Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İDMAN

Samir Abasov: Transferlər yüz faiz olacaq

04 Avqust 2021, 00:33 (GMT +4)

Bakı, 4 avqust, SalamNews, R.Nadirli. Avropa Liqasının III təsnifat mərhələsinin “Neftçi” – HİK oyunundan (2:2) sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

SalamNews xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

- Yaxşı və maraqlı oyun keçdi. Hesab nə olur olsun, iki tərəfli oyundu. Mərhələ keçmək üçün bacardıqlarımızı etməliyik. Artıq səfər qolu da ləğv edilib. Rəqib hesab baxımından bizdən üstün deyil. Səfərdə hər şeyə 0-dan başlayacağıq. Xarakterimizi ortaya qoyub, cavab matçına ciddi çalışacağıq. Cavab matçından yaxşı nəticə ilə qayıtmalıyıq. Ümumi yaxşı oyun alındı, ancaq bəzi problemlərimiz yaşandı. Aqil zədələndi, gənc qapıçımız Kamran İbrahimov da meydana çıxdı və qapıda inamlı durdu. Düşünürəm ki, hər şey ikinci oyuna qalıb. Yaxşı və fərqli komandaya qarşı oynayacağıq.

- Aqil Məmmədovun durumu nə yerdədi?
- Onun səhhətində belə problemlər var. İlk dəfə deyil. Mirabdulla Abbasov və Yusuf Lavalın da səhhətində problem var idi. Aqil “Olimpiakos”la oyundan sonra bir neçə gün qızdırmalı oldu, məşq etmədi. Bu gün durumu haqda nəsə demək çətindi. Ümid edirik ki, yaxşı olacaq.

- Emin Mahmudov 70 dəqiqə ortada tək oynadı və sonlarda artıq yeriməyə çətinlik çəkirdi...
- Bəzi dəyişikliklər məcburiyyətdən doğur. Məşqdə gördüklərimiz əsasında belə dəyişikliklər edirik. Öz mövqeyinin oyunçuları tam hazır olmadığından məcburiyyətdən belə addımlar atırıq. Mamadu Kane bəzi çempionat oyunlarında da müdafiənin sağında oynayırdı. Ona görə mərkəzdə Eminə çox yük düşürdü. Buqrin hücuma meyl edirdi. Xəyal da bəzi epizodlarda çətinlik çəkirdi. Emin çox qaçan oyunçudu. Bütün komandaya təşəkkür düşür. Bu günə görə çox iş gördülər.

- Razı və narazı qaldığınız məqamlar hansılar oldu?
- Bütün oyundan razı qaldım. Narazı qaldığım heç nə yox idi. Hər şey yaxşı oldu.

- Hesabda geri düşdüksən sonra komanda pressinq etməyə başladı və göstərdi ki, komanda bunu bacarır. Bərabərlikdən sonra komanda yenə geri çəkildi...
- Sonlara doğru bəzi oyunçularda yorğunluq özünü büruzə verməyə başladı. Geri qayıtmaqda çətinliyimiz olduğundan belə oynamalı idik. Rəqibin ortada yaxşı ötürmələr edən futbolçuları var idi. Buna görə geri çəkilməyə məcbur olduq.

- Sosial şəbəkələrdə Xəyal Nəcəfovu qınayanlar var...
- Sosial şəbəkələrdə belə şeylər olur. Futbolçunu, məşqçini qınayırlar. Hər şeyə reaksiya versək, düzgün olmaz. Hərənin bir fikri var. Kimin oynaması baş məşqçinin səlahiyyətindədi. Xəyala inanırıq. İnşallah, çox iş görəcək. Çempionatı da düşünməliyik. Xəyaldan əlavə məni də qənayanlar çoxdu. Bu, normaldı.

- Oyunun sxemi ilə meydanda görünən fərqli idi. Bu, rəqibi çaşdırmaq üçün idi.
Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev: Sxemi biz hazırlamırıq. UEFA-dan gələn bir şeydi.

- Səfər oyunu süni örtüklü meydançada keçiriləcək...
- Çətin olacaq. Süni prtükdə məşq edib, oynayan komandalar özlərini orda daha ayxşı hiss edir. Biz çempionatda da bu problemləri yaşayırıq. Məsələn, “Səbail” süni örtüyə öyrəşib, özünü yaxşı hiss edir, bizim üçün də çətin olur. Çalışacağıq ki, səfərə 2 gün əvvəldən gedib müəyyən qədər uyğunlaşaq.

- Bəlkə, həmin oyuna qədər hazırlığı elə “Səbail”in meydanında keçəsiz?
- Təcrübəmizdən görmüşük ki, bu, yaxşı addım deyil. Zədə almaq təhlükəsi var. O qədər oyunçumuz yoxdu ki, bu riskə girək. Bu, təhlükəli olacaq və belə etməyəcəyik.

- Rəqib baş məşqçi “Neftçi”nin gözlədiyi kimi oynadığını söylədi. Səfərdə rəqibi necə təəccübləndirməyi düşünürsüz?
- Əlimizdə olan futbolçulara görə seçim edirik. Bizi analiz etmək çox asandı. Öz xarakterimizi ortaya qoymalıyıq. Bəzi boşluqlar verdik, bunları aradan qaldıra-qaldıra öz oyunumuzu tapmalıyıq. Oyunumuzu tutmuşuqmu? Yalan deyərəm. Durumumuz pik həddə deyil. Mənim üçün önəmli olan futbolçuların meydanda xarakter göstərməsidi.

