Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA pepino mozaik virusunun yayılma yollarını açıqlayıb

06 Avqust 2021, 11:50 (GMT +4)

Bakı, 6 avqust, SalamNews. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pepino mozaik virusunun yayılma yollarını açıqlayıb.

SalamNews AQTA-nın məlumatını təqdim edir:

"Pepino mozaik virusu ilk dəfə 1980-ci ildə Peruda pepino bitkisində qeydə alınıb. 1999-cu ildə Hollandiyada və İngiltərədə pomidor istixanasında rast gəlinən virus 1999-2010-cu illər arasında Avropa, Şimali və Cənubi Amerikanın pomidor becərilən bölgələrində yayılaraq, pomidor istehsalında kifayət qədər məhsul itkisinə səbəb olub. Virusun Mərakeş, Cənubi Afrika, Misir, Çin, İsrail, Suriya, Türkiyə, Avstriya, Belçika, Bolqarıstan, Kipr, Danimarka, Norveç, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İtaliya, Litva, Hollandiya, Polşa, Serbiya, İspaniya, İsveçrə, İsveç, Slovakya, Ukrayna, Kanada, Meksika, ABŞ, Ekvador, Peru, Çili və Böyük Britaniyada yayıldığı məlumdur. Virus Misir, Braziliya və Gürcüstanda A1 siyahısına salınıb. 2012-ci ildən EPPO-da, 2016-cı ildən isə Türkiyədə A2 siyahısına daxil edilib

Pepino mozaik virusu 508 nm uzunluğunda olub çöpşəkilli quruluşdadır. Genomu təxminən 6,4 kb uzunluğunda ssRNT molekulundan ibarətdir. İndiyə qədər virusun 5 ana genotipi müəyyən edilib. Yoluxmuş bitkilərin yarpaqları, kökləri və meyvələri yüksək konsentrasiyada virus daşıya bilər. PepMV olduqca stabil bir virusdur və fərqli şəraitdə uzun müddət yoluxma qabiliyyətini qoruyub saxlaya bilir. Otaq temperaturunda nisbətən stabil qalır, sirayətlənmiş səthlərdə və bitki qalıqlarında həftələrlə virulentliyini saxlayır. Quru bitki materialında 3 ay qala bilir. Köklərdən çıxan virus hissəciklərinin torpağa və ya drenaj suyuna qarışması ehtimalı yüksəkdir. Virus geyimdə ən azı 14 gün yoluxuculuq qabiliyyətini saxlayır.

Pepino mozaik virusu badımcançiçəklilər fəsiləsinə aid olan bitkiləri sirayətləndirir. Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir. Badımcançiçəklilər, Pəncərçiçəklilər, Göyzəbankimilər, Tərəçiçəklilər, Sarmaşıqkimilər, Mürəkkəbçiçəklilər, Əməköməcikimilər, Bağayarpağıkimilər və Taxıllar fəsiləsinə mənsub olan bir sıra alaq otları da pepino mozaik virusunun sahib bitkiləri siyahısındadır.

Təbii şəraitdə bitki şirəsində 1 həftə, şirə 20°C-də saxlanıldıqda 3 ay, infeksiyalı bitkinin kök hissəciklərində 4 həftə, nəm şəkildə 10°C-də saxlanıldıqda 3 ay, silikogeldə qurudulmuş yarpaqlarda 6 ay, yarpaqlar 20°C-də saxlanıldıqda 2 il, şüşə səthdə 15°C-də 3 həftə və 25°C-də isə 4 gün yoluxma qabiliyyətini itirmir. Lakin virus 70°C-də inaktiv hala gəlir və yoluxma qabiliyyətini itirir.

Virusun ölkələr arasında yayılmasında toxum ticarəti mühüm rol oynayır. Tədqiqatlar göstərir ki, pepino mozaik virusu sirayətlənmiş toxumlarla yayılır. Lakin şitil və meyvələrlə də yayılması istisna edilmir. Həmçinin idxal prosesi zamanı sirayətlənmiş qablaşdırma materialları və təmas yolu ilə də yayıla bilir.

