Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

"Bakcell" Azərbaycanın ən sürətli mobil şəbəkəsi elan olunub

09 Sentyabr 2021, 14:27 (GMT +4)

Bakı, 9 sentyabr, SalamNews. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.

“Bakcell”dən SalamNews-a verilən məlumata görə, mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideri olan Ookla® ən yüksək mobil şəbəkə sürətini müəyyən etmək üçün özünün Speedtest mobil tətbiqetməsi vasitəsilə Azərbaycanın bütün mobil operatorlarının şəbəkələrini test edib. 68 mindən çox istifadəçinin iştirak etdiyi testin nəticəsinə görə bu ilin birinci və ikinci rübü ərzində Bakcell ən yaxşı nəticələri göstərib. "Bakcell"in mobil şəbəkəsi ən yüksək yükləmə (download) və ötürmə (upload) sürəti nümayiş etdirib.

“Biz bu mükafata layiq görüldüyümüz üçün qürur duyuruq. Bu, abunəçilərimizi ən üstün mobil şəbəkə və ən yüksək keyfiyyətli müştəri təcrübəsi ilə təmin etmək üçün göstərdiyimiz səylərə müstəqil təşkilatdan verilən yüksək qiymətdir. Abunəçilərin mobil şəbəkəyə daha çox ehtiyac duyduğu çətin pandemiya dövründə bu mükafatın əhəmiyyəti daha da artır. Bu müddət ərzində biz “Bakcell” abunəçilərinə kommunikasiya, iş və əyləncə üçün daha geniş imkanlar açmaq üçün əlimizdən gələni etdik. Fəaliyyətimizin uğurlu nəticəsi olan bu mükafat bizə abunəçilərimizin mobil rabitə xidmətlərinə olan tələblərini tam həcmdə ödəmək naminə daha çox işləmək üçün əlavə motivasiya verir”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.

Qeyd edək ki, 2018-2019-cu illərdə Ookla şirkəti “Bakcell” şəbəkəsini 3 dəfə ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99.9%-ni, ölkə ərazisinin isə 91.7%-ni əhatə edir.

“Ookla tərəfindən təqdim olunan “Speedtest mükafatı” yalnız bazarda ən üstün internet göstəriciləri və əhatə dairəsinə malik olan mobil operatorlara verilir. Biz "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatını “Bakcell” şirkətinə böyük məmnuniyyətlə təqdim edirik. Bu mükafat şirkətin 2021-ci ilin I və II rübləri ərzində göstərdiyi müstəsna nəticələrin təsdiqidir. Bu yüksək nəticələr abunəçilər tərəfindən Speedtest proqramı vasitəsilə edilən sınaqların ciddi şəkildə təhlili nəticəsində əldə olunub”, - deyə Ookla şirkətinin baş icraçı direktoru Doug Suttles bildirib.

Ətraflı məlumat burada: https://www.speedtest.net/awards/azerbaijan/2021/?award_type=carrier&time_period=q1-q2.

Ookla® mobil və genişzolaqlı şəbəkələrin intellektual təhlili, mobil tətbiqetmələrin və texnologiyaların sınaqdan keçirilməsi üzrə dünya lideridir. “Ookla”nın aparıcı şəbəkə sınaqları platforması olan Speedtest® proqramı hər gün bütün dünyanın şəbəkələrin fəaliyyəti və keyfiyyətinə dair milyonlarla ölçmələrin nəticələrini emal edir.

Qeyd edək ki, “Ookla”nın 2021-ci ilin 1-ci və 2-ci rübləri üzrə Speedtest Intelligence® məlumatlarının təhlilinə əsasən, Ookla ticarət nişanları lisenziya və müvafiq icazə əsasında istifadə olunur.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

