Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Altı ayda dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı açıqlanıb

02 Avqust 2021, 17:05 (GMT +4)

Bakı, 2 avqust, SalamNews. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tətbiq etdiyi yeniliklər, xidmətlərin müasirləşdirilməsi bu il daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub.

SalamNews-un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, 2021-ci ilin ilk yarısında 144 558 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 30,2% çoxdur. Bunun 33 129-u ilkin, 111 429-u isə təkrar qeydiyyatdır. Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınması, təkrar qeydiyyat isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.

Bu ilin yanvar-iyun ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 21 643-ü fərdi yaşayış və bağ evi, 44 576-sı mənzil, 71 904-ü torpaq sahəsi, 1 645-i qeyri-yaşayış binası, 4 411-i qeyri-yaşayış sahəsi, 363-ü əmlak kompleksi, 16-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

2021-ci ilin ilk 6 ayı ərzində 7 533 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16.6% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 28.3% artaraq 7 653, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 36,4% artaraq 2 260 olub.

Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin ilk 6 ayı ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 37.1% artaraq 14 110, mənzillər üzrə 59.5% artaraq 29 111, torpaq sahələri üzrə 35,8% artaraq 64 251, qeyri-yaşayış sahəsi üzrə 58,7% artımla 2 151 təşkil edib.

Ümumilikdə isə, ötən ilin ilk 6 ayı ilə müqayisədə 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 41,9% artaraq 78 508-dən 111 429-a yüksəlib.

Bu ilin yanvar-iyun ayları ərzində 113 976 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 189 318 arayış (Forma-1) verilib. 2020-ci ilin ilk 6 ayı ilə müqayisədə bu növ arayışların sayı 67,9% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 6 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,5% artaraq 23 224 olub.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC-də mətbuat konfransı keçirilib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66