Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Rusiyanın göndərdiyi bildirişlər AQTA tərəfindən araşdırılıb

20 Avqust 2021, 13:00 (GMT +4)

Bakı, 20 avqust, SalamNews. Azərbaycandan Rusiya Federasiyasına pomidor ixracı zamanı 2 təsərrüfata məxsus 5 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu, digər 2 təsərrüfata məxsus 2 məhsul partiyasında isə pepino mozaik virusunun aşkarlanması ilə bağlı Rusiyanın müvafiq qurumu tərəfindən daxil olan bildiriş əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən kompleks tədbirlər həyata keçirilib. Aparılan araşdırmalar zamanı daxil olan notifikasiyalarda adı qeyd olunan təsərrüfatlarda fitosanitar monitorinqlər aparılıb.

AQTA-dan SalamNews-a verilən məlumata görə, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullarda aşkar olunan uyğunsuzluqlara dair bildirişlərin vaxtında göndərilməməsi, həmçinin pomidor mövsümünün başa çatması və ixrac olunan məhsul partiyalarının məhv edilməsi ilə əlaqədar olaraq, pomidor məhsullarından laborator analizlər üçün nümunə götürmək mümkün olmayıb. Müəssisələrdə bitki qalıqları zərərsizləşdirilib, dezinfeksiya işləri aparılıb, giriş-çıxış məhdudlaşdırılıb və ərazidə məlumat lövhələri yerləşdirilib. Qeyd edək ki, bildirişlərin daxil olmasından öncə Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı götürülən nümunələrin müayinəsi nəticəsində pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları aşkar olunmayıb.

Buna baxmayaraq, Agentlik tərəfindən ölkə ərazisində bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür:

ölkəyə virusun daxil olmasının qarşısının alınması məqsədilə idxal olunan toxum materialları pepino mozaik virusu və pomidoir meyvələrinin qonur qırışıqlıq virusuna görə laborator müayinələrə cəlb edilir;
Agentlik tərəfindən 23 ölkənin Milli Bitki Mühafizəsi təşkilatlarına pomidor toxumlarının və şitillərinin idxalı üzrə ixrac üçün fitosanitar sertifikatın əlavə deklarasiyasında məhsulun pomidor meyvələrinin qonur qırışıqlıq və pepino mozaik virusları üzrə müayinə edilməsi və faktiki olaraq, bu viruslardan azad olmasını təsdiq edən laborator sınaq nəticələrinin əks olunduğu protokolun fitosanitar sertifikatı ilə müşayiət olunmasına dair məktublar ünvanlanıb;
təsərrüfatlarda pepino mozaik və pomidor meyvələrinin qonur qırışıqlıq virusuna görə monitorinqləri aparılır və nümunələr götürülərək laborator müayinələrə cəlb edilir;
Pomidor və bibər istehsalı ilə məşğul olan sahibkarlıq subyektlərinə virus xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, həmçinin müvafiq dezinfeksiya işlərinin icrası ilə bağlı metodiki göstərişlər verilib;
ixrac zamanı hər beş nəqliyyat vasitəsindən bir nümunə götürülərək hər iki virusa görə müayinə edilməsi qaydası müəyyənləşdirilib.
Agentlik tərəfindən bildiriş daxil olan təsərrüfatda bitki mühafizə tədbirlərinin görülməsi və bu barədə AQTA-ya məlumat verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə məktub ünvanlanıb.

AQTA bir daha ölkəmizdə bitki mənşəli virusların yayılmasının qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini bütün zəruri metodiki göstərişlərə əməl etməyə çağırır. Belə ki, sahibkarlar yalnız virusdan azad olan və müvafiq müayinələrdən keçmiş əkin-səpin materiallarından istifadə etməli, sahələr əkinqabağı dezinfeksiya edilməli, təsərrüfatda istifadə edilən alət və avadanlıqlar müvafiq metodikaya uyğun dezinfeksiya olunmalıdır. Həmçinin istixanalara giriş-çıxış məhdudlaşdırılmalı, utilizasiya qaydalarına düzgün riayət edilməli və ixrac olunan yük partiyaları mütləq şəkildə virusoloji analizlərə cəlb olunmalıdır.

 





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66