Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

DSX: Vətən müharibəsində PUA-larla düşmənin 290 hədəfi və çoxsaylı canlı qüvvəsi məhv edilib

18 Avqust 2021, 13:32 (GMT +4)

Bakı, 18 avqust, SalamNews. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizə­sinin 102 illik şanlı tarixinin qələbəli səhifələrini ən yüksək əhval-ruhiyyə, Azər­baycan dövlət­çiliyinə xid­mət­dən irəli gələn qürur hissi ilə qarşılayırlar.

SalamNews xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xati­rəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilmişdir.Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütöv­­­lüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyul­ub.

Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Sərhəd Müha­fizə­si­nin 102-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan təd­birdə Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik edib.

Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düş­mənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhə­dində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümu­nələri göstərmələri qeyd olunub.

Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin təd­qiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yeni­lik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparat­larının sinxron­laşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmış, “Açıq səma” adlı bu döyüş əmə­liyyatının xüsusilə vacib olması qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyü­şən sərhədçilərin döyüş məharətini Müzəffər Ali Baş Komandanımızın xüsusi qiymətləndirdiyi, sərhədçilərin "Vətən Mühari­bəsi Qəhrəmanı" adı ilə, orden və medallarla təltif olunduğu, Vətən yolunda qələbə sevincini bizə yaşadan şəhid­ləri­mi­zin fədakarlığının qədirbilən xalqımızın yaddaşından silinmə­yəcəyi vurğulanmış, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan sərhədçilərin dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə müdafiə edəcəkləri ifadə olunub.

Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin və Vətən Müha­ri­bəsində həlak olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, döyüşlər zamanı şəxsi igidlik və şücaət göstərdiklərinə görə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edil­ib.

Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiya­tına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaş­ıblar.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

27 Oktyabr 2021, 18:01 (GMT +4)
Azərbaycan və Xorvatiya arasında mədəni əməkdaşlıq genişləndiriləcək

27 Oktyabr 2021, 17:47 (GMT +4)
Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib

27 Oktyabr 2021, 17:45 (GMT +4)
Nazirlik 8 Noyabr - Zəfər Günü ilə bağlı keçiriləcək tədbirlərin siyahısını açıqlayıb

27 Oktyabr 2021, 17:34 (GMT +4)
General Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib

27 Oktyabr 2021, 17:23 (GMT +4)
Taylandda "Delta Plus" koronavirus ştammı aşkar edilib

27 Oktyabr 2021, 17:20 (GMT +4)
DSX: Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb

27 Oktyabr 2021, 17:10 (GMT +4)
İraq hökuməti İŞİD-ə qoşulmuşların 38 övladını Azərbaycana təhvil verib

27 Oktyabr 2021, 16:58 (GMT +4)
Azərbaycan və Dünya Bankı 65 mln dollarlıq yeni kredit müqaviləsi imzalayıb

27 Oktyabr 2021, 16:49 (GMT +4)
Nigeriyada 12 milyon uşaq oğurlanmaq qorxusu ilə təhsil almaqdan çəkinir

27 Oktyabr 2021, 16:38 (GMT +4)
Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb

27 Oktyabr 2021, 16:27 (GMT +4)
ABŞ ekstradisiya zamanı Assanjın “xüsusi tədbirlərə” məruz qalmayacağına söz verib

27 Oktyabr 2021, 16:16 (GMT +4)
“Məşğulluq marafonu”na 563 işəgötürən qoşulub

27 Oktyabr 2021, 16:02 (GMT +4)
Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edib

27 Oktyabr 2021, 15:51 (GMT +4)
Lavrov Əfqanıstanın qonşularını NATO-nun ərazilərinə daxil olmasının qarşısını almağa çağırıb

27 Oktyabr 2021, 15:44 (GMT +4)
Afrika Birliyi çevrilişə görə Sudanla bağlı layihələri və planlarını dayandırıb

27 Oktyabr 2021, 15:40 (GMT +4)
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib

27 Oktyabr 2021, 15:28 (GMT +4)
Gürcüstanda COVID-19-a yoluxanların sayı 703 min nəfəri keçib

27 Oktyabr 2021, 15:25 (GMT +4)
"Nar" növbəti satış və xidmət mərkəzini yeniləyib - FOTO

27 Oktyabr 2021, 15:15 (GMT +4)
Prezident İlham Əliyev Çexiya Prezidentini təbrik edib

27 Oktyabr 2021, 15:05 (GMT +4)
Əlqaidənin Suriya qanadı “Türkmən dağları”nı nəzarətə götürüb

27 Oktyabr 2021, 14:55 (GMT +4)
Ekvadorda hökumət əleyhinə nümayişlər zamanı 37 nəfər saxlanılıb

27 Oktyabr 2021, 14:43 (GMT +4)
Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa gedib

27 Oktyabr 2021, 14:32 (GMT +4)
"Çelsi" 1/4 finala penaltilərlə yüksəlib - (VİDEO)

27 Oktyabr 2021, 14:30 (GMT +4)
Azərbaycanda bölgələr üzrə COVID-19-a yoluxma faizi açıqlanıb

27 Oktyabr 2021, 14:20 (GMT +4)
Rusiyada COVID-19-dan gündəlik ölüm sayında anti-rekord yenilənib

27 Oktyabr 2021, 14:10 (GMT +4)
İran prezidenti ölkədə yanacaq doldurma məntəqələrinə edilən kiber hücuma münasibət bildirib

27 Oktyabr 2021, 14:04 (GMT +4)
Qazax sakinindən odlu silah götürülüb

27 Oktyabr 2021, 14:01 (GMT +4)
Şuşa və Ağdamın komandaları Region Liqasında mübarizə aparacaq

27 Oktyabr 2021, 13:54 (GMT +4)
Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılıb

27 Oktyabr 2021, 13:44 (GMT +4)
Bayden Si Tsinpinlə görüşü zəruri hesab edir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66