Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

HİK çox yaxşı komanda oyunu sərgiləyir - Samir Abasov 

02 Avqust 2021, 23:15 (GMT +4)

Bakı, 2 avqust, SalamNews, R.Nadirli. Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan öncə təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

SalamNews xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirdi…

- Sabah çox maraqlı rəqibə qarşı oynayacağıq. HİK-in iştirak etdiyi çempionat davam edir. Tbilisi "Dinamo"su kimi, onların da fiziki durumu çox yaxşıdı. Ölkəsinin çempionudu və təhlükəli rəqibdi. Finlandiya futbolu irəli doğru addımlayır. Millilərinin AVRO-2020-dəki çıxışı bunu deməyə əsas verir. HİK-in bəzi üstünlükləri var. Bizdən, bəlkə də, daha hazırlıqlıdı. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdi. "Malmö"yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli futbol nümayiş etdirirlər. Bizim də əhvalımız pis deyil. "Olimpiakos"a uduzsaq da, motivasiyamız qaydasındadı. Bəzi məqamlar bizi üzdü. Ancaq əhvali-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdicə oyunlar çətinləşir.

- Sabah hücumda kim oynayacaq?

- Özünüz bilirsiz ki, aşağı-yuxarı iki hücumçumuz var: Harramiz Soareş və Mirabdulla Abbasov. Mirabdullanın səhhəti ilə bağlı problem oldu. Dünən məşqdə yox idi. Sabah baxacağıq ki, hansı vəziyyətdə olacaqlar. İkisindən biri oynayacaq.

 

- “Olimpiakos”la oyundan sonra çox gərgin görünürdüz. Həmin məğlubiyyətdən sonra komandanı psixoloji olaraq toparlamaq mümkün olubmu?
- Xoş hal idi ki, “Olimpiakos” kimi komandaya qarşı elə oynamışdıq. Matçdan əvvəl kimlərin nə gözlədiyini yada salaq. Məncə, meydanda bütün bunların əksini göstərdik. Hər iki matçda yaxşı futbol oynadıq. Bir qədər şansımız olsa, “Olimpiakos”u keçə bilərdik. Buna görə üzülürük. Uşaqların əziyyətinə heyfimiz gəldi. Bu, oyunun xoş hissəsidi. Məğlubiyyətə görə əhvali-ruhiyyə pis idi. Çünki belə bir rəqibə qalib gəlmək istəyirdik. Ancaq özümüz hər şeyi anlayıb dərk etməliyik. Həmin oyunun atmosferində qalsaq, bizə mənfi təsir edəcək. Bu gün əhvalımız yaxşıdı. Ancaq böyük vədlər vermək istəmirəm. Ola bilər ki, sabahkı rəqib hansısa məqamda daha üstün ola bilər. Ancaq bunları deyil, öz oyunumuzu göstərməyi düşünürük. “Olimpiakos”a qarşı göstərdiyimiz oyunu daha da yaxşılaşdıra bilsək, nəticə qazanarıq.

 

- Mərhələ adlasaz, “Fənərbağça”, məğlub olsaz, Konfrans Liqasında favorit olan “Makkabi” ilə üz-üzə gələcəksiz. Düşünmürsüz ki, ən yaxşısı elə HİK-ə qalib gəlməkdi...
- Püşk atanlar deyir ki, “Neftçi” irəli getməsin... Həddən artıq güclü rəqiblərdi. Gələcək rəqibləri düşünməmək üçün indi HİK barədə fikirləşməliyik. Ən arzuolunmaz rəqiblər bizə düşdü. Ancaq indidən bunu düşünmək ağılsızlıq olar. Fikrimiz HİK-lə matçlardadı.

 

- HİK-in ən zəif mövqeyi hansıdı?
- HİK-lə “Olimpiakos”u müqayisə etmişik. Əslində, onların indiki durumu bizim üçün daha təhlükəlidi. Eyni şeyi “Dinamo”ya qarşı yaşamışdıq. “Olimpiakos”da həddən artıq keyfiyyətli oyunçular var və bəzən boşıluq verə bilərlər ki, rəqib də oynasın. HİK-in son 6-7 matçına baxmışıq, çox yaxşı komanda oyunu sərgiləyirlər, boşluq vermirlər. Məşqçinin tapşırıqlarını möhtəşəm yerinə yetirirlər. Bu, bizim üçün çətinlik törədə biləcək məqamdı. Adətən bizə qarşı qapanan komandalara qarşı çətinlik çəkmişik. Sabah da belə bir şey düşünmək olar.

 

- Ötən matçın sonlarında gəncləri meydana buraxdız. Bu oyunda onları meydanda görə bilərikmi?
- Hər şey ola bilər. Ötən matçda sonradan meydana daxil olan gənclər bizi sevindirdilər. Kimlərsə razı qalmaya bilər, amma rəqibdən çəkinməmələri bizim üçün xoş oldu. Çempionatda da aşağı-yuxarı onlar oynayacaq. Sabah matçın gedişinə uyğun qərarlar verəcəyik.

 

- Məşqiniz “Bakcell Arena”da deyil. Bu, ot örtüyünü qorumaq üçündü?
- Bəli. HİK də burda məşq edəcək. Ot örtüyünü həddən artıq yükləmək istəmirik.

 

- Yeni transferlər gözlənilirmi?
- Transferlər barədə heç nə deyə bilmərəm.

 

- Harramiz əsasən müdafiənin sağında oynayır. O, hücumda çıxış etsə, sağda Ömər Buludov oynayacaq?
- Ömər də oynaya bilər, Fəhmin də. İsmayıl variantı da mövcuddu. Bugünkü məşqdən sonra qərar verəcəyik. Mirabdullanın durumuna da baxmalıyıq. Ola bilər ki, o, irəlidə oynasın, Harramiz də cinahda. Ümid edək ki, bugünkü məşqdən sonra problem yaşamayaq. Heyətlə bağlı onsuz da kasadlıq var. Bununla bağlı əhvali-ruhiyyənin bir qədər də korlanmasını istəmirik.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

28 Sentyabr 2021, 13:50 (GMT +4)
Bakı-Sumqayıt qatarı həftəsonları da işləyəcək

28 Sentyabr 2021, 13:48 (GMT +4)
Gənclər və idman naziri Atıcılıq Federasiyasının fəaliyyəti ilə tanış olub

28 Sentyabr 2021, 13:38 (GMT +4)
Bakıda daha bir marşrut xəttində gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək

28 Sentyabr 2021, 13:28 (GMT +4)
Makron ÜST ölkələrini xəstəliklər barədə məlumatı gizlətməməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66