Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

Şeyxə hücum edən fitnəkarlar

29 İyul 2021, 13:11 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bəzi media orqanlarının hədəfindədir. Əlbəttə, Şeyx hər zaman medianın diqqət mərkəzində olub, haqqında tənqidi məqalələr yazılıb. Bu səfər də belə qəbul etmək olardı. Amma yazıların ard-arda gəlməsi göstərir ki, QMİ sədrinə qarşı məqsədli kampaniya aparılır.

Kampaniyanın necə deyərlər, çıxış nöqtəsi isə QMİ sədrinin məlum Şuşa səfəri və daha sonra Bakıda Qurban bayramı günü səsləndirdiyi fikirlər olub. İlk olaraq Şeyxülislamın Şuşada məsciddə İran dini liderinin Bakıdakı nümayəndəsi Seyid Əliəkbər Ocqanejadın arxasında dayanıb namaz qıldığını göstərən fotolara görə hücumlar baş verdi. Hətta daha sonra Şuşa məscidində qılınan namazın fotolarının yayılmasına, imam-camaatın Şeyxülislam olduğu təsdiqlənməsinə baxmayaraq hücumlar davam etdi.

Növbəti hücum dalğası isə Şeyxin Bakıda Qurban bayramı günü Təzəpir məscidində etdiyi çıxışda İranın dini liderinə təşəkkür etməsindən sonra başladı. Şeyxülislam məlum çıxışında Qarabağdakı sonuncu qalibiyyətli müharibəni, şəhidləri yad edib və ardınca müharibədə Azərbaycana dəstək verən ölkələrə təşəkkür edib, bu zaman xüsusi olaraq qonşu müsəlman ölkələri olaraq Türkiyə və İranı ayrıca qeyd edib, hər iki ölkəyə, Türkiyə prezidenti və İranın dini liderinə təşəkkür edib. qeyd edib ki, Azərbaycanın qələbəsində Ayətullah Seyid Əli Xameneyinin Qarabağla bağlı fətvasının rolu olub.

Amma diplomatik və siyasi etiketi qoruyan bu çıxışa görə QMİ sədrinə hücum dalğası başlayıb. Bəzi media orqanları hətta bir qədər irəli gedərək Şeyxi istefaya çağırıblar. Onu siyasəti bilməməkdə (!?), dövlətin siyasətinə zidd getməkdə ittiham ediblər. Artıq QMİ sədri özü də ittihamlara cavab verib. Sözlərinin kontekstdən çıxarıldığını bildirib.

Əlbəttə, ictimai-siyasi xadim, ölkənin formal dini lideri olan bir adamın mediada tənqid edilməsi qeyri-adi hadisə deyil. Buna qədər də yerli mətbuatda Şeyxülislam haqqında tənqidi materiallar dərc olunub. Ancaq indi müəyyən media orqanlarının sanki bir mərkəzdən idarə olunan, heç bir əsaslı dəlil olmadan sadəcə QMİ sədrini, onun şəxsiyyətini və təmsil etdiyi dini qurumu hədəfə alan yazıları cəmiyyətdə ciddi qınaqla qarşılanıb və sosial şəbəkələrdə dərin parçalanmaya səbəb olub.

Şeyxülislam təcrübəli şəxs və uzun illərin təcrübəsinə sahib biri kimi, aydın məsələdir ki, hər zaman dövlətin siyasi xətti ilə uyğunlaşdırır. Onun dövlət rəhbərliyinin siyasi kursuna qarşı olması, Azərbaycan dövlətçiliyi üçün zərərli xətdə olması inandırıcı deyil. Konkret olaraq son çıxışı isə daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev və prezidentin köməkçisi Hikmət Hacıyevin, habelə Xarici İşlər naziri Ceyhun Bayramov səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Əgər Şeyxin fikri zərərli olsaydı, məntiqlə tənqidçilər İlham Əliyevi, H.Hacıyevi tənqid etməli idi. Amma Şeyxin hədəfə alınması və onun Qarabağ savaşında Ayətullah Xameneyinin fətvası ilə bağlı dediklərinin tənqidə səbəb olması məsələnin yalnız Şeyxin personası deyil, həm də din amili olduğunu göstərir.

