Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakının Xətai rayonunda daha 2 küçə əsaslı təmir olunub

29 İyul 2021, 12:20 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Xətai rayonunda təmirə ehtiyacı olan ümumi uzunluğu 14.2 km təşkil edən küçə və yollarda təmir-tikinti işlərini davam etdirir.

SalamNews xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə rayon üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Nəsrəddin Tusi və Əliağa Şıxlinski küçələrində aparılıb.

Uzunluğu 2.8 km təşkil edən Nəsrəddin Tusi küçəsi və Əliağa Şıxlinski küçəsinin 1.8 km-lik hissəsi uzun müddət təmir olunmadan istismar olunurdu. Bu üzdən hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Təmir zamanı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Sonuncu mərhələdə isə hər iki küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.

Görülən təmir işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılıb. Bu il “İnvestisiya Proqramı”na uyğun olaraq Xətai rayonu üzrə daha öncə təmirə ehtiyacı olan 2.1 km uzunluğa malik Kazımağa Kərimov və 2.8 km-lik Abbas Fətullayev küçələrində, həmçinin 0.7 km-lik Zavod küçəsi üzrə yollarda da anoloji təmir işləri icra olunub. 4 km uzunluğa malik Admiral Naximov küçəsinin yan yollarında isə təmir işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik Xətai rayonunda 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görüb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

21 Sentyabr 2021, 18:01 (GMT +4)
“Azəriqaz” rəhbərliyi Zirə qəsəbəsində istixana sahiblərinin problemini dinləyib

21 Sentyabr 2021, 17:54 (GMT +4)
BMT-nin baş katibi dünya ölkələrinə səslənib

21 Sentyabr 2021, 17:40 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

21 Sentyabr 2021, 17:33 (GMT +4)
Səudiyyə Ərəbistanı Yəməndən hücuma keçən üç PUA-nın qarşısını aldığını bildirib

21 Sentyabr 2021, 17:28 (GMT +4)
Ukraynada COVID-19-dan ölənlərin sayı 55 mini keçib

21 Sentyabr 2021, 17:20 (GMT +4)
SOCAR və tərəfdaşları kibertəhlükəsizlik və data təhlili üzrə peşəkar kurslara start verib

21 Sentyabr 2021, 17:10 (GMT +4)
Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb

21 Sentyabr 2021, 16:57 (GMT +4)
Əfqanıstanın Kabildə qalan sabiq prezidenti Talibanı hökumətlə bağlı islahata çağırıb

21 Sentyabr 2021, 16:44 (GMT +4)
DSX və DTX Xəzər dənizində əməliyyat keçirib

21 Sentyabr 2021, 16:40 (GMT +4)
"BioNTech"in rəhbəri Uğur Şahin "Erlix" mükafatına layiq görülüb

21 Sentyabr 2021, 16:33 (GMT +4)
Bakıda daha bir yerüstü piyada keçidi inşa olunacaq

21 Sentyabr 2021, 16:22 (GMT +4)
Rusiyadan bəzi məhsulların idxalına məhdudiyyət tətbiq edilib

21 Sentyabr 2021, 16:10 (GMT +4)
FHN Dövlət Yanğın Nəzarəti Xidməti məktəblərdə maarifləndirmə tədbirləri keçirir

21 Sentyabr 2021, 15:58 (GMT +4)
Trampın fikrincə miqrant böhranı səbəbindən ABŞ tezliklə üçüncü dünya ölkəsinə çevriləcək

21 Sentyabr 2021, 15:52 (GMT +4)
Kərbəla yolunda Ərbəin zəvvarlarına hücum planlaşdıran kamikadze ələ keçirilib (FOTO)

21 Sentyabr 2021, 15:45 (GMT +4)
MN: Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır

21 Sentyabr 2021, 15:33 (GMT +4)
"Aztelekom" və "Baktelecom" internet tariflərini endirib

21 Sentyabr 2021, 15:27 (GMT +4)
KİV: Sudanda uğursuz hərbi çevriliş cəhdi olub

21 Sentyabr 2021, 15:22 (GMT +4)
Bakıda daha bir marşrut xətti "BakıKart"a keçib

21 Sentyabr 2021, 15:10 (GMT +4)
DYP məktəblərin açılması ilə bağlı sürücülərə müraciət edib

21 Sentyabr 2021, 14:58 (GMT +4)
Zaxarova AUKUS ittifaqının yaradılmasına münasibət bildirib

21 Sentyabr 2021, 14:54 (GMT +4)
Pakistan Taliban hökumətini tanımağa tələsmədiyini bildirib

21 Sentyabr 2021, 14:47 (GMT +4)
BTQ-nin tam gücü ilə işləməsi üçün tədbirlər görülür

21 Sentyabr 2021, 14:34 (GMT +4)
Bakıda yeni metro stansiyasının inşasına başlanılıb

21 Sentyabr 2021, 14:28 (GMT +4)
Rusiyada son sutkada COVID-19 səbəbiylə 800-dən çox insan ölüb

21 Sentyabr 2021, 14:22 (GMT +4)
Milli Məclisdə icra və qanunvericilik hakimiyyəti arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

21 Sentyabr 2021, 14:10 (GMT +4)
"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı artırılıb

21 Sentyabr 2021, 13:59 (GMT +4)
İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

21 Sentyabr 2021, 13:49 (GMT +4)
Türkiyə Livanda yeni hökumətin formalaşması və təsdiq edilməsinə münasibət bildirib

21 Sentyabr 2021, 13:40 (GMT +4)
Azərbaycanda mopedlərlə 12 yol qəzası baş verib, 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66