Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

03 Avqust 2021, 14:09 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

SalamNews xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Məlumat verilib ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bildirilib ki, hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Dövlət başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verilib. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2021, 18:38 (GMT +4)
“Barselona”nın baş məşqçisi cəzalandırılıb

25 Sentyabr 2021, 17:02 (GMT +4)
Xaçmazda Anım Günü ərəfəsində şəhid məzarları ziyarət olunub (FOTO)

25 Sentyabr 2021, 16:55 (GMT +4)
Avropa "Vaqner" muzdlularının Maliyə göndərilməsini qəbuledilməz hesab edir

25 Sentyabr 2021, 16:50 (GMT +4)
Azərbaycan və Qırğızıstan XİN başçıları arasında görüş olub

25 Sentyabr 2021, 16:47 (GMT +4)
ABŞ Əfqanıstanda hava zərbələri üçün Talibandan icazə almayacağını bildirib

25 Sentyabr 2021, 16:44 (GMT +4)
Hacıqabulda narkotik alverçisi saxlanılıb

25 Sentyabr 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada 2 404 nəfər COVID-19-dan sağalıb, 1 099 nəfər yoluxub

25 Sentyabr 2021, 16:31 (GMT +4)
Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etmək planlarını böyük səhv adlandırıb

25 Sentyabr 2021, 16:28 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

25 Sentyabr 2021, 16:18 (GMT +4)
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

25 Sentyabr 2021, 16:06 (GMT +4)
Binəqədidə 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçiriib (FOTO)

25 Sentyabr 2021, 15:56 (GMT +4)
Yunanıstan yaşıl iqtisadiyyata keçid üçün vəsait ayıracaq

25 Sentyabr 2021, 15:53 (GMT +4)
Rusiya hərbi təyyarələri İdlib və Hələbdə qruplaşmalara hava zərbələri endirib

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66