Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Elvin Abbasov: Bəzi dövlət qurumlarında İKT sahəsinə cavabdehlik səriştəsiz insanlara həvalə edilib

02 Sentyabr 2021, 12:50 (GMT +4)

Bakı, 2 sentyabr, SalamNews. Dünyada prioritet sahə olan İKT sahəsi Azərbaycanda, xüsusən də dövlət qurumlarında xaotik bir hal alıb.

Bunu SalamNews-a açıqlamasında İKT mütəxəssisi Elvin Abbasov bildirib.

Bir çox dövlət qurumu İT sahəsinin cavabdehliyini bu sahəyə uyğun olmayan səriştəsiz insanlara həvalə edib. İnformasiya texnologiyalarından xəbərsiz olan, İKT üzrə düzgün qərar qəbul edə bilməyən, görülən işlər üzrə cavabdehlik öhdəliyini ala bilməyən bu şəxslər qurumlarda İT infrastrukturunu bərbad hala salmaqda davam edirlər.

Daim tərəqqidə olan İT sahəsi digər ölkələrdə sürətlə dövlət qurumlarında tətbiq edildiyi halda, ölkəmizdə bu sahədə gedən işlər pərakəndədir və bir çox layihələr reklam və təqdimatdan ötəyə keçə bilmir. Səriştəsiz İT departament, şöbə və sektor rəhbərləri görülən işləri bloklayırlar. Hər bir qurum “Ağıllı şəhər və kənd” konseptinin elementidir, bu qurumların İT cavabdehliyini daşıyan şəxslər mütləq İnformasiya texnologiyaları üzrə təcrübəli şəxslər olmalıdır.

Əks halda qurumlar İT infrastrukturu üçün xərclənən pulların cavabını verə bilməyəcək və öz xidmətlərini elektron xidmətə keçirə bilməyəcəklər. Elektron hökumət “pdf” endirmək və ya yükləmək demək deyil. Nə də boy-boy təqdimatlar hazırlayıb, tədbirlər keçirtmək sayılmır. Bu sahədə görülən işlər qənaətbəxş deyil. İKT sahəsində  fəaliyyət göstərən şirkətlər bir çox halda dövlət qurumları, xüsusən də bəzi qurumlar tərəfindən bloklanıb. Öz konsorsiumlarını və sövdələşdikləri şirkətləri tenderlərə cəlb etməklə bu sahəni ancaq tənəzzülə uğradacaqlar. İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin Assosiasiyası hələ də yoxdur.

Bir neçə böyük şirkət bu sahəni bloklamak üçün müxtəlif birliklər yaradıb, məqsədləri inkişaf etməkdə olan şirkətləri və startapları əngəlləyib, gələcəkdə özlərinə rəqib olacaq şirkətləri bu gündən sıradan çıxarmaqdır. Əgər biz inkişaf etməkdə olan İKT sahəsindəki şirkətləri dünya rəqabətçiliyinə qoşulmaq istəyiriksə, bu problemlər öz həllini tapmalıdır. Ən əsas da qurumlardakı İKT sahəsinə cavabdeh şəxslərin bilik və təcrübəsini gözdən keçirməliyik. Yalandan boy-boy təqdimat hazırlayan qurumların fəaliyyətini və keçirdiyi tenderlərin nəticələrini gözdən keçirməliyik. Müstəqil İKT ekspertləri şurası yaradılmalıdır və görülən işlərə nəzarət mexanizmi bu şuraya da tapşırılmalıdır. Qurumların İKT üzrə hesabatlarını Assosiasiya və tərkibindəki həmin müstəqil ekspertlər şurasının təhlil və təsdiq etməsini təklif edirəm. Əks halda, qurumların daxilindəki səriştəsiz insanların hazırladığı, həqiqəti əks etdirməyən hesabatlar ilə özümüzü aldadacağıq və görülən real işlərə də kölgə düşəcək.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

24 Oktyabr 2021, 09:12 (GMT +4)
Ceyhun Bayramov iranlı həmkarı ilə telefonla danışıb

24 Oktyabr 2021, 00:09 (GMT +4)
Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

23 Oktyabr 2021, 17:01 (GMT +4)
Azərbaycan XİN Macarıstanı təbrik edib

23 Oktyabr 2021, 16:48 (GMT +4)
Hacıqabulda ictimai nəqliyyatda tibbi maska ilə bağlı reyd keçirilib

23 Oktyabr 2021, 16:33 (GMT +4)
Bərdə sakinlərindən “patı” və heroin götürülüb

23 Oktyabr 2021, 16:21 (GMT +4)
Qubada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib (FOTO)

23 Oktyabr 2021, 16:11 (GMT +4)
İran nüvə danışıqlarının tezliklə başlayacağını bildirib

23 Oktyabr 2021, 15:58 (GMT +4)
Saxta yollarla COVID-19 pasportu əldə edən şəxslər saxlanılıb (VİDEO)

23 Oktyabr 2021, 15:45 (GMT +4)
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib

23 Oktyabr 2021, 15:32 (GMT +4)
Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb

23 Oktyabr 2021, 15:20 (GMT +4)
Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

23 Oktyabr 2021, 15:07 (GMT +4)
Kreml Azərbaycanla Ermənistan arasında iki sənəd imzalanacağı barədə məlumatlara münasibət bildirib

23 Oktyabr 2021, 14:50 (GMT +4)
İlham Əliyev Xalq artisti Canəli Əkbərovun vəfatı ilə bağlı nekroloq imzalayıb

23 Oktyabr 2021, 14:38 (GMT +4)
Rusiya və Suriya hərbi təyyarələri İdlibə şiddətli hava zərbələri endirib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Prezident və xanımı Canəli Əkbərovun dəfn mərasiminə əklil göndərib

23 Oktyabr 2021, 14:30 (GMT +4)
Naxçıvanın keçmiş rabitə və yeni texnologiyalar nazirinə “Aztelekom”da vəzifə verilib

23 Oktyabr 2021, 14:20 (GMT +4)
Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

23 Oktyabr 2021, 14:10 (GMT +4)
Bakıda restorana gedən koronavirus xəstəsi aşkarlanıb

23 Oktyabr 2021, 14:00 (GMT +4)
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb

23 Oktyabr 2021, 13:45 (GMT +4)
Biləsuvarda toy məclisinə görə restoranın icarədarı cərimələnib

23 Oktyabr 2021, 13:42 (GMT +4)
Türkiyə və Azərbaycanla ortaq əməkdaşlıqlar üzərində işlənilməlidir – İranlı nazir

23 Oktyabr 2021, 13:30 (GMT +4)
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslərin avtomobilində borular aşkarlanıb

23 Oktyabr 2021, 13:20 (GMT +4)
Lənkəranda Xəzər dənizinin sahilə yaxın sularında tank əlehinə mina aşkarlanıb

23 Oktyabr 2021, 13:10 (GMT +4)
DİN: 216 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

23 Oktyabr 2021, 13:00 (GMT +4)
Bakıda 27 yaşlı qadın itkin düşüb

23 Oktyabr 2021, 12:50 (GMT +4)
Yevlaxda heroin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb

23 Oktyabr 2021, 12:40 (GMT +4)
Bakıda ərini boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayır

23 Oktyabr 2021, 12:33 (GMT +4)
Suriya ordusu ilə ABŞ qüvvələri arasında insident baş verib, ABŞ qüvvələri geri qayıdıb (VİDEO)

23 Oktyabr 2021, 12:30 (GMT +4)
Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək

23 Oktyabr 2021, 12:20 (GMT +4)
Ağcabədidə karantin rejiminin pozulduğu obyekt müəyyən olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66