22 Oktyabr 2021, 03:33 (GMT +4)
"Ayaks"ın müdafiəçisi Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib

22 Oktyabr 2021, 02:49 (GMT +4)
UEFA “Qarabağ”ın əzmkar qələbəsi ilə bağlı paylaşım edib - (FOTOLAR)

22 Oktyabr 2021, 02:25 (GMT +4)
Konfrans Liqası: "Roma" darmadağın olub, "Tottenhem" uduzub

22 Oktyabr 2021, 01:51 (GMT +4)
Avropa Liqasının qrup mərhələsində 3-cü tura yekun vurulub

22 Oktyabr 2021, 01:35 (GMT +4)
"Qarabağ" layiqli qələbə qazandı - Kurban Berdıyev

22 Oktyabr 2021, 01:01 (GMT +4)
Qurban Qurbanov: Hər 3 xal bizim üçün üstünlükdü

21 Oktyabr 2021, 22:46 (GMT +4)
Konfrans Liqası: "Qarabağ" "Kayrat"ı məğlub edib

21 Oktyabr 2021, 20:19 (GMT +4)
“İslam Peyğəmbərinin (s) həyat tərzi və müasir insan” mövzusunda konfrans keçirilib (FOTO)

21 Oktyabr 2021, 19:22 (GMT +4)
“Qarabağ” - “Neftçi” oyununun vaxtı açıqlanıb

21 Oktyabr 2021, 19:00 (GMT +4)
"El Klasiko"nun hakimləri məlum olub

21 Oktyabr 2021, 18:30 (GMT +4)
Kriştiano Ronaldo daha bir rekord imza atıb

21 Oktyabr 2021, 18:03 (GMT +4)
"Sabah"ın baş məşqçisi Ramin Quliyev istefa verib

21 Oktyabr 2021, 18:02 (GMT +4)
Maduro Kolumbiya Parlamentinin ikitərəfli münasibətləri normallaşdırmaq təklifini dəstəkləyib

21 Oktyabr 2021, 17:55 (GMT +4)
Müdafiə Nazirliyi: Hazırda 6 hərbçi itkin düşmüş sayılır

21 Oktyabr 2021, 17:48 (GMT +4)
"Qarabağ" - "Kayrat" matçında tanınmış telejurnalist Elnur Əşrəfoğlunun xatirəsi anılacaq

21 Oktyabr 2021, 17:44 (GMT +4)
Azərbaycanda birinci mərhələ üzrə peyvənd olunanların sayı 5 milyonu ötüb

21 Oktyabr 2021, 17:34 (GMT +4)
Liviyada sabitliyə dəstək adlı beynəlxalq konfrans keçirilir

21 Oktyabr 2021, 17:24 (GMT +4)
Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb

21 Oktyabr 2021, 17:23 (GMT +4)
KXDR raket sınaqlarının ABŞ-a qarşı yönəlmədiyini açıqlayıb

21 Oktyabr 2021, 17:14 (GMT +4)
XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb

21 Oktyabr 2021, 17:02 (GMT +4)
Sabah güclü külək əsəcək (XƏBƏRDARLIQ)

21 Oktyabr 2021, 16:50 (GMT +4)
“Azərişıq” Şuşada 5 transformator yarımstansiyası tikir

21 Oktyabr 2021, 16:38 (GMT +4)
Azərbaycanda son sutkada 2005 nəfər COVID-19-a yoluxub, 20 nəfər ölüb

21 Oktyabr 2021, 16:33 (GMT +4)
Suriyada terrorçuluqda ittihamlandırılan 24 nəfər edam edilib

21 Oktyabr 2021, 16:30 (GMT +4)
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının iclası keçirilib

21 Oktyabr 2021, 16:20 (GMT +4)
Nigeriyada quldurlar azı 30 nəfəri qaçırıb

21 Oktyabr 2021, 16:10 (GMT +4)
Metronun "Gənclik" stansiyası bu gün gücləndirilmiş rejimdə işləyəcək

21 Oktyabr 2021, 15:58 (GMT +4)
Bakı metrosunda daha bir aktiv koronavirus xəstəsi saxlanılıb 

21 Oktyabr 2021, 15:50 (GMT +4)
"Barselona" Ansu Fati ilə müqaviləni uzadıb

21 Oktyabr 2021, 15:47 (GMT +4)
Türkiyədə casusluq ittihamı ilə dörd rusiyalı həbs edilib 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66