- Harramiz hücumda “dişsiz” görünürdü. Onun oyunundan razısız?
- Tam razıyam. Bütün oyunçularımdan razıyam. Məsələ qol vurmamaqdısa, onu da edəcək. Buna ümid edirik.

- Namiq Ələsgərovun son durumu necədi?
- Türkiyəyə gedib. Üzü üçün maska düzəldilməlidi. Qayıtdıqdan sonra yavaş-yavaş məşqlərə başlayacaq.

- Sezar Meza Kolli və Mamadu Mbodj məcburiyyətdən oynayır, ya layiq olduqları üçün?
- Layiqli futbolçulardı.

- Transferlər yoxdu. Bu, nədən qaynaqlanır?
- Buna aydınlıq gələcək. Transfer işləri davam edir. Axtarışdayıq.istədiyimiz oyunçular olub, konkret hücum üçün 3-4 futbolçu olub. Gəlmək istəmirlər. Masa arxasına oturmaq istəmirlər. Bu, tək “Neftçi”dən yox, ümumi durumdan qaynaqlanır. Bir neçə oyunçu olub ki, fikirləşmişik, gələn həftə burda olacaqlar. Bəziləri ilə özüm şəxsən danışmışam. Ancaq axırda gəlib çıxmırlar. Əlimizdə olan imkanlara görə addım atmaq məcburiyyətindəyik. Yüz faiz transferlər olacaq. İnanırıq ki, tezliklə.

SalamNews





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

28 Sentyabr 2021, 17:31 (GMT +4)
Kərbəlaya Ərbəin ziyarətinə gedən zəvvarların sayı açıqlanıb

28 Sentyabr 2021, 17:25 (GMT +4)
Gürcüstan Baş naziri: Saakaşvili torpağımıza ayaq basan kimi həbs olunacaq

28 Sentyabr 2021, 17:23 (GMT +4)
Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

28 Sentyabr 2021, 17:15 (GMT +4)
MN: Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması xəbəri yalandır

28 Sentyabr 2021, 17:02 (GMT +4)
"Azərişıq" ASC Şamaxıya media-tur təşkil edib (FOTO)

28 Sentyabr 2021, 16:56 (GMT +4)
20-dən çox binada liftlərin ehtiyat hissələrini oğurlayan 4 nəfər saxlanılıb

28 Sentyabr 2021, 16:44 (GMT +4)
Suriyanın şimalında Türkiyə hərbi qüvvələrinin olduğu şəhərdə silsilə partlayışlar törədilib, ölənlər var

28 Sentyabr 2021, 16:43 (GMT +4)
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

28 Sentyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2 114 nəfər COVID-19-dan sağalıb, 885 nəfər yoluxub

28 Sentyabr 2021, 16:30 (GMT +4)
Goranboyda xurma ağaclarında zərərvericilər aşkarlanıb

28 Sentyabr 2021, 16:21 (GMT +4)
UEFA üç kluba qarşı sanksiyaları ləğv edib

28 Sentyabr 2021, 16:18 (GMT +4)
Lavrov: Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir

28 Sentyabr 2021, 16:15 (GMT +4)
MM sədri TÜRKPA-nın plenar iclasında Zəngəzur dəhlizinin strateji əhəmiyyətindən danışıb

28 Sentyabr 2021, 16:04 (GMT +4)
Prezident İlham Əliyev “France 24” televiziyasına müsahibə verib

28 Sentyabr 2021, 15:58 (GMT +4)
Azərbaycanlı hakimlər Avropa çempionatının seçmə oyunlarına təyinat alıblar

28 Sentyabr 2021, 15:53 (GMT +4)
Vilyam Hacıyevdə pnevmaniya aşkar edilib, məhkəmə təxirə salınıb

28 Sentyabr 2021, 15:42 (GMT +4)
İordaniya Suriyaya hava reyslərini bərpa edir

28 Sentyabr 2021, 15:36 (GMT +4)
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı maksimal həddə çatıb

28 Sentyabr 2021, 15:27 (GMT +4)
Milli Paralimpiya Komitəsinin prezidenti seçilib

28 Sentyabr 2021, 15:25 (GMT +4)
Yol polisi yaranan tıxac və sıxlıqlarla bağlı sürücülərə müraciət edib

28 Sentyabr 2021, 15:13 (GMT +4)
ANAMA sədri Agentliyin müharibə iştirakçısı olan əməkdaşları ilə görüşüb 

28 Sentyabr 2021, 15:03 (GMT +4)
Ərdoğan: Türkiyə Paris İqlim Sazişini təsdiqləməyə hazırdır

28 Sentyabr 2021, 15:00 (GMT +4)
Futbol üzrə milli komandamızın baş məşqçisi hakimlərlə görüşüb

28 Sentyabr 2021, 14:58 (GMT +4)
İran XİN prezident İlham Əliyevin son açıqlamalarına münasibət bildirib

28 Sentyabr 2021, 14:45 (GMT +4)
Prezident Bakıda yolların yenidən qurulmasına 6,4 milyon manat ayırıb

28 Sentyabr 2021, 14:34 (GMT +4)
Xəzər rayonunda 4 küçədə təmir işləri yekunlaşıb

28 Sentyabr 2021, 14:30 (GMT +4)
"Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

28 Sentyabr 2021, 14:22 (GMT +4)
PKK-nın Ermənistan üzrə təmsilçisi MKİ əməliyyatı zamanı məhv edilib

28 Sentyabr 2021, 14:15 (GMT +4)
Qarabağ qazisi işlə təmin olunub

28 Sentyabr 2021, 14:02 (GMT +4)
Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66