Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA dünyada yayılan pomidor virusu ilə mübarizə üsullarını açıqlayıb

16 Avqust 2021, 11:00 (GMT +4)

Bakı, 16 avqust, SalamNews. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.

AQTA-dan SalamNews-a verilən məlumata görə, hazırda dünyanın müxtəlif ölkələrində pomidor meyvələrinin qonur qırışılıq virusu yayılmaqdadır. Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, paltarları və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu əkin və səpin materialı kimi idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna yoluxmadan sonra onunla mübarizədə kimyəvi maddələrin təsirsiz olduğunu nəzərə alsaq, virusun iqtisadi zərərlərinin böyük olduğunu qeyd edə bilərik. Bundan başqa, hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.

Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətini göstərməyən virusla yoluxmuş toxumların olmasını nəzərə alaraq, bütün pomidor və bibər toxumları idxal zamanı ToBRFV görə laboratoriyada molekulyar səviyyədə yoxlanılır.

Virusun yayılmasının qarşısının alınması üçün aşağıdakı profilaktik tədbirlərin görülməsi zəruridir:

- yalnız virusoloji müayinədən keçmiş sağlam toxum və şitil materialları başlanğıc materialı kimi istifadə olunmalı və Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı müayinəyə dair aktların müfəttişlərə təqdim olunması təmin edilməlidir;

- xəstəlik əlamətləri aşkarlanan bitki və bitkilər təcrid edilməli və yoluxmuş bitki və ya bitkilərin tapıldığı sıra və ya sıralar işarələnməlidir;

- sıra boyunca gəzərkən heç bir bitkiyə toxunmamağa diqqət edilməli, kombinezon, əlcək və çəkmə ilə uyğun şəkildə sıraya daxil olunmalıdır;

- simptomları göstərən bitkilərin hər iki tərəfindən təxminən 3-6 bitki (Avropada ən azı 20 bitki tövsiyə olunur) çıxarılmalı və diqqətlə xüsusi kisələrə yerləşdirilməlidir;

- istehsal sahələrindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və simptomları göstərən bitkilərin üzərinə böyük plastik torbalar qoyularaq sağlam bitkilərə toxunmadan diqqətlə istixanadan çıxarılmalı, yandırılaraq məhv edilməlidir;

- tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq, yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir;

- istehsalat sahəsində çalışan işçilər təmiz paltar və əlcəklərdən istifadə etməlidirlər;

- hər bir istixana üçün ayrıca iş geyimlərindən istifadə edilməlidir;

- hər gün təmiz paltar geyinilməli, əllər sabunlu su ilə yuyulmalı, bütün istixana girişlərində dezinfeksiya məhlullarına hopdurulmuş ayaqaltılar qoyulmalıdır;

- virusun yayılmasını minimuma endirmək üçün birdəfəlik geyim və ayaqqabı örtüklərindən istifadə edilməlidir;

- avadanlıq və alətlər təmizlənməli və dezinfeksiya edilməlidir;

- çiləyicilər və əl alətləri (məsələn, budama bıçaqları) kimi bütün avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir;

- budama zamanı istifadə olunan alətlər hər sırada ayrı-ayrılıqda dezinfeksiya edilməlidir;

- məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır;

- işçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Oktyabr 2021, 17:59 (GMT +4)
Azərbaycan və Türkiyə liderləri Zəngilanda ağac əkiblər

26 Oktyabr 2021, 17:46 (GMT +4)
Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı qapalı iclas keçirilib

26 Oktyabr 2021, 17:34 (GMT +4)
MN: Kəlbəcər və Laçında 580 km-dən çox torpaq örtüklü yollar inşa edilib

26 Oktyabr 2021, 17:23 (GMT +4)
Sudanda çevriliş edən hərbçilər baş nazirin saxlanıldığı yeri açıqlayıblar

26 Oktyabr 2021, 17:16 (GMT +4)
Xüsusi məktəblərə işə qəbulla bağlı müsahibə mərhələsi başa çatıb

26 Oktyabr 2021, 17:06 (GMT +4)
BMT-nin baş katibi beynəlxalq ictimaiyyəti pandemiya dövründəki səhvlərdən dərs çıxarmağa  çağırıb

26 Oktyabr 2021, 16:53 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda “Dost Aqropark”ın təməlini qoyublar

26 Oktyabr 2021, 16:42 (GMT +4)
Pirallahıda narkotik satan şəxslər saxlanılıb (VİDEO)

26 Oktyabr 2021, 16:33 (GMT +4)
Husilər Yəməndə bir rayonu nəzarətə götürüblər

26 Oktyabr 2021, 16:30 (GMT +4)
“AzerGold” ali məktəb tələbələri üçün Təqaüd proqramı elan edir

26 Oktyabr 2021, 16:20 (GMT +4)
Sobyanin Moskvada koronavirusla bağlı vəziyyəti gərgin adlandırıb

26 Oktyabr 2021, 16:16 (GMT +4)
Azərbaycanda 166 məktəbdə ənənəvi dərs jurnalları ləğv edilib

26 Oktyabr 2021, 16:04 (GMT +4)
İlham Əliyev və Ərdoğan Şuşaya çəkilən yolun tikintisi ilə tanış olublar

26 Oktyabr 2021, 15:54 (GMT +4)
Nyu-Yorkda fövqəladə vəziyyət elan edilib

26 Oktyabr 2021, 15:45 (GMT +4)
Britaniya Kraliçası II Elizabet Azərbaycanı təbrik edib

26 Oktyabr 2021, 15:35 (GMT +4)
Peskov regionlarda məhdudiyyətlərin ilin sonuna qədər uzadılması ehtimalını şərh edib

26 Oktyabr 2021, 15:29 (GMT +4)
İranda yanacaq doldurma məntəqələrinin sisteminə kiber hücum olub

26 Oktyabr 2021, 15:18 (GMT +4)
Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar 

26 Oktyabr 2021, 15:08 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

26 Oktyabr 2021, 14:52 (GMT +4)
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

26 Oktyabr 2021, 14:50 (GMT +4)
Gürcüstanda COVID-19-dan 9 uşaq ölüb

26 Oktyabr 2021, 14:42 (GMT +4)
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı yenidən 2000-i ötüb

26 Oktyabr 2021, 14:34 (GMT +4)
Pakistan da daxil olmaqla dörd ölkənin XİN rəhbərləri İrana gedirlər

26 Oktyabr 2021, 14:25 (GMT +4)
Gənclər və idman naziri taekvondo üzrə milli komanda üzvləri ilə görüşüb

26 Oktyabr 2021, 14:23 (GMT +4)
Rusiyada koronavirusdan gündəlik ölüm sayında yeni anti-rekord qeydə alınıb

26 Oktyabr 2021, 14:13 (GMT +4)
Mahir Emrelinin baş məşqçisi ilə yollar ayrılıb

26 Oktyabr 2021, 14:10 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

26 Oktyabr 2021, 13:58 (GMT +4)
Bayden: Bu il qlobal istiləşmənin ABŞ-a vurduğu ziyan 100 milyard dollara çatıb

26 Oktyabr 2021, 13:48 (GMT +4)
Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edilib

26 Oktyabr 2021, 13:47 (GMT +4)
Azərbaycanlı boksçu erməniyə qalib gəlib Avropa çempionu olub - (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66