəhərinin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvoluna çevrildiyini qeyd edir.

Sonra 44 günlük müharibə zamanı Ermənistanın mülki azərbaycanlıları hədəf alaraq hərbi əməliyyatların aparıldığı bölgədən kənarda yerləşən Gəncə şəhərinə gecə saatlarında raket zərbələri endirdiyi, bu zaman qadınlar və uşaqlar da daxil olmaqla onlarla mülki insanın həlak olduğu, yüzlərlə insanınsa yaralandığı bildirilir.

Məqalələrdə Cəbrayıl və Ağdam şəhərlərinin müstəsna erməni vandalizminə məruz qaldığı və buradakı yaşayış infrastrukturu və tarixi-mədəni abidələrin tamamilə darmadağın edildiyi məlumat verilir.

30 ilə yaxın işğalda saxlanılmış ərazilərimizdə Ermənistanın apardığı kütləvi minalanmadan da bəhs edilən yazılarda, ötən ilin 10 noyabr tarixində əldə olunmuş atəşkəs razılaşmasından bu günədək yüzlərlə hərbi və mülki azərbaycanlının erməni silahlı qüvvələrinin illər ərzində bu ərazilərdə basdırdığı minaların partlaması səbəbindən həyatını itirdiyi bildirilir. Bu xüsusda azərbaycanlı KİV işçilərinin də iyun ayının əvvəlində Kəlbəcər rayonunun Susuzluq kəndində həmin minaların qurbanına çevrildiyi qeyd olunur və Ermənistanın 30 ilə yaxın dövr ərzində BMT qətnamələrinə məhəl qoymadığı kimi, bu gün də beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi vurğulanır.

https://www.contrareplica.mx/nota-Shusha-simbolo-de-la-liberacion-de-Azerbaiyan-202126735

https://es.calameo.com/read/0055265554f4f7d93e62d





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

16 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycanda dövlət xəttilə kirayəyə verilən mənzillərin sayı 1 000-i keçib

16 Sentyabr 2021, 17:49 (GMT +4)
Ceyhun Bayramov: Xankəndinə qanunsuz səfər edən fransalı deputatlar sülh quruculuğu səylərinə xələl gətir

16 Sentyabr 2021, 17:40 (GMT +4)
İran Ərbəin ziyarəti üçün quru sərhəd keçidlərinin açıq olmayacağını bildirib

16 Sentyabr 2021, 17:37 (GMT +4)
Peskov Rusiyanın ABŞ-ın iqlim sammitinə dəvət edildiyini bildirib

16 Sentyabr 2021, 17:25 (GMT +4)
Ermənistan Gorus-Qafan yolunu müvəqqəti olaraq İran yük maşınları üçün bağlayıb

16 Sentyabr 2021, 17:22 (GMT +4)
Futzal üzrə Azərbaycan çempionatında yeni mövsümün püşkü atılıb

16 Sentyabr 2021, 17:18 (GMT +4)
Bakıda təhsil işçilərinin 90 faizə yaxını vaksinasiyadan keçib

16 Sentyabr 2021, 17:05 (GMT +4)
Abşeronda karantin qaydalarını pozan kafe aşkarlanıb

16 Sentyabr 2021, 16:55 (GMT +4)
Yevlaxda iti su kanalına atan şəxs məsuliyyətə cəlb olunub

16 Sentyabr 2021, 16:45 (GMT +4)
Fransa Baydeni Trampın davranışını təkrarlamaqda ittiham edib

16 Sentyabr 2021, 16:38 (GMT +4)
Taliban Pəncşirdə ballistik raketlər aşkarladığını bildirib (VİDEO)

16 Sentyabr 2021, 16:23 (GMT +4)
Prezident İlham Əliyev minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı Fərman imzalayıb

16 Sentyabr 2021, 16:12 (GMT +4)
Finlandiya səyahət məhdudiyyətlərinin müddətini uzadır

16 Sentyabr 2021, 16:05 (GMT +4)
Azərbaycan-Türkiyə birgə təlimləri başa çatıb (VİDEO)

16 Sentyabr 2021, 15:52 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16 Sentyabr 2021, 15:44 (GMT +4)
Conson: Avstraliya, İngiltərə və ABŞ tərəfdaşlığı hər hansı bir ölkəyə qarşı yönəlməyib

16 Sentyabr 2021, 15:37 (GMT +4)
Azərbaycanda son sutkada 1783 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

16 Sentyabr 2021, 15:36 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 116 mini keçib

16 Sentyabr 2021, 15:30 (GMT +4)
Prezident Bakıda avtomobil yollarının yenidən qurulmasına 5 milyon manat ayırıb

16 Sentyabr 2021, 15:20 (GMT +4)
"Bakcell" "Pulsuz zəng" adlı yeni məhsulunu təqdim edib

16 Sentyabr 2021, 15:10 (GMT +4)
Prezident İlham Əliyev Eldar Məmmədəliyevi fəxri diplomla təltif edib

16 Sentyabr 2021, 15:01 (GMT +4)
Ruslardan təxribat: Məşhur sayt Mahir Emrelini erməni kimi təqdim edib (FOTO)

16 Sentyabr 2021, 14:57 (GMT +4)
ABŞ Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri verə bilər

16 Sentyabr 2021, 14:52 (GMT +4)
Salyanda vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

16 Sentyabr 2021, 14:42 (GMT +4)
Mahir Emreli yaxşı oyun nümayiş etdirdi - "Legiya"nın baş məşqçisi

16 Sentyabr 2021, 14:40 (GMT +4)
Azərbaycanla Serbiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsinə dair sənəd təsdiqlənib

16 Sentyabr 2021, 14:28 (GMT +4)
Azərbaycan millisi FİFA reytinqində 5 pillə geriləyib

16 Sentyabr 2021, 14:27 (GMT +4)
Pakistanın baş naziri dünya ictimaiyyətini Talibanla əməkdaşlığa çağırıb

16 Sentyabr 2021, 14:25 (GMT +4)
Xarkovda Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)

16 Sentyabr 2021, 14:15 (GMT +4)
Rusiyada son sutkada 19 594 koronavirusa yoluxma halı qeydə alınıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66