Sirayətlənmiş bitkidən sağlam bitkiyə mexaniki və təmas yolu ilə yayıldığından şitil təsərrüfatında əhəmiyyətli itkilərə səbəb olur. Simptomlar hər zaman aydın nəzərə çarpmadığından, virusun tez və gizli şəkildə yayılma təhlükəsi var. Virusun bitkilərin meyvələrində yaratdığı simptomlar səbəbindən məhsul istehlak dəyərini itirir. Ona görə də bu cür məhsullar məhv edilərək həmin təsərrüfatlarda bitki sağlamlığı ilə bağlı zəruri tədbirlər həyata keçirilməli, dezinfeksiya işləri aparılmalı və mütəxəssisin nəzarəti altında mərhələli olaraq sağlamlaşdırma tədbirləri davam etdirilməlidir".





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2021, 17:59 (GMT +4)
Azərbaycan və Türkiyə liderləri Zəngilanda ağac əkiblər

26 Oktyabr 2021, 17:46 (GMT +4)
Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

26 Oktyabr 2021, 17:34 (GMT +4)
MN: Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib

26 Oktyabr 2021, 17:23 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

26 Oktyabr 2021, 17:16 (GMT +4)
Xüsusi məktəblərə işə qəbulla bağlı müsahibə mərhələsi başa çatıb

26 Oktyabr 2021, 17:06 (GMT +4)
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti pandemiya dövründəki səhvlərdən dərs çıxarmağa  çağırıb

26 Oktyabr 2021, 16:53 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar

26 Oktyabr 2021, 16:42 (GMT +4)
Pirallahıda narkotik satan şəxslər saxlanılıb (VİDEO)

26 Oktyabr 2021, 16:33 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

26 Oktyabr 2021, 16:30 (GMT +4)
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir

26 Oktyabr 2021, 16:20 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyəti gərgin adlandırıb

26 Oktyabr 2021, 16:16 (GMT +4)
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

26 Oktyabr 2021, 16:04 (GMT +4)
İlham Əliyev və Ərdoğan Şuşaya çəkilən yolun tikintisi ilə tanış olublar

26 Oktyabr 2021, 15:54 (GMT +4)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

26 Oktyabr 2021, 15:45 (GMT +4)
Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

26 Oktyabr 2021, 15:35 (GMT +4)
Peskov regionlarda məhdudiyyətlərin ilin sonuna qədər uzadılması ehtimalını şərh edib

26 Oktyabr 2021, 15:29 (GMT +4)
İranda yanacaq doldurma məntəqələrinin sisteminə kiber hücum olub

26 Oktyabr 2021, 15:18 (GMT +4)
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar 

26 Oktyabr 2021, 15:08 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

26 Oktyabr 2021, 14:52 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

26 Oktyabr 2021, 14:50 (GMT +4)
Gürcüstanda COVID-19-dan 9 uşaq ölüb

26 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

26 Oktyabr 2021, 14:34 (GMT +4)
Pakistan da daxil olmaqla dörd ölkənin XİN rəhbərləri İrana gedirlər

26 Oktyabr 2021, 14:25 (GMT +4)
Gənclər və idman naziri taekvondo üzrə milli komanda üzvləri ilə görüşüb

26 Oktyabr 2021, 14:23 (GMT +4)
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni anti-rekord qeydə alınıb

26 Oktyabr 2021, 14:13 (GMT +4)
Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrılıb

26 Oktyabr 2021, 14:10 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

26 Oktyabr 2021, 13:58 (GMT +4)
Bayden: Bu il qlobal istiləşmənin ABŞ-a vurduğu ziyan 100 milyard dollara çatıb

26 Oktyabr 2021, 13:48 (GMT +4)
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edilib

26 Oktyabr 2021, 13:47 (GMT +4)
Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu olub - (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66