Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » HADİSƏLƏR

DİN: Bərdədə azyaşlı qızı zorlamaqda şübhəl bilinən şəxs həbs edilib

02 Avqust 2021, 16:10 (GMT +4)

Bakı, 2 avqust, SalamNews. Daxili İşlər Nazirliyi Bərdədə azyaşlı qızın zorlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat xidmətindən SalamNews-a verilən məlumatda qeyd olunub ki, sosial şəbəkələrdə azyaşlı qızın zorlanması və bu işin polis əməkdaşları tərəfindən araşdırılmaması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "İyunun 12-də Bərdə şəhər Cumalar kənd sakini C. B. saat 19:54 radələrində Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək səhər saatlarında qızı 2006-cı il təvəllüdlü H.B-nın evdən çıxıb geri qayıtmadığını və itkin düşdüyü barədə məlumat verib. Dərhal məlumatla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb və məlum olub ki, itkin düşmüş şəxs səhər saatlarında Bərdə şəhər avtovağzalına gələrək oradan Bərdə-Bakı marşrutu ilə hərəkət edən avtomobillərdən birinə sərnişin qismində əyləşərək paytaxt istiqamətinə gedib".

DİN-in məlumatına görə, həmin şəxs Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılaraq iyunun 15-də ailəsinə təhvil verilib. Daha sonra 16 iyun tarixində C.B. yenidən Bərdə Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək qızı H.B-nın 2020-ci ilin avqust ayında həmkəndlisi olan bir nəfər şəxs tərəfindən zorlandığını bildirib. Dərhal bu şikayət üzrə də Polis Şöbəsində araşdırmalar aparılıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyi əsasında həqiqətən də bakirəliyin pozulması müəyyən edildiyindən faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini olan Y.B tutularaq istintaqa təqdim edilib. Onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdədə azyaşlı qızın qonşusu tərəfindən zorlanması barədə məlumatlar yayılıb. İddia olunub ki, qızın atası bununla bağlı polisə dəfələrlə müraciət edib, amma məsələ ilə bağlı araşdırma aparılmayıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

28 Sentyabr 2021, 13:20 (GMT +4)
Xarkovda anım günü ilə bağlı dəyirmi masa keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66