Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AZAL-ın bütün uçuş heyəti koronavirus infeksiyasına qarşı peyvənd olunub

30 İyul 2021, 12:35 (GMT +4)

Bakı, 30 iyul, SalamNews. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib.

SalamNews bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, toplantını giriş sözü ilə açan səhmdar cəmiyyətinin prezidenti Cahangir Əsgərov bütün uçuş heyətinə yüksək peşəkarlıq səviyyəsinə, məhsuldar əməyinə, təcrübəsinə, mülki aviasiyanın inkişafına verdiyi töhfəyə və bu sahənin bu gün və gələcəkdə bütün əhəmiyyətini dərk etdiyinə görə təşəkkürünü bildirib.

O, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin daimi dəstəyi və qayğısı sayəsində mümkün olub.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində - Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanı tiklilir. Bu gün Qarabağ səmasında, uzunmüddətli fasilədən sonra, milli naviqasiya sistemlərinin radioçağırış siqnalları ötürülür. İlk bu siqnalları AZAL təyyarələri qəbul edib.

Tədbir zamanı Azərbaycanlı pilotların hazırlığının və uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğu qeyd edilib. Xüsusilə, AZAL prezidenti "Embraer E-190" tipli təyyarə üçün son nəsil trenajorun Azərbaycan Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində tezliklə istifadəyə veriləcəyini bildirib. Bu kompleks "Airbus 319/320" və "Boeing 757/767" tipli təyyarələrin mövcud uçuş simulyatorlarına əlavə olaraq, pilotların yüksək uçuş hazırlığı və ixtisasının artırılması üçün nəzərdə tutulub. Mərkəzdə təkcə Azərbaycanın deyil, həm də xarici aviaşirkətlərin pilotları uçuş hazırlığı və sertifikatlaşdırma keçir.

“Azərbaycanın mülki aviasiyası çoxillik təcrübəyə malikdir və biz bunu daim təkmilləşdiririk. Azərbaycanlı pilotların peşəkarlığının dünya aviatorlar birliyinin təsdiq etməsi təkzibedilməz faktdır. Bu gün uçuş heyətinin yüksək ustalığının təmin edilməsi üçün lazımi addımlar atılır”, - deyə C.Əsgərov qeyd edib.

AZAL prezidenti bildirib ki, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin sərnişinlərin həyatı və sağlamlığının qorunmasının gücləndirilməsi məqsədilə Azərbaycanın milli aviadaşıyıcısının bütün uçuş heyəti koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunub.

Görüşdə pilotlar yeni inşa edilmiş ofisdə uçuş heyəti üçün yaradılan rahat şəraitə görə AZAL rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həqiqətən, son IOSA auditi (IATA Operational Safety Audit) zamanı ekspertlər Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyəti üçün yaradılmış şəraitin ən ciddi beynəlxalq tələblərə uyğun olduğunu təsdiqləyiblər.

Uçuş heyətinin toplantısında kişi kollektivi ilə yanaşı, bu gün hava gəmilərində daxili və beynəlxalq sərnişin reysləri yerinə yetirən qadın pilotlar da iştirak ediblər.

“Öz peşəsinin vurğunu olan qadın pilotlar da artıq bizim mehriban uçuş ailəmizin bir hissəsi oldu. Sovet hakimiyyəti illərində Azərbaycanın mülki aviasiyasında artıq sərnişin təyyarələrini idarə edən qadın pilotlar mövcud idi. İlk Azərbaycanlı təyyarəçi-qadın isə 1931- ci ilin iyulunda ilk uçuşunu həyata keçirən Leyla Məmmədbəyova olub”, - deyə C.Əsgərov qeyd edib.

AZAL-ın prezidenti həmçinin bildirib ki, rəhbərlik birgə məsələlərin həlli və əhəmiyyətli məqsədlərin həyata keçirilməsi istiqamətində daim uçuş heyəti ilə konstruktiv dialoqu təmin edir.

Görüşün sonunda Cahangir Əsgərov aviatorlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

28 Sentyabr 2021, 13:20 (GMT +4)
Xarkovda anım günü ilə bağlı dəyirmi masa keçirilib

28 Sentyabr 2021, 13:12 (GMT +4)
Türkiyə millisində Ştefan Kuntzun köməkçiləri məlum olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66