Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Erməni silahlı dəstəsinin üzvlərinin hər biri 6 il azadlıqdan məhrum edilib

29 İyul 2021, 14:10 (GMT +4)

Bakı, 29 iyul, SalamNews. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SalamNews xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış edib.

Prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) və 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) maddələr ümumi ittihamdan xaric olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Dəstə üzvlərinin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, təqsirləndirilən şəxslərə təyin olunmuş cəzalar başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmaları təmin olunacaq.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2021, 18:38 (GMT +4)
“Barselona”nın baş məşqçisi cəzalandırılıb

25 Sentyabr 2021, 17:02 (GMT +4)
Xaçmazda Anım Günü ərəfəsində şəhid məzarları ziyarət olunub (FOTO)

25 Sentyabr 2021, 16:55 (GMT +4)
Avropa "Vaqner" muzdlularının Maliyə göndərilməsini qəbuledilməz hesab edir

25 Sentyabr 2021, 16:50 (GMT +4)
Azərbaycan və Qırğızıstan XİN başçıları arasında görüş olub

25 Sentyabr 2021, 16:47 (GMT +4)
ABŞ Əfqanıstanda hava zərbələri üçün Talibandan icazə almayacağını bildirib

25 Sentyabr 2021, 16:44 (GMT +4)
Hacıqabulda narkotik alverçisi saxlanılıb

25 Sentyabr 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada 2 404 nəfər COVID-19-dan sağalıb, 1 099 nəfər yoluxub

25 Sentyabr 2021, 16:31 (GMT +4)
Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etmək planlarını böyük səhv adlandırıb

25 Sentyabr 2021, 16:28 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

25 Sentyabr 2021, 16:18 (GMT +4)
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

25 Sentyabr 2021, 16:06 (GMT +4)
Binəqədidə 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçiriib (FOTO)

25 Sentyabr 2021, 15:56 (GMT +4)
Yunanıstan yaşıl iqtisadiyyata keçid üçün vəsait ayıracaq

25 Sentyabr 2021, 15:53 (GMT +4)
Rusiya hərbi təyyarələri İdlib və Hələbdə qruplaşmalara hava zərbələri endirib

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66