Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA kartofun qonur çürüməsi xəstəliyinə qarşı mübarizə üsullarını açıqlayıb

09 Avqust 2021, 17:46 (GMT +4)

Bakı, 9 avqust, SalamNews. Kartofun qonur çürüməsi xəstəliyi tropik, subtropik və mülayim iqlim qurşaqlarının hakim olduğu bölgələrdə geniş yayılıb. Xüsusilə 1980-1990-cı illərdə Şimali Avropada kartof bitkisinin istehsalını artırmaq üçün suvarmanın normadan artıq tətbiqi xəstəliyin suvarma yolu ilə daha çox yayılmasına səbəb olub.

AQTA-dan SalamNews-a verilən məlumata görə, kartofun qonur çürüməsi 200-dən çox bitki növünü yoluxdura bilir. Lakin dünyada iqtisadi əhəmiyyət kəsb edən əsas sahib bitkilər kartof, pomidor, banan, tütündür. Eyni zamanda xəstəliyin rast gəlindiyi bitkilərə badımcan, bibər, pambıq, araxis, gənəgərçək, zəncəfil və s. misal göstərmək olar. Bir çox alaq otları, məsələn, acıtəhər quşüzümü kimi bitkilər xəstəliyə yoluxa bilən bitki olmaqla, patogenin yayılma potensialını artırır.

Xəstəliyin erkən mərhələsi özünü gündüz vaxtı yüksək temperatur şəraitində zoğun yuxarı hissəsindəki yarpaqların solması və gecələr turqorun bərpa olması ilə büruzə verir. Bəzən yalnız bir zoğ solur, lakin çox vaxt solma prosesi bütün bitkini əhatə edir və bu proses o qədər sürətlə gedir ki, bəzi zədələnmiş zoğlar ilkin rəngini qoruyub saxlayır və yalnız sonradan qonur rəng alırlar. Xəstəlik inkişaf etdikcə torpaq səthindən təqribən 2,5 sm hündürlükdə gövdə qonurlaşır, yarpaqlar tunc rəngi alır. Bitkinin gövdəsi üzərində və yarpaqların damarcıqlarında uzunsov zolaqlar görünür. Rəngi solmuş bitkinin gövdəsinin en kəsiyində borulu toxuma qonurlaşa, kəsiyin səthindən isə qonur südəbənzər maye çıxa, ya da saplağı sıxarkən asanlıqla axa bilər.

Yüksək temperatur və rütubətlilik xəstəliyin daha da inkişafına səbəb olur. Bakteriyalar suvarma suyu, yoluxmuş şitillər, istifadə edilən avadanlıq və maşınlardakı qalıqlar vasitəsilə yayılır. Xəstəliyin törədicisi gövdədəki və köklərdəki zədələnmiş hissələrdən də, eləcə də stolonlardan bitkiyə daxil olaraq sirayətləndirir. Bunun üçün bitkilərin zədələnməsinin qarşısı alınmalıdır.

Patogenin çoxu təbii yolla olduqca məhdud şəkildə və zəif sürətlə yayılır. Bakteriya ilə yoluxmuş acıtəhər quşüzümü (Solanum dulcamara) qrunt sularda asanlıqla xəstəliyin yayılmasına səbəb olur. Beynəlxalq ticarətdə sirayətlənmiş kartof yumrularının və digər vegetativ çoxaltma üçün istifadə olunan əkin materiallarının daşınması əsas yayılma yolu hesab edilir. Patogenlə sirayətlənmiş belə sularla sulama aparılarkən bakteriya bitkilərə yayılır.

Kartofun qonur çürüməsi yayıldığı ölkələrdə əsaslı məhsul itkisinə səbəb olur. Ən böyük iqtisadi zərər Cənub-Şərqi Amerika, İndoneziya, Braziliya, Kolumbiya və Cənubi Afrikada kartof və pomidor bitkisində olub. Hətta bəzi illərdə məhsulun tamamilə məhv olmasına səbəb olub. Yunanıstanda 1951-1953-cü illərdə kartof əkinlərində ciddi məhsul itkisi baş verib. Venesuelada 1992-1996-cı illərdə xəstəlik səbəbli məhsul itkisi 22%-dən 37%-ə yüksəlib. Xəstəliyin sirayətlənməsi isə 5-75% arasında dəyişib.

Xəstəliyin idarə edilməsi olduqca çətindir. Ona görə zəruri fitosanitar, aqrotexniki və kimyəvi tədbirlərə ciddi şəkildə əməl etmək lazımdır. Xəstəliyin müşahidə edildiyi sahədə torpaqdakı inolkulyumu yox etmək üçün 5-7 il müddətində növbəli əkinə riayət edilməlidir. Kartofun qarğıdalı və ya lobya ilə rotasiya edilməsi daha məqsədəuyğundur. Suvarma kanallarının ətrafında quşüzümü kimi alaq otları və öz-özünə yetişən kartoflar çıxarılaraq sahədən uzaqlaşdırılmalı, əkin zamanı yalnız sertifikatlı, xəstəliyə qarşı davamlı sortlardan və sağlam yumrulardan istifadə edilməlidir. Kəsilmiş yumrulardan istifadə etmək olmaz. Kəsilmiş yumruların toxumluq kimi istifadə edilməsi xəstəliyi 2,5 dəfə artırmaqla 40% məhsul itkisinə səbəb olur. Eyni zamanda bitki köklərində yara əmələ gətirən nematodlarla patogen arasında sinergizm mövcud olduğu üçün nematodlara qarşı kimyəvi mübarizə aparılmalıdır.

Qeyd edək ki, xəstəliyə qarşı təsirli kimyəvi mübarizə metodu yoxdur. Torpağa tətbiq edilən fumiqantların da təsiri çox aşağıdır və ya yoxdur. Bioloji mübarizədə antoqonist bakteriyalar olan Bacillus polymyxa və Pseudomonas fluorescenses ilə aparılan laborator təcrübələrdə isə müsbət nəticələr əldə edilib.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 Oktyabr 2021, 08:42 (GMT +4)
Sudanda son iki ayda ikinci dəfə çevrilişə cəhd olub

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66