Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olunub

30 İyul 2021, 11:16 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. “ƏSR” və “ARKAN TOUR” MMC-lərin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, aparılmış ibtidai istintaqla “ƏSR” MMC-nin direktoru Əsgər Bayramovun “ARKAN TOUR” MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan COVID-19 testinin nəticələrinə dair saxta sənədləri hazırlayıb ümumilikdə 12 min 120 manata satmasına, eləcə də həmin hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilmiş, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Sentyabr 2021, 18:39 (GMT +4)
İordaniya və İraq mətbuatı azərbaycanlı şərqşünasın məqaləsini yayıb

27 Sentyabr 2021, 18:10 (GMT +4)
Peskov: İran prezidentinin Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə iştirakı gözlənilmir

27 Sentyabr 2021, 18:02 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

27 Sentyabr 2021, 18:00 (GMT +4)
"Keşlə" klubu şəhid azarkeşin xatirəsini yad edib

27 Sentyabr 2021, 17:52 (GMT +4)
Ərdoğan Anım Günü ilə əlaqədar Prezident İlham Əliyevə zəng edib

27 Sentyabr 2021, 17:45 (GMT +4)
“Kiçik Ürəklərdə Böyük Xatirələr” yaddaşlarda həkk olunacaq (VİDEO)

27 Sentyabr 2021, 17:36 (GMT +4)
Putin Rusiyanın əsas düşmənlərini açıqlayıb

27 Sentyabr 2021, 17:27 (GMT +4)
İordaniya Suriya ilə sərhəddə yerləşən strateji sərhəd keçidini yenidən açıb

27 Sentyabr 2021, 17:20 (GMT +4)
Xaçmazda şəhidlərin xatirəsi yad edilib (FOTO)

27 Sentyabr 2021, 17:10 (GMT +4)
Gürcüstanın Baş naziri: Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik

27 Sentyabr 2021, 17:02 (GMT +4)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

27 Sentyabr 2021, 16:50 (GMT +4)
Talibana tərəfdar hakerlər sabiq prezident Əşrəf Qəninin facebook və tvitter səhifələrini sındırıblar

27 Sentyabr 2021, 16:47 (GMT +4)
"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu silahla adam öldürüb 

27 Sentyabr 2021, 16:42 (GMT +4)
Azərbaycanda son sutkada 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb

27 Sentyabr 2021, 16:38 (GMT +4)
"Həmas" Şin Bet rəhbərinin kimliyini ifşa edib

27 Sentyabr 2021, 16:32 (GMT +4)
Naxçıvanda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 Sentyabr 2021, 16:20 (GMT +4)
Dövlət Komitəsi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

27 Sentyabr 2021, 16:12 (GMT +4)
"Əsgərlərimiz qanı ilə, canı ilə Vətən yazdılar" - Qara Qarayev

27 Sentyabr 2021, 16:06 (GMT +4)
DSX-də Anım Günü münasibətilə tədbir keçirilib

27 Sentyabr 2021, 15:53 (GMT +4)
Başqırdıstanda terror aktının qarşısı alınıb

27 Sentyabr 2021, 15:48 (GMT +4)
Azərbaycan lideri: Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlanılıb

27 Sentyabr 2021, 15:39 (GMT +4)
Sahibkarlardan hədə-qorxu ilə pul tələb edən saxta jurnalist saxlanılıb

27 Sentyabr 2021, 15:28 (GMT +4)
Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

27 Sentyabr 2021, 15:17 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

27 Sentyabr 2021, 15:06 (GMT +4)
ÜST COVID-19-un mənşəyi ilə bağlı yenidən istintaqa başlamağı planlaşdırır

27 Sentyabr 2021, 15:02 (GMT +4)
Prezident: Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozur, müzakirələr nəticəsiz qalır

27 Sentyabr 2021, 14:50 (GMT +4)
Azərbaycan Prezidenti İranın yük maşınları və hərbi təlimləri barədə danışıb

27 Sentyabr 2021, 14:37 (GMT +4)
Gürcüstanda son sutkada 27 nəfər COVID-19-dan ölüb  

27 Sentyabr 2021, 14:29 (GMT +4)
İranda Sepah-ın araşdırma mərkəzində yanğın nəticəsində iki nəfər ölüb

27 Sentyabr 2021, 14:22 (GMT +4)
"Qarabağ"ın rəqibi olan "Bazel" doğma meydanda qələbəyə sevinib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66