Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Rayonlarda DOST Mərkəzlərinin filalları yaradılacaq

03 Avqust 2021, 15:02 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. "Hazırda 5 DOST Mərkəzi vasitəsilə Bakı əhalisinin 80%-i və Abşeron rayon əhalisi tam olaraq DOST konsepsiyası üzrə xidmətlərlə (11 istiqamət üzrə 152 xidmət) əhatə olunur. Növbəti mərhələdə geniş spektrdə DOST mərkəzləri şəbəkəsinin qurulması təmin olunacaq. 2023-cü ilin sonuna qədər daha 8 mərkəzin açılması, yəni DOST mərkəzlərinin sayının 13-ə çatdırılması nəzərdə tutulub".

SalamNews xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaradılacaq DOST mərkəzlərinin filiallarının qurulmasına dair layihələrin təqdimatı tədbirində bildirib.

Nazir ümumilikdə 2025-ci ilədək 17 DOST Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında DOST Mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti quraşdırma işlərinin aparıldığını qeyd edib. Bildirib ki, regional DOST Mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları, beləliklə, 17 DOST Mərkəzi üzrə onların 47 filialı da yaradılacaq.

S.Babayev eyni zamanda, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərimizdə DOST Mərkəzləri və filiallarının qurulacağını deyib. O, vurğulayıb ki, əsas hədəflərdən biri də şəbəkə genişləndikcə keyfiyyətin də artırılması, xidmətlərin dairəsinin də genişləndirilməsidir. Bu sahədə aparılan işlərin nəticəsi kimi, son iki ildə DOST xidmətlərinin sayı 30 faizə yaxın artıb.

Bu il Virtual DOST aplikasiyasının da istifadəyə veriləcəyini deyən nazir nəticədə internet bağlantısı olan istənilən yerdən hər kəsə DOST xidmətlərindən faydalanmaq imkanı yaradılacağını bildirib. Ümumilikdə, DOST mərkəzləri ilə bağlı planların geniş olduğunu qeyd edən nazir DOST mexanizmi çərçivəsində əmək münasibətləri üzrə mediasiya xidmətlərinin göstərilməsinin, sosial-psixoloji dəstək xidmətlərinin (həm Çağrı mərkəzi vasitəsilə, həm əyani şəkildə) dairəsinin genişləndirilməsinin də nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki, Sabirabad rayonlarında açılacaq DOST Mərkəzlərinin və ətraf rayonlarda filiallarının yaradılması layihələrinə dair təqdimat olub, müzakirələr aparılıb.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Sentyabr 2021, 18:38 (GMT +4)
“Barselona”nın baş məşqçisi cəzalandırılıb

25 Sentyabr 2021, 17:02 (GMT +4)
Xaçmazda Anım Günü ərəfəsində şəhid məzarları ziyarət olunub (FOTO)

25 Sentyabr 2021, 16:55 (GMT +4)
Avropa "Vaqner" muzdlularının Maliyə göndərilməsini qəbuledilməz hesab edir

25 Sentyabr 2021, 16:50 (GMT +4)
Azərbaycan və Qırğızıstan XİN başçıları arasında görüş olub

25 Sentyabr 2021, 16:47 (GMT +4)
ABŞ Əfqanıstanda hava zərbələri üçün Talibandan icazə almayacağını bildirib

25 Sentyabr 2021, 16:44 (GMT +4)
Hacıqabulda narkotik alverçisi saxlanılıb

25 Sentyabr 2021, 16:39 (GMT +4)
Azərbaycanda son sutkada 2 404 nəfər COVID-19-dan sağalıb, 1 099 nəfər yoluxub

25 Sentyabr 2021, 16:31 (GMT +4)
Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etmək planlarını böyük səhv adlandırıb

25 Sentyabr 2021, 16:28 (GMT +4)
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

25 Sentyabr 2021, 16:18 (GMT +4)
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

25 Sentyabr 2021, 16:06 (GMT +4)
Binəqədidə 27- sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçiriib (FOTO)

25 Sentyabr 2021, 15:56 (GMT +4)
Yunanıstan yaşıl iqtisadiyyata keçid üçün vəsait ayıracaq

25 Sentyabr 2021, 15:53 (GMT +4)
Rusiya hərbi təyyarələri İdlib və Hələbdə qruplaşmalara hava zərbələri endirib

25 Sentyabr 2021, 15:46 (GMT +4)
Naxçıvanda Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi davam edir (VİDEO)

25 Sentyabr 2021, 15:34 (GMT +4)
İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının ekspertləri Gəncəyə səfər ediblər 

25 Sentyabr 2021, 15:25 (GMT +4)
Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü prosesi keçirilib

25 Sentyabr 2021, 15:13 (GMT +4)
BMT Baş Assambleyasında Taliban hökumətinin deyil sabiq hökumətin nümayəndəsi danışacaq

25 Sentyabr 2021, 15:12 (GMT +4)
Sudanda etirazçılar hava limanını ələ keçirib

25 Sentyabr 2021, 14:57 (GMT +4)
İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul edib

25 Sentyabr 2021, 14:48 (GMT +4)
"Yeni Klinika": Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur

25 Sentyabr 2021, 14:36 (GMT +4)
Rusiyada son sutkada COVID-19-dan 822 nəfər ölüb

25 Sentyabr 2021, 14:27 (GMT +4)
Somali paytaxtında minalanmış maşın partladılıb, ölənlər var

25 Sentyabr 2021, 14:20 (GMT +4)
Azərbaycanda hazırda 56 min insan ödənişli ictimai işlərdə çalışır

25 Sentyabr 2021, 14:06 (GMT +4)
Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

25 Sentyabr 2021, 13:56 (GMT +4)
Bakıda təmir etdiyi evdən oğurluq edən şəxs saxlanılıb - VİDEO

25 Sentyabr 2021, 13:46 (GMT +4)
Konqresdə Əfqanıstanla bağlı Baydenin impiçment məsələsi gündəmə gətirilib

25 Sentyabr 2021, 13:39 (GMT +4)
Azərbaycanlı kikboksçu Aqşin Yusifzadə vəfat edib

25 Sentyabr 2021, 13:28 (GMT +4)
Şəki sakini qohumunun evindən 10 min manatlıq oğurluq edib

25 Sentyabr 2021, 13:18 (GMT +4)
Azərbaycanlı zəvvarlar Kərbəla yolunda Qarabağ şəhidlərinin fotoları ilə Ərbəin yürüşünü davam etdirirlər (VİDEO)

25 Sentyabr 2021, 13:13 (GMT +4)
"Kəpəz"in hücumçusu: Qələbədən başqa heç nə haqda düşünmürük

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66