Azərbaycan dövlət rəhbərliyi həm 44 günlük müharibə, həm də ondan sonrakı dövrdə qonşu ölkələrlə dostluq siyasətini möhkəmləndirib. Çünki müharibədə Azərbaycanın qələbəsində həm də dövlət başçısının ağıllı siyasi-diplomatik gedişlərinin xüsusi rolu olub. Məhz bu siyasət nəticəsində, ölkə başçısının qeyd etdiyi kimi, qonşu ölkələr öz sərhədlərini Ermənistana silah daşınmasına bağladı. Prezident İlham Əliyev çıxışlarında bunu xüsusi olaraq qeyd edib.

Müharibədən sonra da Azərbaycan prezidenti Türkiyə ilə yanaşı, İranla və Gürcüstanla dostluq əlaqələrinin yüksək səviyyədə olmasına çalışdığını ortaya qoyub. Bu mənada Şeyxülislamın Şuşada və Bakıdakı jestləri ölkə prezidentinin bu siyasi kursunun davamı, onun möhkəmlənməsinə xidmət edir.

Hazırda Şeyxülislama hücumlar cəmiyyətdə yalnız QMİ sədrinə deyil, həm də milli dini institutlara, ümumiyyətlə dini dəyərlərə hücum kimi qiymətləndirir. Cəmiyyətin böyük bir qisminin Şeyxin müdafiəsi üçün səfərbər olmasının arxasında yatan amil də məhz budur. Belə görünür ki, hansısa gizli qüvvələr Şeyx üzərindən Azərbaycan illər ərzində formalaşmış dini sahədəki həmrəylik mühitini zəiflətmək, cəmiyyət içərisində parçalanmanı dərinləşdirməyə çalışır. Şeyxin məhz Türkiyə Prezidentinin müşaviri vasitəsilə tənqid olunması ölkəmizdəki sabit, tolerant dini mühiti sarsıtmağa, dini zəmində bölücülüyü dərinləşdir xidmət edir.

Hər bir halda aydındır ki, bu təxribatı ortaya atan və onu qızışdırmağa çalışanlar Azərbaycan xalqının və dövlətinin düşmənləri, ölkədəki milli birliyi zədələməyə çalışan qruplardır. Başqa sözlə bu bir fitnədir. Müqəddəs kitab isə fitnəni qətldən də qorxulu cinayət adlandırır. Buna görə də fitnəyə qarşı ayıq olmaq, milli dəyərləri və onu mühafizə edənləri qorumaq lazımdır.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalanıb

28 Sentyabr 2021, 17:58 (GMT +4)
NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

28 Sentyabr 2021, 17:52 (GMT +4)
Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

28 Sentyabr 2021, 17:45 (GMT +4)
Gürcüstanda son sutkada 40 nəfər COVID-19-dan ölüb

28 Sentyabr 2021, 17:42 (GMT +4)
“Azəriqaz”ın Baş direktoru istehlakçılara müraciət edib

28 Sentyabr 2021, 17:33 (GMT +4)
"Liverpul"un keçmiş futbolçusu vəfat edib

28 Sentyabr 2021, 17:31 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən zəvvarların sayı açıqlanıb

28 Sentyabr 2021, 17:25 (GMT +4)
Gürcüstan Baş naziri: Saakaşvili torpağımıza ayaq basan kimi həbs olunacaq

28 Sentyabr 2021, 17:23 (GMT +4)
Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

28 Sentyabr 2021, 17:15 (GMT +4)
MN: Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:48 (GMT +4)
Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov yenə uduzub

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66