Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Bakı Metropoliteni" 10 yeni güclü ventilyator istifadəyə verib

29 İyul 2021, 10:10 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. "Bakı Metropoliteni" QSC-də avadanlıqların yenilənməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, 2019-cu ildə Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodundan 7 yeni güclü ventilyator alınaraq quraşdırılıb. Elə həmin il metronun texniki tapşırıqları əsasında Yaşıl və Qırmızı xətlər üçün daha 10 yeni güclü ventilyatorun istehsal edilməsi barədə razılıq əldə edilib".

Bunu SalamNews-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, sifariş edilən ventilyatorlar təyinatına görə iki tiplidir: "Metropoliten sərnişinlərinin təhlükəsizliyinin təmin olunması, daha rahat daşıma şəraitinin yaradılması xeyli dərəcədə ventilyasiya sisteminin səmərəli fəaliyyətindən asılıdır. Buna görə də metroda ventilyasiya qurğularının təkmilləşdirilməsi mütəmadi olaraq aparılır.

İstismar müddətini başa vuran tunel və stansiya ventilyatorlarının yeni, daha güclü və məhsuldar son modellərlə əvəz edilməsi, eləcə də istismarda olan nümunələrin modernləşdirilməsi prosesi cari ildə də davam edir. Qeyd edilən avadanlıqlardan daha güclü olan 3-ü (75 kVt gücə malik “VOM 24-R” tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan “VOM 20” tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir. Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, ən yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ilə təmin edir. Onların faydalı iş əmsalı, titrəyiş, səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir. Yeni ventilyatorların iş rejimini 20-30 saniyə ərzində axından sovurmaya və əksinə dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından böyük əhəmiyyət kəsb edir.

Ötən il “Ventprom” maşınqayırma zavodundan alınmış 10 ventilyatorun hamısı koronavirus (“COVID-19”) pandemiyası şərtlərinin diktəsi altında Bakı metropoliteninə çatdırılaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi müvafiq qaydalar nəzərə alınmaqla, “Elmlər Akademiyası”, “Nizami”, “Ulduz stansiyalarında, “Elmlər Akademiyası-Nizami”, “Elmlər Akademiyası-İnşaatçılar”, “Ulduz-Koroğlu” yol mənzillərində quraşdırılıb. Quraşdırma zamanı hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsinə, ümumiyyətlə, faydalı iş əmsalının yüksəldilməsi üçün hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə xüsusi diqqət yetirilib. İdarəetmə panelləri də quraşdırıldıqdan sonra istifadəyə verilmiş ventilyatorlar Bakı metropoliteni stansiya və tunellərində mikroiqlim şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımdır".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2021, 19:50 (GMT +4)
Şahmatçılarımız dünya çempionatına heç-heçə ilə başlayıb

27 Sentyabr 2021, 18:39 (GMT +4)
İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

27 Sentyabr 2021, 18:10 (GMT +4)
Peskov: İran prezidentinin Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə iştirakı gözlənilmir

27 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

27 Sentyabr 2021, 18:00 (GMT +4)
"Keşlə" klubu şəhid azarkeşin xatirəsini yad edib

27 Sentyabr 2021, 17:52 (GMT +4)
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib

27 Sentyabr 2021, 17:45 (GMT +4)
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq (VİDEO)

27 Sentyabr 2021, 17:36 (GMT +4)
Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

27 Sentyabr 2021, 17:27 (GMT +4)
İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini yenidən açıb

27 Sentyabr 2021, 17:20 (GMT +4)
Xaçmazda şəhidlərin xatirəsi yad edilib (FOTO)

27 Sentyabr 2021, 17:10 (GMT +4)
Gürcüstanın Baş naziri: Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik

27 Sentyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 Sentyabr 2021, 16:50 (GMT +4)
Talibana tərəfdar hakerlər sabiq prezident Əşrəf Qəninin facebook və tvitter səhifələrini sındırıblar

27 Sentyabr 2021, 16:47 (GMT +4)
"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu silahla adam öldürüb 

27 Sentyabr 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb

27 Sentyabr 2021, 16:38 (GMT +4)
"Həmas" Şin Bet rəhbərinin kimliyini ifşa edib

27 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 Sentyabr 2021, 16:20 (GMT +4)
Dövlət Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

27 Sentyabr 2021, 16:12 (GMT +4)
"Əsgərlərimiz qanı ilə, canı ilə Vətən yazdılar" - Qara Qarayev

27 Sentyabr 2021, 16:06 (GMT +4)
DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2021, 15:53 (GMT +4)
Başqırdıstanda terror aktının qarşısı alınıb

27 Sentyabr 2021, 15:48 (GMT +4)
Azərbaycan lideri: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb

27 Sentyabr 2021, 15:39 (GMT +4)
Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb

27 Sentyabr 2021, 15:28 (GMT +4)
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

27 Sentyabr 2021, 15:17 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

27 Sentyabr 2021, 15:06 (GMT +4)
ÜST COVID-19-un mənşəyi ilə bağlı yenidən istintaqa başlamağı planlaşdırır

27 Sentyabr 2021, 15:02 (GMT +4)
Prezident: Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur, müzakirələr nəticəsiz qalır

27 Sentyabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti İranın yük maşınları və hərbi təlimləri barədə danışıb

27 Sentyabr 2021, 14:37 (GMT +4)
Gürcüstanda son sutkada 27 nəfər COVID-19-dan ölüb  

27 Sentyabr 2021, 14:29 (GMT +4)
İranda Sepah-ın araşdırma mərkəzində yanğın nəticəsində iki nəfər ölüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66